Üçüncü əsas: Tarix üzərində hakim olan qayda-qanunları mənimsəmə və onları təsdiqləmənin zəruriyyəti |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 19-01-2016, 22:07 | Şərh sayı: (0) | Baxılıb: 254
Üçüncü əsas: Tarix üzərində hakim olan qayda-qanunları mənimsəmə və onları təsdiqləmənin zəruriyyəti
Qurani-kərim tarixin qanunauyğunluğu, zaman boyu ilahi qayda-qanunların həqiqiliyi, həmçinin tarix üzərində hakim olan ilahi ənənələrin imkan və zəruriyyəti barədə geniş açıqlamaları ilə yanaşı, həmin ilahi sünnələrin növlərini də bəyan etmişdir.
Şəhid Sədr[1] aydın və daha dəqiq bir açıqlamada Qurandakı ilahi sünnələri mütləq, şərti və tematik hissələrə bölmüş, dinə meylliliyi isə ilahi bir sünnə bilmişdir. Bu meyllilik uzun müddət ərzində pozuculuq qabiliyyətində olmayacaqdır. Buna əsasən, bəşəriyyət dindarlıqdan imtina edib, ona arxa çevirməyi bacarmayacaq. Həmçinin, küfr, şirk və nifaq da uzun müddət bəşəriyyətə hakim kəsilə bilməyəcək.
Əlbəttə, bu ilahi sünnə “kamal istəyi, kamal axtarışı və kamalı tapmaq” kimi mütləq, bəşəriyyət üçün ilahi hidayət qayda-qanunları və bunun insanların bütün hərəkət istiqamətlərində davamediciliyindən ayrı olmayacaqdır. Sözsüz ki, sünnəylə yanaşı, insanların ixtiyara malik olmaları, bəşəriyyətin ilahi hidayət xətti əsasında tərbiyəsinin zəruriliyi, tərbiyənin davamlı yol göstərmə və bütün istiqamətlərindən ayrı olmamağı, hikmətli və alim Allah tərəfindən layiqli tərbiyəçilərin seçilməsi və təyin edilməsi də şərtdir. İnsanların zülm və fəsad imkanlarını nəzərə almaqla – belə bir şəraitdə ənənə ilə yanaşı, ilahi başçıların tənhalığa çəkilməsi və onlara sitəm edilməsi, cəmiyyəti onların hidayət və varlıq bərəkətindən məhrum etmək təbii haldır və öngörücülük qabiliyyətindədir.
“Nəsihətin sonu”, “qeyb” və “zühur” kimi komponentləri bu zəmində və belə şərtlərə diqqət etməklə müzakirə etmək, həmçinin onları düşüncə və tanışlıq obyekti qərar vermək lazımdır.
Qurani-kərim öz uzaqgörənliyi ilə bəşəriyyətin eniş-yoxuşlu gedişatını təsvir etmiş və gələcək ictimai dəyişiklik sahələrini izah etmişdir. Qurani-kərim təyin olunmuş hədəf və arzulara çatmaq, kamala doğru sürətlə hərəkət etmək üçün bəşəriyyətin ixtiyarına münasib bir proqram vermişdir.
İmam Mehdi (ə.f) və onun vəfalı tərəfdarları barədə rəvayətlərdə açıqlanmış, tətbiq, təvil və ya təfsir edilmiş Quran ayələrinin hamısı öngörücülük və öncədən tanıma barədə ən üstün şahidlik edən ayələrdir.
Yer üzünün varisliyi[2], haqqın cahanşümul olması və batilin aradan getməsi[3], yaxşıların və sədaqətlilərin həqiqət üçün ləyaqətli olması[4], tərs və təqiyyə dövranının keçib-getməsi, şirkin bütün növlərinin aradan getməsi[5], qeyri-bərabər şəraitdə kafirlərin Allahın parlaq çırağını söndürmək üçün fasiləsiz təlaşı, haqq və Allah dininin digər dinlər üzərində qələbə çalması, haqqın zati iradəsinin gerçəkləşməsi və bütün yeri öz hidayət nuru ilə işıqlandırması[6] Qurani-kərimin məkki və mədəni surələrinin diqqətdə saxladığı məfhumlardır. Həmçinin sonuncu Peyğəmbərin (s) – bu ilahi yol göstərənin sayəsində ayələr aydın və dəqiq nümunələrlə açıqlanmışdır.
Peyğəmbər (s) öz Əhli-beyt risalətini (çağırışını, missiyasını) bu zəmində çatdırmışdır. Canişinlərin sonuncusu missiyasına gəlincə, övladlarının iztirablı şərait yaradıcılığından sonra bu böyük ilahi arzunu gerçəkləşdirmək üçün bəzi mənbələrin uyğunlaşdırmasına əsasən, ən azı 550 hədis[7] şəxsən o həzrətin özündən, 742 hədis[8] isə on bir imamdan hədis formasında bizə gəlib çatmışdır.
İmam Mehdi (ə.f) və onun zühuru barədə 274 ayə haqqında 504 hədis[9] əlimizə çatmışdır.
Bu hədəflərdən əlavə, İmam Mehdinin (ə.f) zühuru, zühurun şərait və xüsusiyyətlərinə də bir neçə ayədə işarə edilmişdir. Əhli-beytdən nəql olunan hədislərə diqqət yetirməklə həqiqətlərdən bir çoxu 250 il müddətində müsəlman cəmiyyətinin ixtiyarına verilmişdir. Bu hədislər (1292 hədis) şiə və qeyri-şiə mənbələrində qeyd edilmişv ə İslam alimlərinin ixtiyarına verilmişdir. Belə bir tərtiblə biz bu hədislərin ictimai və axıcı təsirlərinə göz yuma bilmərik. Həmçinin qeyb əsrini araşdırarkən onları nəzərdən kənarda saxlamaq, uzunmüddətli qeyb dövrünə yetişmək üçün yaradılmış şəraitləri görməzdən gələ bilmərik.
[1]Müraciət edin: “Təfsiri-mövzui” Şəhid Seyid Muhəmmədbaqir Sədr
[2]Əraf, 128
[3]İsra, 81
[4]Ənbiya, 105-107
[5]Nur, 55
[6]Tövbə, 32-33
[7]Möcəmul-əhadisil-İmam Mehdi, c.1-2.
[8]Həmin mənbə, c.3-4.
[9]Həmin mənbə, c.5.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər