Məhdəviyyət iddiaçılarını bu işə təhrik edən səbəblər |
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 15-01-2016, 11:53 | Şərh sayı: (0) | Baxılıb: 319
Məhdəviyyət iddiaçılarını bu işə təhrik edən səbəblər
Məhdəviyyət iddiaçılarını bu işə təhrik edən səbəblər
Məhdəviyyət mövzusunun mahiyyətinə nəzər salmaqla iddiaçıları təhrik edən səbəblər kimi ixtilaf yaratma, doğru əqidənin formalaşmaması, hakimiyyət sevdası və ümumiyyətlə, səhih təfəkkür və dünya görüşünün formalaşmaması kimi bəzi məsələlərə toxunmaq olar.
Məhdəviyyət iddiaçılarını bu işə təhrik edən ən mühüm səbəblər kimi aşağıdakıları qeyd etmək olar:
1. Hegemonluq
Məhdəviyyət və ya xüsusi naiblik iddiasında olanları bu işə təhrik edən ən ümdə səbəb hegemonluq və cəmiyyətin siyasi işlərinə hakim olmaq istəyidir. Çünki məhdəviyyət dini-siyasi bir məfhumdur. Ona görə də məhdəviyyət iddiasında olan bir şəxs siyasi qüdrət və rəhbərliyi ələ keçirmək fikrindədir. Belə ki məhdəviyyət iddiasında olanların bir çoxunun hədəfi də məhz elə bundan ibarətdir. Bəzən belə iddiaçıların arasında qüdrətliləri də olmuşdur, lakin bu iddialarla daha çox qüdrətə malik olmaq və işlərinə şəriət donu geydirmək istəmişlər. Bu iddiaçılardan bəziləri qismən də olsa istədiklərinə nail olmuşlar, lakin digər qüdrətlər tərəfindən məhv edilmişlər.
2. İqtisadi mövqe
İqtisadi movqe və bu qəbildən olan məsələlər də yalançı iddiaçıları təhrik edən əsas amillərdən biri hesab oluna bilər. Çünki bəziləri camaatı axmaq yerinə qoymaqla dolanmağı və iqtisadi vəziyyətlərini yaxşılaşdırmağı düşünürlər. Tarix imamlarla camaat arasında vasitəçilik və xüsusi naiblik iddiasında olan şəxslərin, onların ətrafındakıların bu hədəflə gördükləri işlərə və iqtisadi vəziyyətlərini yaxşılaşdırmaq cəhdlərinə də şahiddir.
3. İctimai mövqe
Məhdəviyyət “qütb” məfhumu adı altında sufi şeyxləri tərəfindən izah olunduğu zaman müridlik, insanları ətraflarına cəlb etmək və xanqahları[1] gücləndirmək kimi hədəflər də əhəmiyyət kəsb edir. Bu məsələ müəyyən zaman kəsiyində İran və Afrikada yalançı Mehdilərin meydana gəlməsində çox mühüm rol oynamışdır.
4. İllüziya və özünüaldatma
Məhdəviyyət və ya xüsusi naiblik iddiasında olmanın səbəblərindən biri də özünüaldatma xəstəliyidir. Bəzən ömrünü mənəvi riyazətlə (mənəvi məşğələ ilə) keçirən bəzi şəxslərdə də özlərinin “vəd olunmuş Mehdi” və ya onun xüsusi naibi olması barədə illüziyalar və təsəvvürlər formalaşır. Belə ki bəzən ictimai və siyasi problemlər belə təsəvvür, təxəyyül və illüziyaların yaranmasına səbəb ola bilər. Təxəyyülə qapılıb özünüaldadan belə insanlar, hətta müasir dövrdə də kifayət qədərdir. Lakin adətən bu səbəb üzündən məhdəviyyət iddiasında olanların fəaliyyət müddəti çox qısa olur və ictimai hərəkata da çevrilə bilmir.
5. Kütlələri istismarçılara qarşı səfərbər etmək
Bəzi iddiaçılarda ictimai-inqilabi hədəflərin olması mümkündür. Bu mənada ki, zülmkar hakimi devirərək zülmün və istismarçılığın qarşısını alsınlar. Məhdəviyyət iddiası edərək camaatın bir qrupunu həmin hakimlərə qarşı səfərbər edərək öz ətraflarına yığmağa çalışırlar. Belə iddiaçılar üçün mühüm olan məhdəviyyət yox, siyasi və silahlı mübarizədir. Sudanlı Mehdi[2] məhdəviyyət iddiasında olanlardan biridir. O, bu vasitə ilə İngiltərə və Misir tərəfindən ölkəsinin işğalına qarşı istifadə etmişdir.
[1] Sufi şeyxləri və dərvişlərin toplandığı məkanlar (yaşadığı yerlər).
[2] Sudanlı Mehdi, səh.65
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər