RSS
 

Login:
Şifrə:
» » Qarabağ məsələsi beynəlxalq dartışma predmetinə çevrilib

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Qarabağ məsələsi beynəlxalq dartışma predmetinə çevrilib

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 22-01-2016, 22:04 | Şərh sayı: (0) | Baxılıb: 268

Qarabağ məsələsi beynəlxalq dartışma predmetinə çevrilib


Qarabağ məsələsi beynəlxalq dartışma predmetinə çevrilibAŞ PA-dakı müzakirələr öncəsi konflikt ABŞ-da müzakirəyə çıxarıldı; ekspertlər vəziyyətlə bağlı nə düşünür, münaqişənin “don”u açılacaqmı?..
Son zamanlar Qarabağ münaqişəsinin həllinə yönəlik cəhdlərin artması müşahidə olunur. Hər halda, ABŞ-ın dövlət katibi Con Kerrinin dondurulmuş münaqişələrin həllinin zəruriliyi ilə bağlı diqqətçəkən mövqe sərgilməsindən sonra Azərbaycan-Ermənistan konfliktinə də diqqət ayrılması müəyyən ümidlər yaradır.


Maraqlısı budur ki, paralel olaraq həm Rusiyada, həm Avropada, həm də Amerikada Qarabağ məsələsindən daha çox danışılmağa başlanılıb. Düzdür, bu cəhdlərin konkret nəticəsi ortada yoxdur. Lakin faktiki olaraq Qarabağ münaqişəsinin çözülməsi ilə əlaqədar Qərblə Rusiya arasında yarışmanın müşahidə olunması halı da mövcuddur. Düzdür, Rusiyadan vaxtaşırı Azərbaycanın işğal altındakı 7 rayonunun işğaldan azad olunması zərurəti barədə ictimai fikrə mövqelər ötürülür və bu fikirlərin nə qədər səmimi olması sual altındadır. Lakin istənilən halda belə yanaşmalar Qərb dairələrində də dəyərləndirilir. Hətta Qərb analitikləri Rusiyanın hərbi əməliyyatları qızışdırmaq, yaxud bəzi rayonların azad edilməsinə nail olmaqla öz qoşunlarını bu bölgəyə yerləşdirmək planı üzərində işləməsindən bəhs edir.

Belə bir ərəfədə - yanvarın 20-də Vaşinqtonda “Dağlıq Qarabağ münaqişəsi: Cənubi Qafqazda sülh, müharibə və ya çıxılmaz vəziyyətin perspektivləri” mövzusunda konfrans keçirilib. “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair bu gün Vaşinqtonda əla müzakirələr keçirdik” - ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik twitter hesabında yazıb. Həmsədr konfransın hansı qurum tərəfindən təşkil edildiyi, müzakirələrdə kimlərin iştirak etdiyi barədə məlumat verməyib.

Yanvarın 24-25-də isə ATƏT PA sədri İlkka Kanerva Azərbaycanda səfərdə olacaq. Görüşlərdə ATƏT PA ilə münasibətlər, ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında rolu və digər məsələlər müzakirə ediləcək. Qeyd edək ki, bir neçə il əvvəl Finlandiyanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri kimi Bakıya səfər edən İ.Kanerva “Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdarıq”-deyə, bildirmişdi.

Yaxın günlərdə AŞ PA-da da Azərbaycanın işğal olunmuş əraziləri və ermənilərin nəzarətində olan Sərsəng su anbarı ilə bağlı qətnamə layihələri müzakirəyə çıxarılacaq ki, bunlar da önəmli məsələlərdir. Eyni zamanda Almaniyanın ATƏT-də sədrliyə başlaması da Azərbaycanın maraqlarına cavab verir.



AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Fazil Mustafa “Yeni Müsavat”a dedi ki, AŞ PA-da hər iki qətnamə layihəsinin qəbulu Azərbaycanın bir dövlət uğuru kimi qiymətləndirilməlidir: “Bunun üçün də həmin sessiyada hamımızı gərgin iş gözləyir. Yaxşı olardı ki, bu ərəfədə həmin qurum tərəfindən Azərbaycana irad olaraq göstərilən məhbusların azad olunması baş verərdi və bu qətnamalərin də qəbulunda əlimiz daha güclü olardı. Bununla belə, məruzələrin müsbət qarşılanması və həmin qətnamələrin qəbulu hələ Qarabağ məsələsinin həllində hansısa ümid yaratmır. Dünyanın bu qarışıq vaxtında nə ABŞ-ın, nə də Rusiyanın Qarabağ problemi ilə bağlı yeni hərəkətlənmə göstərəcəyi ehtimalı olduqca azdır. İndiki mərhələdə əleyhimizə hansısa qərarın olmasına yol verməmək üçün xüsusilə çalışmağımız lazımdır. Burada əsas etibarilə ABŞ-la münasibətlərimizə daha ciddi yanaşılmasını nəzərdə tuturam. Bizim tərəfdən bəhanələri kəsəcək bütün addımlar atılmalıdır ki, sanksiyalara rəvac verilməsin. Lakin bütün hallarda Qarabağ məsələsində bir yenilik və ya faydalı irəliləyiş gözləmirəm”.



Konfliktoloq Elxan Mehdiyev qəzetimizə bildirdi ki, ATƏT PA sədrinin Azərbaycanı dəstəkləyən bəyanatları heç nəyi dəyişmir: “Eynilə Almaniyanın sədrliyi də bu qəbildəndir. Yəqin ki, Almaniya bizə Qazaxıstandan yaxın deyil. Qazaxıstan sədr olanda bir irəliləyiş hiss etdinizmi? Yaxud Azərbaycan BMT Təhlükəsizlik Şurasının iki il üzvü oldu və 15 kişidən biri oldu, bu, özü nəyisə dəyişdirdimi? Bir dəfə BMT Təhlükəsizlik Şurasının erməni işğalı ilə bağlı 4 qətnaməsi var deyildimi, bu məsələ gündəmə gətirildimi? Ondan yaxşı fürsət bir də tarixdə Azərbaycanın əlinə düşəcəkmi, demək çətindir. İkincisi və ən əsası odur ki, erməni-Azərbaycan məsələsi ilə ATƏT-in Minsk Qrupu həmsədrləri məşğul olur və onlar bu məsələni tam monopoliyaya alıblar. Odur ki, istənilən başqa təşkilatın, o cümlədən ATƏT sədrinin də bu işə qarışmasını qısqanclıqla qarşılayıb qulaqardına vururlar. Onların öz ”prosesi" var və işğalçıya qarşı hər hansı başqa bir beynəlxalq təşkilatın bir söz deməsi onların “prosesini” pozur. Onlar bu məsələni bizlərdə deyildiyi kimi, “dədələrinin malına” çeviriblər".

Bu baxımdan E.Mehdiyev Strasburq müzakirələrindən də ciddi nəticə gözləmir: “AŞ PA-da qəbul olunması gözlənilən o iki sənədin beynəlxalq rəyə sadəcə yan müsbət təsiri ola bilər. Yeri gəlmişkən, indi həmsədrlər çalışırlar ki, o iki sənədin də dilini nə qədər mümkünsə, neytrallaşdırsınlar və Azərbaycanın oradakı nümayəndələri gərək bu işi diqqətdə saxlasın. Bu sənədlərin qəbulunun isə Minsk Qrupunun həmsədrlərinə heç bir təsiri olmayacaq və onlar da buna öncədən də açıq etiraz bildiriblər. Bu baxımdan bəlkə də onun Azərbaycana zərəri var. Çünki bu qərarlar həmsədrlərlə erməni tərəfini daha vahid platformada birləşdirir. Azərbaycan da bu işin həllini ATƏT-ə həvalə edib. Mənim gördüyüm reallıq budur”.



QAT sədri Akif Nağı isə hesab edir ki, hər iki qurumun rəhbərliyinə obyektiv mövqedən çıxış edən olkələrin, şəxslərin gəlməsi, əlbəttə, müsbət hadisədir: “Bəzən bu məqamlar hansısa qərarın qəbul olunmasına təsir göstərir. Avropa Şurası Parlament Assambleyasında da iki mühüm qətnamənin müzakirəyə çıxarılması ümidverici hadisədir. Bu, bizim nümayəndə heyətimizin uğuru kimi də dəyərləndirilə bilər. Ermənilər də bu proseslərdən, xüsusilə də AS PA - da gedən proseslərdən çox narahatdırlar. Bu yaxınlarda oxudum ki, erməni deputatlar AŞ PA-nı ”Azərbaycan Milli Məclisinin bir şöbəsi" adlandırıblar. Bu, onların qəzəbləndiklərinin göstəricisidir. Biz beynəlxalq müstəvidə müəyyən uğurların əldə olunmasına çalışmalıyıq. Amma nə qədər ki, Ermənistan təcavüzkar kimi tanınmayıb, ona qarşı sanksiyalar tətbiq olunmayıb, ciddi uğurdan danışmağa dəyməz. Özümüzü kiçik uğurlarla aldatmayaq".

A.Nağının fikrincə, Rusiya ilə Amerika arasında Qarabağ məsələsinə münasibətdə rəqabət aydın görünür: “Amma bu rəqabətin məqsədi nədən ibarətdir? Bu rəqabət, hər halda, münaqişənin ədalətli həlli üçün aparılmır. Hər iki tərəf daha çox öz maraqlarını müdafiə etməyə çalışır. Rusiya təşəbbüsü özündə saxlamaqla münaqişənin hələlik donmuş vəziyyətdə qalmasına çalışır. ABŞ Rusiyanın azacıq da olsa, təsirini zəiflətmək istəyir. Başqa niyyətlər hələlik görünmür. ABŞ-ın mövqeyində azacıq da olsa, müsbət meyllər hiss olunur. Gələn il üçün Dağlıq Qarabağdakı qondarma rejimə birbaşa maliyyənin ayrilmaması, prezident İlham Əliyevin ABŞ-a dəvət olunması bu prosesin göstəricisi kimi dəyərləndirilə bilər”.

musavat.com



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor