RSS
 

Login:
Şifrə:
» » Bu il Qarabağa dair Minsk konfransı çağırıla bilər

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Bu il Qarabağa dair Minsk konfransı çağırıla bilər

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-02-2016, 14:26 | Şərh sayı: (0) | Baxılıb: 233

Bu il Qarabağa dair Minsk konfransı çağırıla bilər


Bu il Qarabağa dair Minsk konfransı çağırıla bilər Azərbaycanın öhdəsində bu məsələni gündəmə gətirmək üçün bütün əsaslar var; Avropanın aparıcı dövləti kimi Almaniya da ATƏT-in yeni sədri olaraq təşəbbüsü ələ alıb bu yöndə status-kvonun dəyişməsinə ciddi töhfə verə bilər, əgər...
Azərbaycanın da yerləşdiyi Güney Qafqaz regionunda köklü maraqlara sahib Türkiyə və Rusiya arasında münasibətlər yenidən gərginləşib. Rusiya tərəfi boynuna almasa da, rəsmi Ankara, Pentaqon və NATO təsdiqləyir ki, bu dəfə də rus hərbi təyyarəsi qardaş ölkənin hava məkanını pozub. İnsidentlə bağlı Rusiya səfiri Türkiyə XİN-ə çağırılıb, ölkə Silahlı Qüvvələri tam hazırlıq vəziyyətinə gətirilib, prezident Rəcəb Tayyib Ərdoğan belə hal təkrarlanarsa, xəbərdarlıq edilmədən “vur” əmrini verib.

Yeni ilin ilk ayı beləcə iki regional güc arasında növbəti xoşagəlməz hadisə ilə yadda qalıb. Bu olay şübhə yox ki, regionda, xüsusən də Dağlıq Qarabağ konflikti ətrafında situasiyaya əlavə neqativ çalarlar qatır, münaqişənin həlli yönündə zəruri olan qarşılıqlı etimad atmosferini daha əlçatmaz edir.

Ən azı o səbəbdən ki, konfliktin həlli perspektivinə həm Rusiyanın, həm də Türkiyənin mühüm təsir imkanları var və istəsək də, istəməsək də hər iki amil ciddiyə alınmaq zorundadır. Belə ki, əgər Moskva işğalçı Ermənistan üzərində həlledici söz sahibidirsə, qardaş ölkə də Azərbaycanın yanında sözükeçərli dövlətdir. Demək, Qarabağa dair hansısa anlaşma variantında Rusiya və Türkiyənin səyləri ilə sülhə daha tez nail olmaq mümkündür. Əksinə, Moskva və Ankara arasında konfrontasiya Qarabağ ixtilafının təzədən qızışma ehtimalını artırır.

***
Bu və başqa səbəbdən belə görünür, ATƏT-in yeni sədri kimi Almaniya üçün 2016-cı il Avropanın aparıcı dövləti olmasına rəğmən, yetərincə gərgin keçəcək. Rəsmi Berlin öz nüfuzundan istifadə edib ATƏT-in Minsk Qrupunun işində canlanma yarada biləcəkmi? Özündə potensial müharibə riskləri daşıyan mövcud status- kvonun dəyişməsinə nail ola biləcəkmi?

Söyləmək çətindir. Ona görə ki, Almaniyanın Dağlıq Qarabağ probleminin həllinə yanaşması üç vasitəçi dövlətin - ABŞ, Rusiya və Fransanın yanaşması ilə üst-üstə düşmür, Berlin ədalətli mövqedə dayanır, Azərbaycanın haqq işini müdafiə edir.

Almaniya hökuməti konfliktə Azərbaycanla Ermənistan arasında olan münaqişə kimi baxır və işğal altındakı ərazilərin azad edilməsini sülh planı üçün əsas şərt hesab edir. Bənzər mövqeyi ötən ilin yanvarında Berlinə səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyevlə görüşən Almaniya kansleri Angela Merkel ortaya qoymuşdu.

Məhz bu səbəbdən rəsmi Bakı Almaniyanın Dağlıq Qarabağ məsələsində fəallaşmasına çox pozitiv baxır. Keçən il isə Azərbaycan tərəfi Almaniyanın həmsədrliyə gətirilməsi ilə Minsk Qrupunun hazırkı uğursuz formatını dəyişdirməyə çeşidli səylər göstərib. Əfsuslar olsun ki, Qarabağ münaqişəsini “özəlləşdirmiş” üç həmsədr ölkə buna siyasi qısqanclıq göstərdilər və imkan vermədilər. Yeri gəlmişkən, onlar Almaniyanın BMT Təhlükəsizlik Şurasının 6-cı daimi üzvü kimi qəbul edilməsinə də razılıq verməmişdilər.

Bununla belə, Almaniyanın ATƏT sədri kimi mandatı və nüfuzu yenə də Dağlıq Qarabağ məsələsinə onun müəyyən ciddi töhfə verməsini mümkün edir - bir şərtlə, Minsk Qrupu həmsədrləri buna qısqanc yanaşmasın və özləri də sülh prosesinə təkan versinlər. Əks təqdirdə, problem yerində qalmaqda davam edəcək.
***
Onu da yada salaq ki, Almaniya dövləti Minsk Qrupunun üzvüdür. Bu xüsusda rəsmi Berlinin təşəbbüslərindən biri elə öz nüfuzundan istifadə edib Minsk konfransını çağırmaq ola bilər. Bu konfransda bir daha problemin beynəlxalq hüququn prinsipləri əsasında, Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad olunması əsasında həllinin vacibliyi təsbit edilin bilər ki, bununla da həmsədrlər fakt qarşısında qalardılar.

Belə bir sənədin qəbul olunmasının vaxtı əslində çoxdan çatıb. Hər halda, Türkiyə ilə öz arasında gərginləşən münasibətlər fonunda Rusiyanın əhəmiyyəti artan forpost Ermənistanı heç kimin ayağına verməyəcəyi yəqindir. Deməli, mövcud şərtlər fonunda Dağlıq Qarabağ məsələsində də ona təzyiqlər edəcəyini gözləməyə dəymir.

Fransaya gəlincə, elə ötən həftə bəlli oldu ki, prezident Fransua Olland saxta “erməni” soyqırımını inkara görə cəza nəzərdə tutan qanunun qəbulu üçün yenidən təşəbbüslə çıxış eləməyə hazırlaşır. İşğalçı Ermənistanı “öz kiçik bacısı” sayan bir dövlətin rəhbəri əgər belə bir mövqedədirsə, Fransadan da ədalət gözləməyə dəyərmi?

O ki qaldı Amerikaya, nə yazıq ki, ABŞ da məsələdə indiyədək neytrallıq və obyektivlik nümayiş etdirə bilmir. Dağlıq Qarabağdakı separatçı rejimin təmsilçilərinin vaxtaşırı ABŞ-a səfər edərək Vaşinqtonda, Konqresdə rahatca görüşlər keçirməsi, Amerikanın hər il separatçı rejimə maliyyə köməyi ayırması (halbuki başqa separatçı qurumun təmsilçilərinə qarşı ən sərt qadağalar tətbiq olunur), habelə işğala məruz qaldığı halda “Azadlığı müdafiə aktı”na 907-ci düzəlişin məhz Azərbaycana tətbiq olunması buna parlaq sübutdur.

***
Bu və digər amillər toplusu dinc nizamlama prosesinin perspektivlərini xeyli dumanlı edir. O üzdən Azərbaycan da təcavüzə məruz qalan tərəf kimi özünün müstəsna beynəlxalq hüququndan yararlanaraq, həmçinin BMT Təhlükəsizlik Şurasının Qarabağa dair qətnamələrinin həmsədrlər tərəfindən məqsədli şəkildə illərdir sabotaj olunmasını əsas götürərək, konfliktlə bağlı Minsk konfransını çağırıb, situasiyaya real və obyektiv qiymət verilməsinə çıxış yolu tapılmasına nail ola bilər. Bu addımla eyni zamanda müharibə riskləri bütün ciddiliyi ilə gündəmə gətirilmiş olar.

Belə bir toplantı ən azından, Minsk Qrupunun indiki həmsədrliyinin işinin effektsiz olmasını təsbiti demək olardı ki, bu da yenı Azərbaycanın perspektiv maraqlarına uyğundur.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor