İmamın varlığının zəruriliyi |
Müəllif: Admin | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 1-10-2015, 19:35 | Şərh sayı: (0) | Baxılıb: 494
İmamın varlığının zəruriliyi
Bütün dövrlərdə bir imamın varlığına etiqad bəsləmək biz müsəlmanların dini inanclarından hesab edilir. Bu (imamın varlığının zəruriliyi), həm əqli, həm də nəqli (Quran və hədis) dəlillər əsasında sübuta yetirilmişdir. Ağıl deyir: “Nübüvvət və imamət mənəvi bir feyzdir. Belə bir feyz əvvəlki ümmətlər arasında da müşahidə edilmişdir. Zehnimizə belə bir maraqlı sual gələ bilər: “Görəsən, bu mənəvi feyz Hz. Muhəmmədin dünyadan köçməsi ilə qurtarır, ya davam edir?” Əgər sona çatıb desək, belə bir iradla qarşılaşırıq: “Nə üçün Allah belə bir feyzi bizdən öncə yaşamış ümmətlərə vermiş, lakin İslam ümmətinə verməmişdir? Məgər İslam ümmətinin ləyaqət və istedadı əvvəlki ümmətlərdən daha aşağıdır?” Qəti şəkildə deyə bilərik ki, İslam ümmətinin ləyaqət, istedad və fəziləti digər ümmətlərdən daha çoxdur. Belə isə, İslam ümməti bu feyzdən nə üçün məhrum olmalıdır? Bu sualın düzgün cavabı budur ki, belə bir feyz kəsilməmişdir. Əhli-Beyt tərəfdarlarının bu suala verdiyi cavab belədir: Peyğəmbər (s) vəfat etdikdən sonra 12 məsum imam bu ilahi feyzin daşıyıcıları olmuşlar. Bu fərqlə ki, peyğəmbərin sağlığında ilahi feyzin mənbəyi nübüvvət olduğu halda, onun vəfatından sonra bu feyzin müzakirə obyekti dəyişdi. Kamil insanın varlığı ilahi feyz vasitəsidir. Peyğəmbərdən sonra mənəvi feyz kamil insan sayılan imamlar vasitəsilə davam etmişdir. Bu gün bu ilahi feyzin mənbəyi Həzrət Mehdinin (ə.f) pak və müqəddəs vücudur. Bu dəlil rəvayətlər vasitəsilə daha da güclənir. Belə ki dini mətnlərdə hər əsrdə bir imamın var olması, müsəlmanların həmin imamı tanımalarının zəruriliyi, bu inanca sahib olmadığı təqdirdə qeyri-müsəlman kimi dünyadan köçəcəyi barədə kifayət qədər məlumat vardır. Peyğəmbərdən nəql olunmuş hədislərdə hər bir zamanda imamın varlığı və müsəlmanların onu tanımalarının zəruriliyi barədə müxtəlif ifadələrə rast gəlmək mümkündür. Həzrət Muhəmməd buyurub: من مات بغیر امام مات میتة جاهلیة “İmamı olmadan ölən hər bir kəs cahiliyyət dövründə ölmüş birisi kimi dünyadan köçmüşdür.” (“Müsnəd Əhməd ibn Hənbəl”, c.4, s.96 və c.2, s.83, s.93, “Səhih Müslim”, c.3, s.1478) Başqa bir yerdə buyurub: انّ الحجة لا یقوم للَّه علی خلقه الاّ بامام حتی یعرف “Allahın insanlar üzərindəki höccəti yalnız tanıtdırılmış imam vasitəsilə tamamlanır.” (“Üsuli-Kafi”, c.1, s.135) İmam Əli buyurur: لا تخلو الارض من حجّة ظاهرٍ او خائف مغمور “Yer üzü aşkar və ya gizli bələdçisiz (İmamsız) olmaz.” (“Nəhcül-Bəlağə”, hikmətli kəlamlar, 147)
imamzaman.az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər