Şeyx Müfid və məhdəviyyət |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 27-10-2015, 10:14 | Şərh sayı: (0) | Baxılıb: 1812
Şeyx Müfid və məhdəviyyət
Şeyx Müfid (vəfatı: h.q. 413) ilk şiə mütəkəllimlərindən (Kəlam alimlərindən) biri hesab edilir. O, məhdəviyyət məsələsini əqli yanaşma ilə araşdıraraq bu sahədə bir çox məktub və əsərlər yazmışdır. Şeyx Müfid Nömani və Şeyx Səduq kimi özündən əvvəlki alimlərin əksinə olaraq, özünə əqli və nəqli üslub seçmişdi. Bu üslub həmin zamanlar Bağdadda məşhur və üstün tutulan üslub hesab edilirdi. Şeyx Müfid dinin bir çox mövzularını məhz bu üslubdan istifadə edərək təhqiq etmişdir. Şeyx Müfid özündən sonra məhdəviyyət mövzusunda beş əsər qoyub getmişdir. Bu əsərlərdən daha müfəssəl olanı ”Əl-Fusulul-Əşərətu fil-Ğeybəti” kitabıdır. Bu kitab h.q. 410-411-ci illərdə Şeyx Müfidin ömrünün axır çağlarında yazılmışdır. Şeyx bu kitabda məhdəviyyətlə əlaqəli on məsələni izah etmişdir. O, bu kitabda mütəkəllimlərə xas tərzdə əqli dəlillər, Quran ayələri və tarixi hadisələrdən istifadə edərək məhdəviyyətlə bağlı sualları məharətlə cavablandırmışdır.
Yəhya Abdulla
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər