Peyğəmbərin (s) Mehdi (ə.f) barədə hədisi |
Müəllif: Admin | Bölmə: Hədislər | Vaxt: 15-10-2015, 15:28 | Şərh sayı: (0) | Baxılıb: 1236
Peyğəmbərin (s) Mehdi (ə.f) barədə hədisi
Hz. Rəsulullah bir çox hədislərdə Mehdini (ə.f) vəsf edərək tanıtdırmışdır. Belə hədislərdən biri də Şeyx Səduqun “Kəmalud-din” kitabında mötəbər mənbələrə əsasən nəq etdiyi hədisdir.
Əbu Bəsir Imam Sadiqə (ə) istinadən peyğəmbərin (s) belə buyurduğunu söyləyir:
عن الصادق عن أبيه عن جده (عليه السلام) عن رسول الله (صلى الله عليه وآله) المهدي من ولدي اسمه اسمي وكنيته كنيتي أشبه الناس بي خلقا وخلقا تكون له غيبة وحيرة تضل فيها الأمم يقبل كالشهاب الثاقب فيملأها عدلا وقسطا كما ملئت ظلما وجورا
“Mehdi Mənim övladlarımdandır. Onun adı mənim adım, künyəsi də mənim künyəm kimidir. Xarici görkəm və əxlaq baxımından camaat arasında mənə ən çox bənzəyənidir. O, qeybə çəkiləcək, camaat da çaşqınlığa düçar olub, hətta öz dinlərindən də çıxacaqlar. Belə olduqdan sonra O, parlaq ulduz kimi parlayıb (zühur edib) yer üzünü zülmlə dolduğu kimi ədalətlə dolduracaq“.[1]
[1]Kəmalud-din, səh.287, h.4, (etimadlı və səhih sənədə əsasən),
Yuxarıda qeyd olunan hədisə digər mənbələrdə də rast gələ bilərk: İlamul-vəra, c.2, səh.226, Biharul-Ənvar, c.51, səh.72, h.16
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər