RSS
 

Login:
Şifrə:
» » Tövhid bütün İslam təlimlərinin ruhu və əsasdır

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Tövhid bütün İslam təlimlərinin ruhu və əsasdır

 
Müəllif: Admin | Bölmə: Allahşünaslıq | Vaxt: 15-10-2015, 11:05 | Şərh sayı: (0) | Baxılıb: 3034

Tövhid bütün İslam təlimlərinin ruhu və əsasdır


Tövhid bütün İslam təlimlərinin ruhu və əsasdır


Tövhid bütün İslam təlimlərinin ruhu və əsasdır

Biz inanırıq ki, İlahi mərifəti barəsində olan məsələlərin ən əhəmiyyətlisi və əsası, Tövhidi olduğu kimi tanımaq və anlamaqdır. Həqiqətdə, Tövhid, yalnız dinin əsaslarının biri kimi deyil, əksinə bütöv İslam əqidələrinin bünövrəsi, kökü və dayaq nöqtəsi deməkdir. İslam dininin əsasları və fərləri3 Tövhidə bağlı olaraq, onunla formalaşır.
Dinimizin hər bir bölməsi bir növ tövhidlə, Allahın yeganəliyiylə sıx bağlıdır. Allahın pak zatının vəhdəti və misilsiz olması, Allahın sifətlərinin və fellərinin bir olması Tövhidə əsaslanır. İlahi peyğəmbərlərinin bir Allaha doğru çağırışları ilahi dininin və ayinlərinin bir olması, müsəlmanların qibləsinin, həmçinin Müqəddəs kitabımızın bir olması, ilahi qanun vericiliyinin və hökmlərin bəşər övladları üçün vəhdəti, qiyamət gününə olan etiqadın birliyi də, Tövhiddən xəbər verir.
Elə buna görə də, Qurani-kərim ilahi tövhiddən uzaq düşmək və şirkə doğru meyl etməyi bağışlanılmayan günah sayaraq buyurur:
"Allah-təala heç vaxt ona şərik qoşmağı bağışlamaz. İstədiyi kimsənin (bundan savayı) başqa günahlarını (əgər layiqli bilsə) bağışlayar. Allaha şərik qoşan şəxs yalan uydurmuş və böyük günah etmişdir.” (Nisa, 48)
Başqa bir ayədə buyurulur: "Sənə və səndən əvvəlki bütün peyğəmbərlərə vəhy olunmuşdur ki, əgər müşrik olsanız, əməllərinizin hamısı hədər olacaqdır. Və əlbəttə, ziyankarlardan olacaqsınız.” (Zümər, 65)

Tövhid və onun mərtəbələri

Tövhid bir neçə qismə ayrılır ki, sizə təqdim etdiyimiz bu dörd qisim, onların ən əhəmiyyətlisidir.

1.Tövhide-zati:

Allahın Pak Zatı tək və yeganədir. Heç bir varlıq Ona oxşamaz. O, şəriksiz və misilsiz bir Allahdır.

2. Tövhide-sifati (sifətlərdə Tövhid):

Tövhide-sifati budur ki, Allah-təala bütün kamal sifətlərinə malikdir. Allahın elm, qüdrət, əbədiyyət, və s. bu kimi sifətləri (xüsusiyyətləri) hamısı Onun Pak Zatında cəmlənmişdir. Və bu xüsusiyyətlər Onun vahid, bölünməz və bir olan zatının eynidir. Məxluqatın sifətləri isə bir-birindən ayrı olmaqla bərabər, onların zatından da, ayrıdır. Allahın sifətləri isə belə deyildir. Əlbəttə, "Allahın sifətləri isə Onun zatının eyni olması bəhsini” daha yaxşı anlamaq (üçün bir sıra elmi və fəlsəfi zərifliklərə diqqət etmək lazımdır) xüsusi incəliklə düşünmək və diqqət tələb edir.

3. Tövhide-əfali (fellərdə Tövhid):

Dünyada baş verən hər iş, hərəkət və hər bir varlığın təsiredici qüvvəsi Allah-təalanın iradəsinə bağlıdır. Və Onun iradəsindən çeşmələnir. Qurani-kərim buyurur: "Allah-təala hər bir şeyin yaradanıdır və bütün varlıqlara nəzarət edən Odur!” (Zumər, 62) Yaxud başqa bir ayədə buyurulur: "Göylərin və yerin açarları Ona məxsusdur. (bütün işlər Onun qüdrətinə bağlıdır.)” (Şura, 12)
Bəli, Allahdan qeyri heç bir təsir qoyan qüvvə yoxdur! Lakin bu bizim işlərimizdə, əncam verdiyimiz əməllərimizdə məcbur olmağımız mənasında deyildir. Hər bir insan öz əməllərini əncam verməkdə və qərar qəbul etməkdə azaddır. Necə ki, Qurani-kərim buyurur: "Biz insana doğru yolu nişan verdik. İstər şükür etsin, istərsə də küfr etsin!” (İnsan, 3) Yaxud; "Və gerçəkdə insan üçün öz səyindən başqa mükafat yoxdur.” (Nəcm, 39)
Qeyd olunan ayələr aşkarcasına bəyan edir ki, insan azad iradəyə malikdir. Lakin bu azad iradəni və qüdrəti ona öz Rəbbi vermişdir. İnsanın bütün işləri Allahın ona bəxş etdiyi iradə və bacarıq vasitəsi ilə baş tutur. Deməli, bizim əməllərimiz Allaha istinad olunaraq bir növ, həqiqətdə ona bağlıdır. Və bu bağlılıq bizim əməllərimizə görə daşıdığımız məsuliyyəti heç də azaltmır.
Əziz oxucu, Allah iradə etmişdir ki, biz öz əməllərimizi azad ixtiyara malik olaraq əncam verək və bu vasitə ilə, Allah-təala, insanları imtahana çəkərək onları "mənəvi təkamül” yolunda ucaltmaq istəmişdir. Çünki yalnız azad iradəyə malik olan insan, öz ixtiyarı ilə Tanrıya itaət etdikdə, ilahi kamilliyə ucala bilər. Əgər Allah insanı heç bir ixtiyara və azad iradəyə sahib etməsə və onu öz əməllərində məcbur edərsə, insanın əməlləri heç bir dəyərə malik olmayacaqdır. Azad iradə sahibi olmayan, yalnız vasitə-alət rolunu oynayan insanın icbarən gördüyü işlər onun yaxşı və pis olmasına heç bir şəkildə dəlalət edə bilməz.
Əslində əgər biz insanlar, əməllərimizi əncam verməkdə məcbur olsaydıq, peyğəmbərlərin gəlişi müqəddəs kitabların göndərilməsi və həmçinin dini hökmlər, təlim-tərbiyə və s. puç və mənasız bir iş olardı. Cənnət-cəhənnəm, cəza və mükafat mənasız bir iş sayılardı. Bu bizim Əhli-beyt (ə)-dan öyrəndiyimiz bir əqidədir; "İnsanın əməllərində mütləq şəkildə icbar yoxdur. Həmçinin, insanın öz əncam verdiyi işlərdə tam azad olduğu (Allaha heç bir ehtiyacı olmamağı) səhv bir əqidədir. Həqiqətən bu iki əqidənin arasında mötədillik; "Nə icbar, nə sırf azadlıq doğru deyildir. İnsan Allaha ehtiyaclı olaraq öz işlərində azad iradəyə malikdir.”

4. Tövhide-ibadi:

İbadətdə Tövhid, yəni ibadət fəqət Allaha məxsusdur. Ondan qeyri bir varlıq ibadət olunmağa layiq deyildir. Yalnız Allaha ibadət edərək, yalnız Onu ibadətə layiq saymaq, Tövhide-ibadi adlanır. Tövhidin bu qismi onun digər bölümlərindən ən əhəmiyyətlisidir. Belə ki, ilahi peyğəmbərlər hamısı daha çox ibadətdə olan tövhidə təkid etmişlər. Və insanları yalnız və yalnız bir olan Allaha ibadət etməyə səsləmişlər. Qurani-kərim buyurur: "Onlara, yalnız Allaha ibadət etmək əmr olundu. Və öz dinlərini fəqəd Allaha ibadət etməklə xilas etmək (şirkdən tövhidə qayıtmaq) tapşırıldı. Və budur doğru-düzgün din.” (Bəyyinə, 5)
İnsan övladı ürfan və əxlaqi kamilliyin mərhələlərini keçərək, mənəvi cəhətdən daha uca məqamlara yüksəlmək istədikdə, "Tövhid məsələsi” daha çox mürəkkəbləşir. Elə bir dərəcədə ki, insan Allaha könül bağlayaraq hər bir məkanda onun razılığını düşünür. Onun razılığından qeyri heç bir şeyin barəsində fikirləşmir. Allahdan başqa bir varlıq onun diqqətini cəlb etmir. Başqa bir ibarətlə desək; "Allahdan başqa sənin diqqətini cəlb edən, sənin bütündür.” Dərəcəsinə yetişir.
Əziz oxucu, tövhidin qisimləri bu dörd bölümlə məhdudlaşmır: Bunlardan başqa, digər bölümləri də, qeyd etmək olar; "Malikiyyətdə Tövhid,” (tövhide-malikiyyət-hər bir şeyin həqiqi maliki Allahdır), Qurani-kərim: "Göylərdə və yerdə hər nə vardırsa Allahındır” (Bəqərə, 284). Hakimiyyətdə Tövhid: (Tövhide-hakimiyyət: Həqiqi hakim və hökm edən yalnız Allahdır. Hökm yalnız ona məxsusdur.) (Maidə, 44)



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor