RSS
 

Login:
Şifrə:
» » İslam dini ümumbəşəri dinə çevriləcək

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






İslam dini ümumbəşəri dinə çevriləcək

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 11-11-2015, 09:16 | Şərh sayı: (0) | Baxılıb: 343

İslam dini ümumbəşəri dinə çevriləcək


İslam dini ümumbəşəri dinə çevriləcək


Quranda İmam Mehdinin (ə.f) quracağı ümumbəşəri dövlətə işarə edən və yaxud təvili (yozumu) bu mənada olan ayələr bir neçə qismə bölünür. Bu yazıda həmin ayələrin bir neçəsinə işarə edəcəyik.

İslam dininin ümumbəşəri bir din olacağını xəbər verən ayələr.
Bu ayələr İslamın ümumbəşəri bir din olacağına və saleh şəxslərin yer üzündə hakim olacağına işarə edir.
a) Haqq dinin dünyaya hakim kəsiləməsinə işarə edən ayə:
هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَى وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّه
“Öz Peyğəmbərini hidayət (vasitələri) və haqq din ilə bütün dinlərə qalib etmək üçün göndərən Odur”.[1]
b) Saleh şəxslərin yer üzərinə hakim olacağına işarə edən ayə:
Təkcə Quranda deyil, digər səmavi kitablarda saleh şəxslərin yer üzərinə hakim olacaqlarına dair xəbərlər vermişdir.
وَلَقَدْ كَتَبْنَا فِي الزَّبُورِ مِن بَعْدِ الذِّكْرِ أَنَّ الْأَرْضَ يَرِثُهَا عِبَادِيَ الصَّالِحُونَ
"Həqiqətən Biz, Zikrdən sonra Zəburda yazdıq və qərara aldıq ki, bu yerin varisi (sahibi, hakimi və bərəkətlərindən tam istifadə edən) Mənim saleh bəndələrim olacaqlar".[2]
Bu ayənin ilk cümləsinin təfsirində 3 nəzəriyyə mövcuddur:
1. ”Zəbur” dedikdə peyğəmbərlərə nazil olan səmavi kitablar, “Zikr” dedikdə isə Lövhi-məhfuz nəzərdə tutulub.
2. “Zəbur” dedikdə Tövratdan sonra nazil olan kitablar nəzərdə tutulub. “Zikr” isə Tövrata işarədir.
3. “Zəbur” deyildikdə Həzrət Davudun (ə) kitabı, “Zikr” deyildikdə isə Həzrət Musanın (ə) kitabı (Tövrat) nəzərdə tutulub.[3]
Hər halda əldə etdiyimiz nəticə budur ki, Allah-Taala Həzrət Muhəmməddən (s) öncəki peyğəmbərlərə də gələcəkdə saleh insanların yer üzərinə hakim olacaqları barədə xəbərlər vermişdir.
c) Zəif salınmışların yer üzərindəki imamət və varisliyinə işarə edən ayə:
وَنُرِيدُ أَن نَّمُنَّ عَلَى الَّذِينَ اسْتُضْعِفُوا فِي الْأَرْضِ وَنَجْعَلَهُمْ أَئِمَّةً وَنَجْعَلَهُمُ الْوَارِثِينَ
“Biz istəyirik ki, yer üzərində zəif salınmışlara mərhəmət göstərək və onları (camaata) imam, (yer üzünə) varis edək” .[4]
Bu ayə Həzrət Musanın (ə) və bəni İsrailin Firon və tərəfdarları ilə mübarizəsi barədə nazil olub. Lakin açıq-aşkar şəkildə zəif salınmışların zalımlar üzərindəki qələbəsinə və onların dünyaya hakim olacağına dəlalət edir. Bu cəhətdən Əhli-beytndən (ə) nəql olunan hədislər bu ayəni İmam Mehdinin (ə.f) ümumbəşəri dövlətinə aid etmişdir[5].
d) Əməli saleh və imanlıların xilafətinə işarə edən ayə:
Allah-Taala müsəlmanlardan imanlı və əməlisaleh olan bir qrupunun iqtidara yetişərək xilafət və hakimiyyət sahibi olacaqlarını vəd etmişdir.
وَعَدَ اللَّهُ الَّذِينَ آمَنُوا مِنكُمْ وَعَمِلُوا الصَّالِحَاتِ لَيَسْتَخْلِفَنَّهُم فِي الْأَرْضِ كَمَا اسْتَخْلَفَ الَّذِينَ مِن قَبْلِهِمْ وَلَيُمَكِّنَنَّ لَهُمْ دِينَهُمُ الَّذِي ارْتَضَى لَهُمْ وَلَيُبَدِّلَنَّهُم مِّن بَعْدِ خَوْفِهِمْ أَمْنًا يَعْبُدُونَنِي لَا يُشْرِكُونَ بِي شَيْئًا وَمَن كَفَرَ بَعْدَ ذَلِكَ فَأُوْلَئِكَ هُمُ الْفَاسِقُونَ
“Allah sizdən (müsəlmanlardan) iman gətirib yaxşı işlər görən kəslərə vəd etmişdir ki, onları mütləq özlərindən qabaq olmuşları canişin etdiyi kimi yer üzündə (Öz) canişini və hakimi edəcək, onlar üçün bəyəndiyi dini (İslam dinini) mütləq, bərqərar edərək möhkəmləndirəcək və onların halını şübhəsiz, qorxu və vahimədən sonra əmin-amanlıq və xatircəmliklə əvəz edəcəkdir. Belə ki yalnız Mənə ibadət etsinlər və heç nəyi Mənə şərik qoşmasınlar. Kim bundan (bu böyük nemətdən) sonra nankorluq etsə, belələri doğrudan da itaətsizdirlər”[6].
Bu ayə aşkar şəkildə bir qrup əməlisaleh və imanlı müsəlmanın çirkinliklərdən uzaq və ilahi prinsiplərə əsaslanan cəmiyyət quracaqlarına dəlalət edir. Ancaq dini dəyərlərin hakim kəsildiyi bir cəmiyyətdə insanlar daxili və xarici düşmənlərin qorxusundan əmin-amanlıqda qalıb əmniyyətli həyat sürə bilərlər.
Əvvəlki ümmətlərdə də haqq dinin ardıcılları müəyyən zaman kəsiyində hakimiyyətə yetişmişdir. Belə ki bu ayədə də ona işarə olunur. Lakin heç bir şəkk-şübhə yoxdur ki, bu günə qədər mütləq şəkildə aramlıq və əmin-amanlığa qərq olmuş bir cəmiyyət və hökumət olmamışdır. Ona görə də Əhli-beyt hədislərində də qeyd olunduğu kimi, bu ayənin ən kamil nümunəsi Həzrət Mehdinin (ə.f) quracağı hökumət və dövlətdir. Deyilənlərin ən kamili yalnız onun qurduğu ümumbəşəri dövlətdə müşahidə olunacaq.
e) Fitnələrin sona çatacağına işarə edən ayə:
Quran iki dəfə cihadın hikmətinin fitnə və zülmkar haikmlərin zülmünə son qoyaraq ilahi hakimiyyətin qurulması olduğunu təkidlə vurğulayır.
وَقَاتِلُوهُمْ حَتَّى لاَ تَكُونَ فِتْنَةٌ وَيَكُونَ الدِّينُ لِلّهِ فَإِنِ انتَهَواْ فَلاَ عُدْوَانَ إِلاَّ عَلَى الظَّالِمِينَ
“Heç bir fitnə qalmayıncaya (şirkin kökü kəsilincəyə) və din və itaət yalnız Allaha məxsus oluncaya qədər onlarla vuruşun. Beləliklə, əgər (Allaha şərik qoşmaqdan) əl çəksələr, zalımlardan başqasına qarşı həddi aşmaq rəva deyildir.[7]”
Allah-Taala başqa bir yerdə isə belə buyurur:
وَقَاتِلُوهُمْ حَتَّى لاَ تَكُونَ فِتْنَةٌ وَيَكُونَ الدِّينُ كُلُّهُ لِلّه فَإِنِ انتَهَوْاْ فَإِنَّ اللّهَ بِمَا يَعْمَلُونَ بَصِيرٌ
“Onlarla (müşriklərlə) heç bir küfr, fəsad və təhlükə qalmayana və (ümumi rəsmi) din tamamilə Allaha məxsus olana kimi vuruşun. Beləliklə, əgər (şirkdən) əl çəksələr, əlbəttə Allah onların etdiklərini görəndir”[8].
Bu iki ayədə İlahi hakimiyyətin qurulacağı aşkar şəkildə qeyd edilməsə də, bütün növ fitnə və fəsadın kökü kəsilənə və dini ayinlər hakim kəsilənə qədər cihad və mübarizə etmək təkid olunur. Bu da İslam dininin gələcəkdə ümumbəşəri bir dinə çevriləcəyinə dair aşkar işarədir.
İslamın ümumbəşəri bir dinə çevriləcəyinə dəlalət və ya aşkar şəkildə işarə edən bu növ ayələr hədislərdən[9] kömək almadan da İmam Mehdi (ə.f) hökumətinə tətbiq etmək olar. Ona görə ki, İslamın ümumbəşəri bir dinə çevrilməsi İmam Mehdi (ə.f) kimi ismətli və bacarıqlı bir rəhbər olmadan mümkün deyil. İstər sünni, istərsə də şiə hədis mənbələri də onun mütləq qiyam edərək ilahi prinsiplərə əsaslanan ümumbəşəri bir dövlət quracağını qeyd etmişlər.

Bəhruz Camal
imamzaman.az

[1] Səff/9, Tövbə/33, Fəth/28
[2] Ənbiya/105
[3] Məcməul-Bəyan, həmin ayənin təfsirində.
[4] Qəsəs/5
[5] Şeyx Tusi, əl-Ğybə, səh/184, hədis/143, Biharul-Ənvar, c/51, səh/54, hədis/35
[6] Nur/55
[7] Bəqərə/193
[8] Ənfal/39
[9] Təfsirul-Əyyaşi, c/2, səh/56, hədis/48, Məcməul bəyan, c/4, səh/266, Biharul-Ənvar, c/51, səh/ 55, hədis/41



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor