Şeyx Tusi və məhdəviyyət |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 2-11-2015, 10:44 | Şərh sayı: (0) | Baxılıb: 461
Şeyx Tusi və məhdəviyyət
Şeyx Tusi (vəfatı: h.q. 460) “Əl-Ğeybət” kitabında həm nəqli dəlillərdən, həm də sxolostik əqli dəlillərdən istifadə etmişdir. O, kitabının müqəddiməsində öz üslubunu belə tanıtdırmışdır: “Böyük ustadımın İmam Zamanın (ə.f) qeybi, qeybin səbəbləri və onunla əlaqədar başqa məsələlərdə bir kitab yazmağımla bağlı istəyini qəbul edirəm. Bütün çətinliklərə baxmayaraq, müxalif və inadkarların şübhələrinə cavab verirəm. Əlbəttə məsələni cansıxıcı olmaması üçün çox uzatmıram; Çünki mən və ustadlarımın imamət mövzusunda ətraflı surətdə yazdığı bir çox kitabları mövcuddur. Şübhələrə cavab verərkən, hədislərə marağı olanlar üçün aramlıq mənbəyi olsun deyə, bəzi rəvayətləri də gətirəcəyəm. Çünki bu istiqamətlərdə bir çoxları üçün xoşagələn (və ağlabatan) fikirlər açıqlanmamışdır. Hər halda, hər iki dəstə – hədissevərlər və başqaları üçün xoşa gələn və bəyənilmiş yol seçirəm.” (Orijinal mətnlə tanış olmaq və daha ətraflı məlumat əldə etmək üçün Şeyx Tusinin “Əl-Ğeybət” kitabının 2-ci səhifəsinə müraciət edə bilərsiniz.) Bu kitab yeddi fəsildə tənzimlənmişdir.
Fərid Abdullah
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər