Fərəc, zühur intizarı |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 5-09-2015, 01:22 | Şərh sayı: (0) | Baxılıb: 640
Fərəc, zühur intizarı
"İftitah” duasının çox təkid olunmuş cümlələrindən biri də həzrət Vəliyyi-əsr İmam Zamanın (əccəllahu fərəcəh) zühuru zamanı qurulacaq dövlətə maraq göstərmək barəsindədir. Eyni zamanda duanın bu hissəsindəki cümlələrdə İslam hökumətinin hədəfi və bizim vəzifələrimiz göstərilmişdir. Xoşbəxtlikdən həzrət İmam Zamanı (ə) tanımaq və onun zühurunun intizarını çəkmək neməti hamımıza şamil olmuşdur. Həzrət Mehdinin (ə) zühuruna inam şiə və sünni, bütün İslam firqələrinin şərik olduqları etiqadlardandır. (Hətta qeyri-müsəlmanlarda da bir növ fərəc və xilaskarın zühur intizarı məsələsi açıqlanmışdır.) Bəzi imamət məsələlərində sünni qardaşlarla aramızda ixtilaf olmasına baxmayaraq, həzrət Mehdinin (ə) zühuruna etiqad məsələsində ixtilaf çox azdır.
Bir çox sünni alimləri həzrət Mehdinin (ə) barəsində kitab yazmış və bu barədə olan rəvayətlərin təvatür həddində olduğunu etiraf etmişlər. (Yəni bu rəvayətlərin peyğəmbərdən nəql olunmasına heç bir şəkk-şübhə yoxdur.) Lakin bu həzrətin şəxsi xüsusiyyətləri barəsində ixtilaflar mövcuddur. Bəzi sünnilər axır zamanda peyğəmbər ailəsindən Mehdi adlı bir şəxsin zühur edəcəyi etiqadındadırlar. Lakin onun kim olması, kimin övladı olması və doğulub-doğulmaması barəsində bizimlə ixtilafdadırlar. Onlardan bəziləri Mehdinin (ə) axır zamanda doğulacağı etiqadındadır.
Əlbəttə, sünnilərin bəziləri həzrətə münasibətdə bizim etiqadımızdadırlar. Yəni Mehdinin (ə) Fatimə (ə) və Əli (ə) nəslinin 11-ci övladı olduğuna inanırlar. Hətta onlardan bəziləri həzrətin doğulduğunu və həyatda olduğunu, eyni zamanda, bəzi şəxslərin onunla görüşdüyünü təsdiqləyirlər. Onlar həzrətlə görüşmüş bəzi şəxslərin adını da çəkirlər.
Beləliklə, həzrətə yalnız şiələr inanmır. Əlbəttə, onlar həzrəti Allah rəsulunun xəlifəsi, ilahi elm və qüdrətə malik və Allahın təkvini (təbii) vilayətinə sahib bilmirlər. Necə ki, bəzi sünnilər (xüsusi ilə şafii qrupları) digər məsumları üləma və peyğəmbər övladları kimi qəbul edir, hörmət qoyur və onlara böyük məhəbbət göstərirlər. Lakin onları məsum və vilayət məqamında bilmirlər. Onların bu mövzuda mərifətləri naqisdir.
Lakin bütün bu etiqadlarla yanaşı, sünnə əhli təqribən onun zühurunu unutmuşdur. Onları Mehdi (ə) dövlətinin intizarını çəkənlərdən hesab etmək olmaz. Beləliklə, yalnız şiələr həzrətin fərəc intizarında dəqiqələri sayır. Düşünməliyik ki, əvvəla, əsrin imamı və onun haqq dövlətinin zühurunun intizarını çəkməkdə məqsədimiz nədir? Bizi bu həzrətin zühurunda iştiraka nə maraqlandırır? İkincisi, qeybət və intizar dövründə bizim vəzifəmiz nədir? O həzrətin həqiqi intizar çəkənlərindən olmaq üçün nə etməliyik? Üçüncüsü, onun dövləti qurulduqdan sonra hansı rolu oynayacağıq?
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər