RSS
 

Login:
Şifrə:
» » Erməni işğalına qarşı iki mühüm sənəd masa üzərində

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Erməni işğalına qarşı iki mühüm sənəd masa üzərində

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 19-01-2016, 16:14 | Şərh sayı: (0) | Baxılıb: 303

Erməni işğalına qarşı iki mühüm sənəd masa üzərində


Erməni işğalına qarşı iki mühüm sənəd masa üzərindəArzu Nağıyev: “Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində nüfuz savaşı başlayıb”; Elxan Şahinoğlu: “AŞ PA müstəvisində Azərbaycanın haqlı mövqeyini dəstəkləyən sənədlər xeyrimizədir”
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) gələn həftə keçiriləcək qış sessiyasında Azərbaycanın maraqlarına uyğun hazırlanmış iki mühüm sənədin müzakirəyə çıxarılması düşmən ölkədə ciddi narahatlıq doğurub. Ermənistan hakimiyyətinin və diaspor təşkilatlarının xətti ilə AŞ PA deputatlarının ələ alınmasından tutmuş, onlara təsir göstərilməsinə qədər ən müxtəlif səpkili planların işə salınması, Azərbaycana qarşı ermənipərəst çevrələrin qaralama kampaniyasını davam etdirməsi də bunu göstəricisidir.

Qeyd edək ki, AŞ PA “Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ və digər ərazilərindəki zorakılıqlar” və “Sərsəng su anbarı”nın ermənilər tərəfindən qanunsuz istismarı ilə bağlı sənədləri müzakirəyə çıxararaq qəbul etməyi planlaşdırır. Bundan əvvəl Sosial Məsələlər Komitəsinin Paris iclasında da ermənilərə zərbə sayılan sənəd qəbul olunmuşdu. Belə ki, “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı qətnamə layihəsinin səsvermə nəticəsində qəbulu erməniləri çətin vəziyyətə salmışdı. Beynəlxalq təşkilatın qətnamə layihəsində Ermənistan silahlı qüvvələrinin Sərsəng bölgəsindən dərhal geri çəkilməsi, Ermənistan hakimiyyətinin su ehtiyatlarından münaqişə tərəflərinin yalnız birinin xeyrinə siyasi təsir, yaxud təzyiq vasitəsi kimi istifadə etməsini dayandırmaq tələb edilir. Üstəlik, Parlament Assambleyası Ermənistan Parlament nümayəndə heyətinin və Ermənistan hakimiyyətinin bu məruzənin hazırlanmasında əməkdaşlıq etməməsini qəti pisləyib, bu rəftarı AŞ-nin tamhüquqlu üzvü olan bir ölkənin öhdəlik və vəzifələrinə zidd hesab edir və deputatların mandatı dövründə yarana biləcək buna bənzər hallarda görülə biləcək tədbirləri nəzərdən keçirəcəyini bildirib. Artıq hər iki sənəd ötən il qurumun müvafiq komitələrində (Siyasi və Sosial komitələrində) təsdiqlənib. Onların AŞ PA-da qətnamə şəklini alması Azərbaycanın haqlı mövqeyinin dünyada növbəti mötəbər təşkilat tərəfindən təsdiqi demək olacaq. Bundan əvvəl Avropa Parlamenti də Azərbaycan ərazilərinin dərhal işğaldan azad olunması tələbi ilə qətnamə qəbul etmişdi.
ABŞ-ın dövlət katibi Con Kerrinin “dondurulmuş münaqişələr həll edilməlidir” bəyanatından və Almaniyanın ATƏT-də sədrliyə başlamasından sonraya təsadüf edən bu müzakirələrdən nələr gözləyə bilərik?

Politoloq Arzu Nağıyev qeyd etdi ki, AŞ PA-nın bu sessiyasında əsas məsələ Robert Volterin hazırladığı məruzə ilə bağlıdır: “Keçən ilin noyabrında qəbul edilmiş qərara əsasən, eyni zamanda Sərsəng su anbarı ilə bağlı Azərbaycan tərəfinin hazırladığı layihəyə də baxılmalıdır. Ermənilər işğal məsələsi ilə bağlı bu hər iki layihənin əleyhinə oldular. Lakin fakt faktlığında qalır. Təbii ki, burada ATƏT-in Minsk Qrupunun da fəasliyyətsizliyi özünü göstərdi. Almaniya ATƏT-in sədrliyinə başlayıb və bu artıq Fransadan sonra Avropa məkanında öz sözünü deyə bilən bir dövlətdir və düşünürəm ki, Azərbaycanla insan hüquqları ilə bağlı yaranmış məqam həllini taparsa, bizim üçün böyük bir şans yaranar”.

A.Nağıyev qeyd etdi ki, Sərsəng su anbarı ilə bağlı məsələ də bizim üçün önəmlidir: “Çünki su anbarı işğal olunmuş əraziyə düşür və bu inkar olunmaz faktdır. Bir daha qeyd etmək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində nüfuz savaşı başlayıb. Bir tərəfdən bu, bizim üçün müsbət bir hal kimi qiymətləndirilməlidir. Təəssüf hissi ilə qeyd edilməlidir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri ötən illər ərzində ancaq deklorativ bəyanatlar verməklə kifayətləndilər və münaqişənin həllində mühüm addımlar atılmadı, hətta əksinə, vəziyyət daha da gərginləşdi. Buna əlbəttə ki, regionda özünü göstərən amillər də təsir göstərdi. Bundan da ermənilər öz xeyrinə istifadə etdilər və status-kvonun saxlanmasına, öz siyasi ambisiyalarına uyğun olaraq beynəlxalq hüquq normalarına hörmətsizliklə yanaşaraq addımlar atdılar”.



Politoloq hesab edir ki, bu gün ABŞ-ın dövlət katibi Con Kerrinin bəyanatından, Almaniyanın ATƏT-dəki sədrliyindəni maksimum yararlanmaq lazımdır: “ABŞ və Rusiyanın regionda və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində apardığı nüfuz davasını nəzərə alıb və bundan istifadə edib ATƏT-in atacağı addımlara təsir göstərmək lazımdır. O halda bu yolla prosesləri müsbət məcraya yönəltmək olar. Təbii ki, bunlarla yanaşı, Türkiyə-Rusiya münasibətlərinin gərginliyi və hər iki dövlətin münaqişənin həllində öz baxışları olduğunu da nəzərdən qaçırmaq olmaz. Bütün bu deyilənləri nəzərə alsaq, zənnimcə, müəyyən irəliləyişə nail olmaq olar, lakin əsas məsələ ərazi bütövlüyü kontekstində güc nümayiş etdirməklə təcavüzkarı sülh masasına əyləşdirməkdən ibarət olmalıdır”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə “Yeni Müsavat”a dedi ki, AŞ PA-da müzakirə olunacaq hər iki sənəd Azərbaycan üçün çox mühüm əhəmiyyət kəsb edir: “Qətnamə layihələrinin ikisi də Azərbaycanın torpaq bütövlüyü ilə bağlıdır. Bu sənədlər qəbul olunsa, beynəlxalq aləmin Azərbaycanın ərazi bütövlüyünə dəstəyi bir daha ifadə olunacaq. Məsələn, Sərsəng su anbarından istifadə etmək üçün ərazilər işğaldan azad olunmalıdır və bu da sənəddə vurğulanıb. Üstəgəl, keçən il Avropa İnsan Haqları Məhkəməsi də Laçından olan Çıraqovlarla bağlı mühüm qərar qəbul edib. Bu qərarla beynəlxalq aləm azərbaycanlıların işğal altındakı torpaqlara maneəsiz qayıtması hüququnu bir daha tanıyıb”.



Lakin E.Şahinoğlu əlavə etdi ki, bütün bunlara baxmayaraq, bu kimi sənədlərin Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirməməsi təəssüf doğurur: “Əgər Ermənistan BMT-nin 4 qətnaməsini yerinə yetirmirsə, aydındır ki, AŞ PA-nın qətnamələrini də qulaqardına vuracaq. Hər halda, beynəlxalq aləmdə, o cümlədən AŞ PA müstəvisində Azərbaycanın haqlı mövqeyini dəstəkləyən sənədlər xeyrimizədir. Gələcəkdə torpaqlarımızı güc yolu ilə azad etməyə başlasaq, bu sənədlər bizim heç bir beynəlxalq hüququ pozmadığımızı ortaya qoyacaq”.



XİN-in mətbuat katibi Hikmət Hacıyev gözlənilən müzakirələrlə bağlı “Yeni Müsavat”a bunları bildirdi: “Azərbaycan Respublikası Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq həlli istiqamətində digər beynəlxalq təşkilatların, o cümlədən də AŞ PA-nın töhfəsini təqdirəlayiq hesab edir. Azərbaycan münaqişə ilə əlaqədar olan məsələləri üzv olduğu bütün beynəlxalq təşkilatlarda və digər beynəlxalq platformalarda ardıcıl surətdə qaldırır və bu fəaliyyət 2016-cı il ərzində davam edəcək”. Erməni tərəfinin qətnamələrin qəbuluna maneçilik cəhdlərinə gəldikdə, XİN sözçüsü prosesləri qabaqlamağa ehtiyac duymadığını vurğuladı: “AŞ PA-da üzv dövlətlərin deputatları təmsil olunur və onların fəaliyyəti haqqında şərh verməyimiz düzgün olmazdı”.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor