Uzunmüddətli və qısamüddətli qeyb dövrünün fərqləri |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 4-10-2015, 18:30 | Şərh sayı: (0) | Baxılıb: 331
Uzunmüddətli və qısamüddətli qeyb dövrünün fərqləri
69 illik qısamüddətli qeyb dövrü uzunmüddətli qeyb dövrü üçün bir müqəddimədir. İnsanların qısamüddətli qeyb dövründə uzunmüddətli qeyb dövrünə hazırlaşmalarının zəruriliyini həm də bir fürsət kimi qiymətləndirə bilərik. İndi isə 12 əsrə yaxın davam etməkdə olan uzunmüddətli qeyb dövrünün kiçik qeyb dövründən fərqləndirən cəhətlərini qeyd etməyə çalışaq:
1. Uzunmüddətli qeyb dövrünün müddəti adından göründüyü kimi, qısamüddətli qeyb dövründən olduqca çoxdur.
2. Qısamüddətli qeyb dövründən fərqli olaraq, bu dövrdə İmam Mehdiylə (ə.f) rabitədə olan heç bir xüsusi naib yoxdur.
3. İmam Sadiq (ə), İmam Həsən Əskəri (ə) və İmam Mehdinin (ə.f) hədislərində göstərilən şərtlərə malik olan müctəhidlər ("Vəsailüş-şiə"; "Vilayəti-fəqih", İmam Xomeyni) İmam Zamanın (ə.f) ümumi naibləri hesab edilir. Bu dövrdə onlar İslam hökumətinin idarəsi, həmçinin İslam və müsəlmanların mənafeyini qorumaq üçün məmur olunmuşlar. İlahi hökmlər, cəza sisteminin icrası və ümumiyyətlə, müsəlmanların bütün ictimai, habelə iqtisadi işlərinə rəhbərlik də onların öhdəsinə düşür.
4. Bu dövr xalq və şəraitin vahid ümumbəşəri hökuməti qəbul etməyə hazır olacaqları zaman sona çatacaqdır.
5. Uzunmüddətli qeyb dövrün müddətini Allahdan başqa heç kəs bilmir. Heç bir hədisdə onun vaxtı göstərilməmişdir. Bu zamanı təyin edən kəslər yalançı adlandırılmışdır.
- See more at: http://imamzaman.az/index.php?do=meqale&id=51#sthash.pB83iMMk.dpuf
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər