Qeyb dövrünün xüsusiyyətləri |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 1-10-2015, 20:57 | Şərh sayı: (0) | Baxılıb: 440
Qeyb dövrünün xüsusiyyətləri
İmam Mehdinin (ə.f) qeyb olmasının necəliyi və onun xüsusiyyətləri barədə bir sıra hədislər mövcuddur. Lakin buna baxmayaraq qeyb barəsində qəti və aydın təsəvvür yaratmaq mümkün deyil. Aşağıda bu xüsusuiyyətlərin yalnız bir neçəsinə toxunmaq istəyirik:
1. O, bulud arxasındaki günəş kimidir:
كما ينتفعون بالشمس اذا سترها سهاب
2. O görünür, amma tanınmır:
يجعل الله بينه وبين الخلق حجا با يرونه ولا يعرفنه
3. Hər il həcc mərasimində iştirak edir. Ərəfatda dayanıb möminlərin duasına "Amin!" deyir:
وانه ليحضر الموسم فى كل سنة ويقف بعرفة فيْؤمن على دعاء المؤمن
4. Gözlərdən qeybdə olsa da qəlblər onu duyur:
ان غاب عن الناس شخصه فى حال هدنة لم يغب عنهم مثبوت علمه
5. Bir çox aşiqlər onu görüb tanımağa müvəffəq olmuşlar. ("Yənabiül-məvəddə", səh.477)
6. Məskunlaşdığı müəyyən bir yeri yoxdur. Çox zaman məşhur olmayan şəhərlərin ətrafında yaşayır.
7. İmam Mehdi (ə.f) bəzi məclislərdə iştirak edir, küçə və bazarlarda yol gedir.
8. Onun hər hansı bir yerdə olub gözə görünməməsi də mümkündür. Bu, Allahın icazəsi ilə baş verir. İmam Rza (ə) Həzrət Mehdinin (ə.f) cisminin görünmədiyini " لا يرى جسمه" ("Müntəxəbül-əsər", səh.277), İmam Sadiq (ə) isə gizlində olduğunu يغيب عنكم شخصه ("Müntəxəbül-əsər", səh.272) buyurmuşdur. İmam Mehdi (ə.f) Allahın əmri ilə görünə, lakin tanınmaya da bilir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər