Almaniya dövlət radiosunun səsi Şuşadan gəldi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 13-01-2016, 14:58 | Şərh sayı: (0) | Baxılıb: 285
Almaniya dövlət radiosunun səsi Şuşadan gəldi

Reportajda deyilir ki, alman jurnalisti “Qafqazın İsveçrəsi olan Dağlıq Qarabağa” səfər etməyə separatçıların nümayəndəsi Berlində keçirilən turizm sərgisi zamanı dəvət edib. Radionun aparıcısı bildirir ki, o, razılıq verəndən sonra bir neçə həftə ərzində “DQR vizası” əldə edib.
Alman aparıcı İrəvan üzərindən Azərbaycanın işğal altındakı ərazilərinə daxil olub, Şuşadakı hotellərdən birində yeyib-içən erməni veteranlarının məclisini təsvir edib. Eyni zamanda reportajda qeyd olunur ki, Dağlıq Qarabağın “müstəqilliyini” heç kim, hətta Ermənistan tanımayıb. Qondarma “respublikanın” turizm “naziri” Sergey Şahverdiyanla görüşünü təsvir edən alman aparıcı bildirir ki, Dağlıq Qarabağın inkişafı turizmdən keçir. Alman turistləri Ağdam yaxınlığında ermənilərin apardıqları və “qədim Tiqranakert şəhərinin qalıqlarının tapıldığı” yerləri də gəzdiriblər. Ancaq onları yer üzündən silinmiş Ağdam şəhərinə daxil olmağa qoymayıblar. Onları müşayiət edən separatçılar deyib ki, Ağdam şəhərinin ərazisi hərbi zona olduğu üçün ora daxil olmaq qadağandır. Bununla belə, reportajda qeyd olunur ki, Ağdam ermənilərin dağıtdığı Azərbaycan şəhəridir.
“Deutschlandfunk” Almaniyanın milli radioyayım şirkəti “Deutschlandradio”nun ictimai-siyasi və mədəniyyət mövzularına həsr olunmuş proqramıdır. Yəni dövlətə məxsusdur. Vaxtilə Hitler Almaniyasının əsas təbliğat ruporu olan “Deutschlandsender” radiosunun əsasında və tezliyində yaradılıb. Almaniya ATƏT-in Minsk Qrupunun üzvüdür, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair beynəlxalq vasitəçilik missiyasına görə məsuliyyət daşıyır. Bu baxımdan alman milli radiosunun Bakının icazəsi olmadan işğal altındakı Azərbaycan ərazilərindən əsasən erməni təbliğatına xidmət edən reportaj yayımlaması qəbuledilməzdir. Yəqin ki, Azərbaycan XİN bu məsələyə reaksiya verəcək.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər