İkinci əsas: Tarixin gedişatı üçün hakim qanunları tanıma zəruriyyəti |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 19-01-2016, 22:04 | Şərh sayı: (0) | Baxılıb: 332
İkinci əsas: Tarixin gedişatı üçün hakim qanunları tanıma zəruriyyəti
Birinci əsasın məna və nəticələrinin açıqlanmasından sonra bəşəriyyətin gedişatının üzərində hakim ənənə və qanunları dəqiq və dərin tanımağın zəruriyyəti işıqlandırılacaqdır. Bu tanışlıq mümkün işdir, həmçinin faydavericidir; çünki insanlar ixtiyari kamal və ilahi azadlıqla bu qanunauyğunluqların faydaverici üsulundan yararlanırlar.
Qurani-kərimin bir çox ayələrində Allah-taala insanların diqqətini bu tanışlığın zəruriyyətinə yönəltmiş və bu qanunların toplusunu açıqlamışdır. Bundan başqa Qurani-kərimdə onların faydaverici üsulları işıqlanmışdır:
إِنَّ اللَّهَ لَا يُغَيِّرُ مَا بِقَوْمٍ حَتَّىٰ يُغَيِّرُوا مَا بِأَنْفُسِهِمْ ۗ
“Hər hansı bir tayfa öz tövrünü (nəfsində olanları) dəyişmədikcə (pozmadıqca), Allah da onun tövrünü (onda olanları, onun əhvalını) dəyişməz”.[1]
Bu sahədə ən uyğun ayədir. Belə bir tövri dəyişikliyin Allah tərəfindən olmasına baxmayaraq, hər cür ictimai dəyişikliyi insanların iradə və istəyinə bağlamış, insanın seçimi üçün böyük bir sahə təyin etmişdir.
Bu ənənəni tanımaqla tarixi bəhs və toqquşmalardan çoxu islah edilir. Tarix boyunca hadisələrdən bəzisi barədə bixəbər olmaq və ya bəzi hadisələrin təhrif edilməsini məntiqi və dəqiq yolla çatdırılmasının qarşısını alan maneələr də aradan qalxır. Çünki köklü-budaqlı və əhatəli baxışla hadisələri görür, müqayisə edir və ölçüb-biçirik..
Bu minvalla tarixə köklü-budaqlı baxış keçirtməklə hər bir əsri daha çox dərk edəcək və hadisələrin təhlili və onun fenomenlərinin həqiqətinə çatacağıq.
[1] Rəd, 11
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər