RSS
 

Login:
Şifrə:
» » İranın sanksiyalardan qurtuluşu Qarabağ məsələsinin həllini yubadacaq

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






İranın sanksiyalardan qurtuluşu Qarabağ məsələsinin həllini yubadacaq

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 20-01-2016, 19:12 | Şərh sayı: (0) | Baxılıb: 277

İranın sanksiyalardan qurtuluşu Qarabağ məsələsinin həllini yubadacaq


İranın sanksiyalardan qurtuluşu Qarabağ məsələsinin həllini yubadacaq Ermənistanın cənub müttəfiqinin güclənməsi ilə işğalçı ölkə daha destruktiv mövqeyə köklənə bilər; Tehranın yeni nəfəs qazanması təcavüzkarın da nəfəs qazanması demək olacaq, çünki...; Avropa İttifaqı: “Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün prioritet olaraq qalacaq...”
İrana qarşı beynəlxalq sanksiyaların götürülməsi dünya gündəminin əsas müzakirə mövzularından biri olaraq qalır. Təbii ki, regional kontekstdə də bu hadisənin mümkün nəticələri təhlil və proqnoz edilməkdədir.

Anlaşmadan sözsüz ki, Azərbaycan da məmnundur. Ən azı ona görə ki, Tehranın nüvə dosyesi ilə bağlı potensial müharibə riski, faktiki, aradan qalxıb, region daha təhlükəsiz bir duruma girib, habelə cənub qonşumuza görə Azərbaycan ABŞ və Avropa ilə uzunmüddətli diskamfort vəziyyətdən qurtulub.

İşğalçı Ermənistan isə ikiqat toy-bayram içindədir. Nədən ki, İran Rusiya ilə birgə onun bölgədə iki ən mühüm müttəfiqindən biridir və bu üzdən cənub qonşumuzun sanksiyalardan sonra iqtisadi cəhətdən güclənməsi, onun regional nüfuzunun artması Ermənistanın da güclənməsi demək olacaq. Bundan əlavə, təcavüzkar ölkə İranın nəhəng qaz ehtiyatlarının Avropa bazarlarına çıxarılmasında tranzit ölkə olmağa böyük ümidlər bəslədiyini gizlətmir.

***
Bütün bunların fonunda Dağlıq Qarabağ məsələsinin dinc yolla həlli perspektivinin yeni çalarlar qazanacağı istisna deyil. Çünki daha güclü və Qərblə problemi olmayan Tehran problemə bundan sonra fəal müdaxilə etmək, o sırada İrəvana təsir imkanlarını artırmaq hesabına öz maraqlarını qorumaq imkanları əldə edə bilər.

Siyasi müşahidəçilərə görə, Tehranın konkret olaraq Azərbaycana və Ermənistana münasibətdə siyasəti ciddi dəyişikliklərə uğramayacaq. Tehranın bu iki ölkəyə qarşı siyasəti isə çoxdan bəllidir: cənub qonşumuz olan şiə İranı şiə Azərbaycanın ərazilərini üçüncü on ildir işğal altında saxlayan Ermənistanın, deyildiyi kimi, bölgədə iki əsas müttəfiqindən biridir. Çünki Azərbaycanın müstəqilliyini 8-cı sırada, Rumıniyadan da sonra tanıyan Tehran üçün Azərbaycan adlı dövlətin varlığı həmişə arzuedilməz olub.

Elə məsələ də ondadır ki, bu dəfə Ermənistanın müttəfiqi qismində daha güclü bir İran ortaya çıxa bilər. Halbuki müsəlman dünyasının digər iki böyük dövləti - Türkiyə və Pakistan, hətta Özbəkistan işğal faktına görə indiyədək Ermənistanla diplomatik münasibətlər qurmayıb.

Tehranın Azərbaycan siyasəti də çoxdan məlumdur: guya bizim din qardaşımız olan cənub qonşumuz Ermənistana himayədarlıq eləməklə, onu gücləndirməklə Azərbaycana qarşı ondan, Qarabağ məsələsindən özünəməxsus təzyiq vasitəsi kimi və şantaj qismində istifadə edir, rəsmi Bakının Güney məsələsinə müdaxilə imkanlarını əngəlləyir.

***

“İranın beynəlxalq birliklə əlaqələrinin nizamlanması Ermənistan üçün bütün mənalarda şans deməkdir. İran Ermənistana dost ölkədir və iki ölkənin uzunmüddətli planda həm iqtisadi, həm siyasi, həm də təhlükəsizlik sferalarında maraqları üst-üstə düşür. Bu isə o deməkdir ki, İran-Qərb münasibətlərinin nizamlanması Ermənistana imkan verəcək ki, Tehranla daha dolğun əlaqələr qursun, eyni zamanda Rusiyadan həm iqtisadi, həm də energetik asılılıq məsələlərinin həllində imkanlar qazansın... İran-Qərb münasibətlərinin normallaşması Rusiya-Türkiyə roluna qarşı mühüm əks-balans rolu oynayacaq ki, bu da Ermənistanın təhlükəsizliyi baxımından vacibdir”.

Bu sözləri erməni ekspertlərindən biri İran üzərindən sanksiyaların götürülməsinə münasibət bildirərkən deyib. Eyni zamanda bununla o, Ermənistandakı ovqatı ifadə edib.

Göründüyü kimi, ermənilər İranın yeni siyasi və iqtisadi nəfəs, dirçəliş qazanmasını həm də özlərinin təzə nəfəs qazanması kimi qiymətləndirirlər. Demək, Qarabağ məsələsində bundan sonra Ermənistandan konstruktiv mövqe gözləmək bir az da mənasız olacaq.

O ki qaldı cənub qonşumuzun guya İrəvana artan təsirləri hesabına konfliktin həllinə pozitiv töhfə vermək, ədalətli münsif olmaq perspektivinə, bunun acı nəticəsini artıq bir dəfə Azərbaycan öz üzərində görüb - 1992-ci ilin mayında İranın vasitəçilik elədiyi vaxtda Azərbaycan şəhəri Şuşanın erməni qüvvələri tərəfindən işğal edilməsi şəklində.

Bu xüsusda Ermənistandan ötrü Rusiyanın İranla əvəzlənməsi də Qarabağ ixtilafının həllinə fayda verməyəcək. Çünki Moskva kimi Tehran da məsələdə tərəfsiz deyil, konfliktin uzanmasında maraqlıdır.

***
Bu arada Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin həllinin təşkilat üçün prioritet olduğunu bildirən bəyanat yayıb və Ermənistan və Azərbaycan arasında dialoqun prezidentlər səviyyəsində davam etdirilməsinə çağırıb.

“Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli Avropa Birliyi üçün prioritet məsələ olaraq qalır”. Bu barədə Avropa Birliyi-Ermənistan Əməkdaşlıq Şurasının toplantısının yekununda qəbul olunan bəyanatda deyilir.

Sənəddə bildirilir ki, münaqişə ilə bağlı hazırkı status-kvo qəbuledilməzdir: “Təmas xəttində və Ermənistan və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərində təhlükəsizliklə bağlı vəziyyət ciddi narahatlıq predmetidir. Avropa İttifaqı tərəflərə ATƏT-in rəhbərliyi ilə aparılan danışıqlarda iştirak etmək və danışıqlarda öhdəlik nümayiş etdirməklə bağlı çağırışını təkrarlayır. Avropa Birliyi münaqişənin həlli məqsədilə yaradılmış Minsk Qrupunun vasitəçilik missiyasına dəstəyini ifadə edir. Eyni zamanda Ermənistan və Azərbaycan arasında dialoqun prezidentlər səviyyəsində davam etdirilməsinə çağırır və həmsədrlərin təşəbbüsü ilə İsveçrədə ötən il dekabrın 19-da keçirilən görüşü alqışlayır. Bu görüş gələcək addımlarla bağlı fikir mübadiləsi aparmaq üçün vacib imkan yaratdı. Bununla yanaşı, sülh razılaşması əldə edildikdən sonra AB sülhyaradıcı fəaliyyətləri dəstəkləməyə, münaqişədən əziyyət çəkən regionların bərpa və reabilitasiyasına yardım etməyə hazır olduğunu bəyan edir”.

Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik də prezidentlər arasında təmasların vacibliyindən danışıb. “2016-cı ildə həmsədrlər prezidentlər arasında dialoqu gücləndirməyi planlaşdırır”. Bu sözləri o, APA-ya açıqlamasında deyib.

Ceyms Uorlikin sözlərinə görə, eyni zamanda həmsədrlər Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə işləməyə davam edəcəklər: “Biz xarici işlər nazirləri ilə həll prosesi ilə bağlı təkliflər, təmas xətti və beynəlxalq sərhədlər boyunca gərginliyin artması riskini azaltmaq üçün tədbirlər və Dağliq Qarabağ icmaları arasında dialoqun təşviqi istiqamətində işləməkdə davam edəcəyik”.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor