Zühurdan sonra dünya |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 8-10-2015, 20:46 | Şərh sayı: (0) | Baxılıb: 508
Zühurdan sonra dünya
Bəzən bizi belə bir sual düşündürür: Görəsən, İmam Mehdi (ə.f) zühur etdikdən sonra mövcud dünyamız necə olacaq? İndi, qısa da olsa, bu haqda zehnimizdə təsəvvür yaratmağa çalışaq.
İmam Mehdi (ə.f) zühur etdikdən sonra insanların fizki həyatında elə bir dəyişiklik olmayacaq. Yəni insan fiziki baxımdan necə varsa, elə də qalacaqdır. Onlar üçün doğum və ölüm həmişəki kimi qaçılmaz qalacaqdır, istedad və xüsusiyyətləri isə qeyri-adi tərzdə dəyişməyəcəkdir.
Əlimizə çatan dini mənbələri mütaliə edərkən belə bir nəticə əldə edə bilərik ki, İmam Mehdinin (ə.f) zühurundan sonra aşağıda qeyd edəcəyimiz islahatlar aparılacaq, bəşəriyyətin həyatında müsbət dəyişikliklər baş verəcəkdir:
- İslam dininin gözəllikləri bütün dünyanı bürüyəcəkdir. Yer üzərində hakimiyyət qurularkən Allah və Onun Rəsulunun buyruqları əsasında hökm ediləcək, dünyanı əhatə edən xürafat və bidətlərə son qoyulacaqdır.
- Elm və texnologiya sürətli şəkildə inkişaf edəcəkdir. İmam Cəfər Sadiqdən (ə) nəql olunan hədisə əsasən, İmam Mehdi (ə.f) zühur etdikdən sonra 27 hərf olan elmin bəşəriyyətə tanış olmayan 25 hərfini aşkar edəcək və bu barədə təbliğ, həmçinin inkişafı üzərində səy göstərəcəkdir. 27 hərf olan elmin 2 hərfinin peyğəmbərlər tərəfindən açıqlanmasına baxmayaraq, bu elmlərin də üzərində islahat aparacaq və insanlar arasında inkişaf etdirəcəkdir.
- İmam Mehdi (ə.f) zühur etdikdən sonra mənəviyyat məsələsi önə çəkiləcək, din insanların ayrılmaz bir hissəsinə çevriləcəkdir. İmam Əli (ə) hələ sağlığında zühur dövrünü təsvir edərək, bu məsələlərə toxunmuş, Əhli-Beyt (ə) tərəfdarlarının Kufə məscidinə yığışaraq, çadır qurub Quranı nazil olduğu kimi insanlara öyrədəcklərinə işarə etmişdir.
İmam Mehdinin (ə.f) zamanı həm də hikmət və bilik təlimi zamanı kimi qiymətləndirilmişdir. Bu məsələ o qədər geniş yayılacaq ki, hətta evdə olan bir qadın Quran və sünnə əsasında rəftar edəcəkdir.
Zühurdan sonra insanlar ibadətə tərəf sürətlə üz tutacaq, namazlarını camaatla qılmağa üstünlük verəcəklər.
- Cəmiyyət içərisində əxlaqi dəyərlər inkişaf etdiriləcək, pis və rəzil xüsusiyyətlər aradan qaldırılacaqdır. Hədislərə görə, İmam Mehdi (ə.f) qiyam etdikdə insanların bir-birilərinə qarşı kinləri belə, qəlblərindən silinəcəkdir.
- Əmin-amanlıq bərpa ediləcəkdir. “Nur” surəsinin 55-ci ayəsində buyurulur: “Qorxularını əmin-amanlığa çevirəcəyini vəd etmişdir”.
İmam Sadiq (ə) “Səba” surəsinin 18-ci ayəsi haqqında danışarkən “Biz Əhli-Beytin (ə) Qaimi ilə birlikdə deməkdir” – deyə, buyurmuşdur.
- Bəşəriyyət arasında sağlam iqtisadi əlaqələr qurulacaqdır. Belə ki İmam Mehdinin (ə.f) hakimiyyəti zamanı sələm aradan gedəcək, yer üzəri viranəlikdən abadlığa çevriləcəkdir. Bu dövrdə məhsul bol olacaq, çaylar su ilə dolacaq, bulaqlar qaynayıb-daşacaq, torpaq bir neçə dəfə məhsul verəcəkdir.
- İmam Mehdinin (ə.f) hakimiyyəti zamanında fiziki və psixoloji baxımdan tam sağlamlığa yiyələnmək mümkün olacaqdır.
Bu qısa xatırlatma nəticəsində bəşəriyyətin həll edə, reallaşdıra bilmədiyi mənəvi-sosioloji rifaha yiyələnməyin yolu ilə tanış olduq. Bəli, bunun çarəsi İmam Mehdinin (ə.f) zühuru ilə aşkarlanacaqdır. O günü görmək ümidi ilə!
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər