Əhli-beyt (ə) haqqın ölçüsüdür |
Müəllif: Admin | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 2-11-2015, 10:49 | Şərh sayı: (0) | Baxılıb: 579
Əhli-beyt (ə) haqqın ölçüsüdür
İmam Zaman (ə.f) buyurur:
الحَقُّ مَعَنا فَلَنْ یُوحِشَنا مَنْ قَعَدَ عَنّا، وَ نَحْنُ صَنائِعُ رَبِّنا، وَالْخَلْقُ بَعْدُ صَنائِعُنا
“Haqq biz (Əhli-beyt) ilədir. Bir qrup şəxsin bizdən uzaq düşməsi bizi (qorxutmaz) vəhşətə salmaz. Çünki biz Allahın (tərbiyə etdikləri) yetişdirdikləri, digər yaradılmışlar isə bizim yetişdirdiklərimizdir (tərbiyə etdiklərimizdir.)” [1]
Hədisin şərhi:
İmam Zamandan (ə.f) nəql olunan bu mötəbər sənədli hədisi Şeyx Tusi Əbu Əmru Əmiridən nəql edir. İmam Mehdi (ə.f) hədisdə üç mühüm məsələyə toxunur:
1. Bütün həqiqətlər Əhli-beytlə birgədir. “Haqq bizimlədir” və “Əhli-beyt haqq ilədir” tamamilə iki fərqli cümlədir. Çünki ikinci cümlədən (Əhli-beyt haqq ilədir) fərqli olaraq birinci cümlə (Haqq bizimlədir) Əhli-beytin haqqı batildən ayırmaq üçün meyar olduqlarını çatdırır. Haqqı batildən ayırmaq üçün Onların (ə) sünnəsinə (ənənəsinə), rəftar və davranış qaydalarına mütaciət etmək lazımdır. Bu məna “Əli haqq ilədir, haqq da Əli ilədir” [2] hədisində də vardır.
2. Haqq yanında olan şəxs gərək tək qalmaqdan, camaatın ondan üz döndərməsindən vəhşətə düşməsin. Öz tərəfdarlarının azlığı onu narahat edərək qorxuya salmasın.
Musa ibn Cəfər (ə) Hişama belə buyurur:
“Ey Hişam! Əgər əlində qoz olduğu halda, bütün camaat onun dürr olduğunu söyləyərsə, sənin üçün heç bir faydası yoxdur. Çünki sən əlindəkinin qoz olduğunu bilirsən. Həmçinin əlində dür olduğu halda, camaat onun qoz olduğunu söyləyərsə, sənə heç bir zərər dəyməz. Çünki sən əlindəkinin dürr olduğunu bilirsən”. [3]
Həmçinin İmam Əli (ə) buyurur:
“Haqq yolunda olanların azlığı sizi qorxutmasın”. [4]
3. Deyilən üçüncü cümlə (biz Allahın yetişdirdikləri, digər yaradılmışlar isə bizim yetişdirdiklərimizdir) barədə iki müxtəlif şərh mövcuddur. Lakin bunların ikisinin də birlikdə qəbul edilməsi mümkündür:
a) Əhli-beyt (ə) öz etiqadlarının formalaşmasında və şəriət məsələlərinin icrasında xalqa möhtac deyil. Allah tərəfindən nazil olanlar Peyğəmbər (s) vasitəsi ilə onlara yetişmişdir və bütün bunlar onlara kifayət edir. Lakin camaat isə bu qeyd olunanlarda Əhli-beytə (ə) möhtacdırlar. Onlar təkcə Quran və sünnəyə müraciət etməklə kifayətlənə bilməzlər. Çünki Əhli-beytə (ə) müraciət etmədən Quran və sünnədən şəxsi çıxarışlar etdikdə şübhəsiz ki, azğınlığa düçar olacaqlar.
b) Allahın nazil etdiyi nemətlər Əhli-beyt (ə) üçün birbaşa və vasitəsiz nazil olmaqdadır. Lakin Allahın camaata nazil etdiyi nemətlər isə Əhli-beytin (ə) vasitəsi ilədir.
Bəhruz Camal
imamzaman.az
[1] Şeyx Tusi, əl-Ğeybə, səh/285,hədis/245, əl-İhticac, c/2, səh/278, Biharul-ənvar,c/53,səh/178/hədis/9
[2] Əl-İhticac, c/1,səh/97, Biharul-Ənvar, c/29,səh/243, hədis/11
[3] Tuhəful-uqul, səh/386, Biharul-Ənvar, c/75, səh/300, hədis/1
[4] Nəhcül-Bəlağə, hikmət/201, Biharul-ənvar, c/64, səh/158, hədis/1
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər