Yəhudilikdə məhdəviyyət inancı |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 26-11-2015, 11:59 | Şərh sayı: (0) | Baxılıb: 367
Yəhudilikdə məhdəviyyət inancı
Məhdəviyyət inancı təkcə İslama xas olan bir etiqad deyil. Bu inanc istər səmavi, istərsə də qeyri-səmavi dinlərdə də öz əksini tapmışdır. Yəhudilikdə də bəşəriyyətə nicat verəcək bir xilaskarın gəlişinə inam öz təsdiqini tapmışdır. Bu barədə məlumat Tövratda və eləcə də onların mötəbər saydıqları dini mətnlərdə mövcuddur. Qərb dünyasının bir çox tədqiqatçıları yəhudilərin məhz bu inancı barədə söhbət açmışlar. Məsələn, Corc Rozerfordu, Pol Menzilini, Qaris Halseli və s.-ni göstərə bilərik. Yəhudi dinini tədqiq edən hər bir kəs bu inancın yəhudilikdə əsaslı və möhkəm bir kökə dayandığının şahidi olacaq. Yuxarıda adları qeyd olunan tədqiqatçıların əsərləri birbaşa olaraq məhz bu mövzu ilə bağlıdır. Yəhudilər bu inancdan ilham alaraq, xilaskarın gəlişinə hazırlıq məqsədilə bir sıra siyasi fəaliyyətlər həyata keçirmişlər. Belə ki onların əqidəsinə əsasən, xilaskarın zühurunun müqəddiməsinin başlanma tarixi öncədən müəyyən edilmişdir. Müqəddimənin başladığı bu tarix 1914-cü miladi ili hesab edilir. Bu dövr yəhudilərin Fələstin ərazilərinə qayıtmağa başladığı və burada öz "dövlətlərini" qurduqları dövrdür. Yəhudilər bu dövləti vəd olunmuş xilaskarın zühuruna zəmin yaradan amillərdən biri hesab edirlər. Onların fikrincə, yəhudilərin Fələstinə qayıtmaları dünyada şərin kökünü kəsməyə qadir olan döyüşün başlanğıcıdır. Bundan sonra yer üzündə salehlərin hakimiyyəti başlayacaq və yer dönüb Cənnət olacaq. Yəhudilərin dini irslərində məhdəviyyət və xilaskarın gəlişinə olan etiqadın dərin köklərə malik olması aydın məsələdir. Lakin bu əqidənin təfsilatının nə dərəcədə doğru olub-olmaması başqa bir mövzudur. Yəhudi başçıları bu əqidənin təfsilatını dəyişərək, təhrif olunmuş əqidə əsasında yeni bir strateji hərəkat qurmağa nail oldular. Onlar bu strategiya əsasında öz güc və qüvvələrini birləşdirərək "bəşərin xilaskarının zühuruna zəmin" adı altında bu hərəkatı inkişaf etdirdilər. Aydındır ki, əgər bu inanc (məhdəviyyət) yəhudilər arasında möhkəm və dərin köklərə dayanan əqidə olmasaydı, onlar belə bir aktiv fəaliyyət sərgiləyə bilməzdilər. Belə bir fəaliyyətin heç bir ideoloji kökə dayanmadan təsadüfi bir fikir əsasında formalaşması absurddur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər