Məhdəviyyət inancı Zərdüştlükdən qaynaqlanır? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 26-11-2015, 11:47 | Şərh sayı: (0) | Baxılıb: 328
Məhdəviyyət inancı Zərdüştlükdən qaynaqlanır?
Məhdəviyyət inancı yüzlərlə İslami mənbələrdə nəql olunduğu və bütün müsəlmanlar arasında öz əksini tapdığı halda, niyə biz bu inancın köklərini zərdüştlükdə və qədim İranda axtarmalıyıq?
Bəli, bir nəfər xilaskarın zühur edəcəyinə inanc bütün dinlərdə, o cümlədən Zərdüştlükdə də var. Lakin mövzuların oxşarlığı bu inancın Quran və İslamla əlaqəsiz olmasına dəlil ola bilməz. Quran özü də digər dinlərdə və kitablarda qeyd olunan saleh şəxslərin ilahi hakimiyyətinin yer üzərində bərqərar olması məsələsini təsdiqləyir. Allah-Taala "Ənbiya" surəsində buyurur:
وَلَقَدْ كَتَبْنَا فِي الزَّبُورِ مِن بَعْدِ الذِّكْرِ أَنَّ الْأَرْضَ يَرِثُهَا عِبَادِيَ الصَّالِحُونَ
"Həqiqətən Biz, Zikrdən sonra Zəburda yazdıq və qərara aldıq ki, bu yerin varisi (sahibi, hakimi və bərəkətlərindən tam istifadə edən) Mənim saleh bəndələrim olacaqlar"
Bu ayə aşkar şəkildə saleh şəxslərin yer üzərinə hakimlik məsələsinin İslamdan əvvəllki dinlər və kitablarda, həmçinin Tövrat və Zəburda da qeyd olunduğunu vurğulayır. Maraqlısı budur ki, məsihiyyətin "Müqəddəs kitab" adı altındakı bugünkü Zəburda da bu məsələ öz əksini tapır. Buna görə də məhdəviyyət inancı bütün dinlərin ehtiva etdiyi və müştərək olduğu bir həqiqətdir. Bu da inancın ilahi vəyhdən qaynaqlandığını və bütün dinlərdəki inanclıların bu əqidədə olmasını təsdiqləyir.
Görünür, İslamdakı məhdəviyyət inancının qədim İrandan və zərdüştlükdən dinə sirayət etməsi şübhəsini ortaya atanlar məlumatsızdırlar. Ona görə ki, İslam İranda deyil, Hicazda (Ərəbistanda) meydana gəlmişdir. O zamanlar da İran və Ərəb mədəniyyəti bir-birindən tamamilə fərqli idi. Heç adət-ənənələrində də bənzərlik yox idi. Digər tərəfdən də məhdəviyyət məsələsi İslamın Məkkədə yarandığı ilk gündən başlayaraq aktual olmuşdur. Bundan başqa hələ İslamın İranda yayılmadığı dövrlərdə də müsəlmanlar bu inancda olmuşlar. Buna əsasən də məhdəviyyət inancının ərəblərə, sonralar da İslama iranlılardan sirayət etməsi məsələsi absurd bir fikirdir.
Bəhruz Camal
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər