Dördüncü naib |
Müəllif: Admin | Bölmə: Islam tarixi | Vaxt: 26-11-2015, 10:42 | Şərh sayı: (0) | Baxılıb: 499
Dördüncü naib
İmam Mehdinin (ə.f) göstərişinə [1] və üçüncü nümayəndə Hüseyn ibn Ruh Nobəxtinin vəsiyyətinə əsasən, ondan sonra Əli ibn Məhəmməd Səməri İmamın xüsusi naibi təyin olunaraq şiələrin başçısı seçilir.[2] Səməri İmam Həsən Əskərinin (ə.f) səhabələrindən olmuşdur. [3] O, vəfat etdiyi 329-cu ilə qədər İmam Mehdinin (ə.f) xüsusi nümayəndəsi vəzifəsində çalışmışdır. Hüseyn ibn Ruh vəfat etməzdən bir neçə gün əvvəl ona İmam Mehdidən (ə.f) aşağıdakı məzmunda bir məktub gəlir:
“Bağışlayan və mehriban Allahın adı ilə! Ey Əli ibn Məhəmməd Səməri! Sən altı gündən sonra vəfat edəcəksən. İşlərini səliqə-səhmana sal və heç kəsi öz yerinə canişin təyin etmə! Uzunmüddətli qeyb dövrü çatıb və mən bir də Allahın icazə verdiyi vaxt zühur edəcəyəm. Mənim zühurum uzun müddət keçdikdən, qəlblər sərtləşdikdən, yer üzündə zülm və haqsızlıq baş alıb getdikdən sonra olacaq. Şiələrim arasında məni görmək iddasını edənlər olacaq. Süfyaninin qiyamından və göydən sədanın [4] eşidilməsindən öncə kim belə iddia edərsə, bilin ki o yalançıdır və dedikləri iftiradır (böhtandır). Allahdan başqa heç bir qüdrət və qüvvə yoxdur.” [5]
Məktub gəldikdən düz altı gün sonra Əbülhəsən Səməri vəfat edir. [6] Vəfat etməzdən qabaq ondan İmamın sonrakı nümayəndəsinin kimliyi barədə soruşuldu. O isə "mənim kimisə nümayəndə təyin etməyə icazəm yoxdur."-deyə cavab verdi. [7]
Əbülhəsən Səmərinin vəfatından sonra şiə tarixində “uzunmüddətli qeyb dövrü” adı ilə məşhur olmuş yeni bir mərhələ başlandı.
İmamzaman .az
[1] Əlamul-vəra, səh/445.
[2] Əl-Ğeybə, səh/242.
[3] Rarixul-qeybətis-suğra, səh/412.
[4] Səmadan gələn səs zühurun əlamətlərindən biridir
[5] Əl-Ğeybə, səh/242-243.
[6] Həmin, səh/243.
[7] Həmin , səh/242.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər