Ümumbəşəri İslam hökumətinə işarə edən ayələr |
Müəllif: Admin | Bölmə: Qurani-Kərim | Vaxt: 11-11-2015, 09:33 | Şərh sayı: (0) | Baxılıb: 415
Ümumbəşəri İslam hökumətinə işarə edən ayələr
Quranın bəzi ayələri aşkar şəkildə ümumbəşəri İslam hökumətinin qurulacağına dəlalət etmir. Lakin onların məzmununa diqqət yetirsək, Əhli beyt (ə) hədislərindən aldığımız kömək nəticəsində bu ayələrdən İslamın İmam Mehdi (ə.f) vasitəsi ilə ümumbəşəri dinə çevriləcəyini anlamaq olar.
a) Yerin ölümündən sonrakı həyatı;
اعْلَمُوا أَنَّ اللَّهَ يُحْيِي الْأَرْضَ بَعْدَ مَوْتِهَا قَدْ بَيَّنَّا لَكُمُ الْآيَاتِ لَعَلَّكُمْ تَعْقِلُونَ
“Bilin ki, həqiqətən Allah yeri ölümündən sonra dirildir. Həqiqətən Biz bəlkə düşündünüz deyə, nişanələri sizin üçün aydınlaşdırdıq”.[1]
Bu ayənin zahiri yerin maddi həyatından onun qış fəslində ölməsindən sonar Yaz fəslindəki dirçəlişindən danışır. Lakin ölü qəlblər mövzusunda söhbət edən və camaatı bu barədə fikiləşməyə dəvət edən bu ayədən öncəki ayəni nəzərə alsaq, yerin mənəvi həyatından danışıldığı nəticəsinə gələcəyik. Belə ki bu ayə zülm və cinayətlərlə ölmüş yer üzünü İmam Mehdinin (ə.f) ədalətli hökuməti vastəsi ilə dirildəcək. Ayədən əldə etdiyimiz bu məna bir çox hədislərdə də öz əksini tapmışdır. O cümlədən bu barədə İmam Sadiqdən belə buyurduğu nəql olunur:
يُحييها بِعَدلِ القائِمِ بَعدَ مَوتِها بِجَورِ أئِمّة الظُّلمِ و الضَّلالِ
“Yeri azğın hakimlərin zülmü ilə öldükdən sonra Qaimin (ə.f) ədaləti ilə dirildər”.[2]
b) Batilin məhvi və haqqın qələbəsi;
وَقُلْ جَاء الْحَقُّ وَزَهَقَ الْبَاطِلُ إِنَّ الْبَاطِلَ كَانَ زَهُوقًا
“Və de: «Haqq gəldi və batil məhv oldu, həqiqətən batil həmişə məhvə məhkumdur”.[3]
Bu ayə bir sıra digər ayələr[4] kimi ümumiliyi və Allahın əbədi sünnəsini (ənənəsini) açıqlayır. Belə ki yaradılış nizamında batil məhv olub gedəcək, haqq isə qalib gələcəkdir. Təbii ki, bu ayənin ən aşkar nümunəsi İmam Mehdinin (ə.f) zühur əsrində qalib olacaq haqq və haqsevərlərdir. Bu ayə barədə İmam Baqirin də (ə) belə buyurduğu nəql edilir:
إذا قامَ القائِمُ ذَهَبَت دَولَةُ الباطِلِ
“Qaimin qiyam etdiyi zaman batil dövlətlər aradan gedər(məhv olar)”. [5]
Başqa bir ayədə ilahi rəhbərlərin cəmiyyətdə atacaqları əsaslı addımlardan söhbət açılır.
الَّذِينَ إِن مَّكَّنَّاهُمْ فِي الْأَرْضِ أَقَامُوا الصَّلَاةَ وَآتَوُا الزَّكَاةَ وَأَمَرُوا بِالْمَعْرُوفِ وَنَهَوْا عَنِ الْمُنكَرِ وَلِلَّهِ عَاقِبَةُ الْأُمُورِ
“O kəslərə ki, əgər yer üzündə onlara qüdrət (hakimiyyət) və güc versək namaz qılar, zəkat verər, (insanları ağıl və şəriət tərəfindən) bəyənilən bütün işlərə vadar edər və (onları) hər bir nalayiq və çirkin işdən saxlayarlar. Bütün işlərin sonu Allaha məxsusdur”.[6]
Bu ayədə namaz qılmaq, zəkat vermək və pis işlərdən çəkindirib yaxşı işlərə dəvət etmək saleh şəxslərin hakimiyyətinin xüsusiyyətləri kimi diqqəti cəlb edir. Bu baxımdan ayənin zahirinin İmam Mehdinin (ə.f) quracağı ümumbəşəri hökumətə aidiyyatı yoxdur. Lakin heç bir şəkk-şübhə yoxdur ki, ayədə deyilən xüsusiyyətlərin ən kamil nümunəsi İmamın quracağı hökumətdir. Belə ki, İmam Baqirdən (ə) nəql olunan hədis də bu mənanı çatdırır. İmam buyurur:
هذِهِ الآیةُ لآل محمد (ص) إلی آخر الأٰئمة والمهدی أصحابُه، یُملّکُهم الله مَشارِقَ الأرضِ وَ مَغارِبَها وَ یُظهِرُ الدّینَ وَیُمیتُ الله بِهِ وَأصحابِهِ البدَعَ وَ الباطِل کما أماتَ السُفَهاء الحَقَّ حَتّی لا یُرَی أثر لِلظُّلمِ
“Bu ayə Ali-Muhəmmədlə (ə) və imamlarla bağlıdır. Belə ki onların sonuncusu Mehdi (ə.f) və onun səhabələri Şərq və Qərbin hakimi olacaqdır. Səfehlər haqqı məhv etdikləri (aradan apardıqları) kimi, Allah da Mehdi (ə.f) və səhabələrinin vasitəsi ilə İslam dinini digər dinlər üzərində qalib edib zülmdən əsər-əlamət qalmayıncaya qədər bütün növ bidət və batili məh edəcək”. [7]
Bəhruz Camal
imamzaman.az
[1]Hədid/17
[2]Təvil əl-ayatuz-zahirə, c/2, səh/662, hədis/14, Nomani, əl-Ğeybə, səh/24 (oxşar ibarə ilə)
[3]Isra/81
[4]Ənbiya/18, Rəd/17
[5]Əl-Kafi, c/8, səh/287, hədis/432, Biharul-Ənvar, c/51, səh/62, hədis/62
[6]Həcc/41
[7]Biharul-Ənvar, c/51, səh/47, hədis/9, Qumminin təsirindən nəqlə əsasən, c/2, səh/87
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər