Zühur üçün dua etmək qəm-qüssəni azaldır |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 1-10-2015, 19:11 | Şərh sayı: (0) | Baxılıb: 538
Zühur üçün dua etmək qəm-qüssəni azaldır
Ayətullah Seyid Məhəmmədtəqi Musəvi İsfahaninin (1303-1348 h.q) təlif etdiyi dəyərli "Mikyalul-məkarim" kitabı Həzrət Bəqiyyətəllah İmam Zamanın (ə) haqqını ödəmək niyyətilə qələmə alınıb. Aydındır ki, digər insanlardan daha çox İmam Zamanın (ə) bizlərin boynunda haqqı var.
Bu kitabın orijinalı ərəb dilindədir. Kitabın girişində deyilir: "O Həzrətin haqqını ödəyə və bizlərə bəxş etdiyi feyzlərin layiqincə şükrünü yerinə yetirə bilmədiyimiz üçün əlimizdən gələn qədər O İmamın yolunda xidmət etmək bizlərə vacibdir... İmamın intizarını çəkmək, fərəcin tezləşməsi üçün dua etmək, o həzrətin razılığına səbəb olan əməllərə önəm vermək və özünü İmama yaxınlaşdırmaq qeyb dövrünün ən gözəl əməlləridir".
Əgər qəm-qüssə üz gətirərsə...
İmam Zamana (ə) dua etməyin xeyirli cəhətlərindən biri İmam Zamanın (ə) həmin şəxsə dua etməsidir; deməli, O Həzrətin duası Ona dua edən şəxsin qəm-qüssəsinin aradan getməsinə səbəb olar, çünki İmam Zamanın (ə) dostlarının qəmlənməsi O Həzrəti də qəmləndirir və şübhəszi ki, bu halda İmam o şəxsə dua edir.
Bu əsasla, dostların o Həzrətə iqtida etməsi gərəkdir və həmçinin İmam Zamanın (ə) qəm-qüssəsinin getməsi üçün dua etmək lazımdır, bunlardan əlavə, bəzən İmamın qəmlənməsi dostlarının da qəmlənməsinə səbəb olur; bu halda O Həzrətə dua etmək daha da təkidlidir.
Bu sözümüzün təsdiqlənməsi üçün İmamın aşağıdakı hədisindən kömək ala bilərik: " و اکثروا الدعا بتعجیل الفرج فان ذلک فرجکم"
Yəni bu dua (İmamın fərəcinin tezləşməsi üçün dua) işlərinizin düzəlməsinə və hər bir çətinlik və qüssədən azad olmağınıza səbəb olur.
Çətinliyə düşən zaman fərəcin tezləşməsi üçün bir neçə dəlilə görə dua etmək tövsiyə edilir:
1- O Həzrətin dua etməsinə səbəb olur
2- Mələklərin dua etməsinə səbəb olur, çünki mələklər qeybdə olan möminin barəsində dua edən edən şəxsə dua edirlər və duaları da, inşaallah, qəbuldur.
3- İmam Zamanın (ə) Öz duası: Fərəcin tezləşməsinə çox dua edin ki,bu sizin fərəcinizdir".
4- İmam Zamana (ə) dua etmək bir növ İmama təvəssül etmək deməkdir və İmam Zaman da (ə) çətinliklər və bəlalardan qurtarmaq üçün bir nicat vasitəsidir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər