RSS
 

Login:
Şifrə:
» » Obamanın Əliyevə qəfil dəvətinin siyasi açması

Xəbər lenti

Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə
Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə...
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi...
Vəhdət - günümüzün əsas ehtiyacı
Vəhdət - günümüzün əsas ehtiyacı...
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu...
Siffeyn savaşı
Siffeyn savaşı...
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam





Online SMS Yaz!
Online Sms:

Obamanın Əliyevə qəfil dəvətinin siyasi açması

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 8-01-2016, 11:47 | Şərh sayı: (0) | Baxılıb: 843

Obamanın Əliyevə qəfil dəvətinin siyasi açması


Obamanın Əliyevə qəfil dəvətinin siyasi açması


Politoloqdan maraqlı açıqlamalar gəldi...
ABŞ Konqresindən Azərbaycan hakimiyyətinə sanksiya hədəsinin gəldiyi bir zamanda prezident Barak Obamanın Azərbaycan prezidenti İlham Əliyevi Vaşinqtonda keçirilən dördüncü Nüvə Təhlükəsizliyi Sammitinə dəvət etməsi gündəmin müzakirə mövzusuna çevrilib.

Qeyd edək ki, belə bir dəvətin gəldiyini Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov iki gün öncə özünün twitter bloqunda yazıb.

N.Məmmədov bildirib ki, 3 dekabr 2015-ci il tarixdə ABŞ Prezidenti Barak Obama Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib. Ölkə prezidentinə belə bir dəvətin gəldiyi barədə bir ay sonra ictimaiyyətə açıqlama verilməsi maraq doğurur. Ekspertlərin fikrincə, ola bilsin hakimiyyət hansısa proseslərin gedişini gözlədiyindən bu cür ciddi informasiyanı 1 ay açıqlamayıb.

ABŞ-la Azərbaycan arasında münasibətlərin gərgin olduğu isə sirr deyil. Konqresin Helsinki komissiyasının həmsədri Kristofer Smitin Bakıya qarşı sərt sanksiyaları nəzərdə tutan qanun layihəsini Konqresin müzakirəsinə təqdim etməsi, sənədin gələn ay müzakirəyə çıxarılacağı barədə xəbərlərin yayılması fonunda Obamadan məlum dəvətin gəlməsinin siyasi anlamı nədir? Bu dəvət və Azərbaycan prezidentinin Vaşinqtona getməsi başa çatmaq üzrə olan 8 illik Barak Obama administrasiyası ilə soyuq münasibətlərin düzəlməsinə səbəb olacaqmı?



Politoloq Qabil Hüseynli öncə bildirdi ki, nüvə silahlarının ləğv edilməsi, nüvəsiz dünya uğrunda mübarizə aparan dövlətlər nüvə təhlükəsizliyinə dair dörd ildən bir toplantı keçirirlər. Bu toplantıya dəvət edilən dövlətlər, əvvəla, nüvə silahı yaratmayacağı, nüvə silahından istifadə etməyəcəyi barədə konvensiyanı imzalamış dövlətlər olurlar. Eyni zamanda Nüvə təhlükəsizliyinə dair müşavirədə iştirak etməklə nüvəsiz dünya uğrunda çağırışlara qoşulurlar: “Apreldə keçiriləcək toplantı dördüncüdür. Nüvə təhlükəsizliyinə dair hər bir sammitdə təhlükəsiz dünya uğrunda mübarizəyə dair hər hansı sənəd qəbul edilir. Orada iştirak eləyən dövlət başçıları da onu imzalayırlar.

Bu gün nüvə təhlükəsi yenidən dünyanı təhdid etməyə başlayıb. Əsasən də Rusiyanın tez-tez nüvə silahından istifadə edə biləcəyi və yaxud da bu yaxınlarda Şimali Koreyada hidrogen bombasının sınaqdan keçirilməsi dünyada nüvə silahı uğrunda mübarizənin dayanmadığını göstərir. Ona görə də ABŞ-ın təşəbbüsü ilə Vaşinqtonda məlum sammit keçirilir. Bu, dünya üçün lazımlı tədbirlərdəndir. Azərbaycan nüvə silahına malik olmayan dövlətdir. Eyni zamanda Azərbaycan heç vaxt nüvə silahına can atmayıb, nüvə silahı istehsal etməmək, nüvə silahından istifadə etməmək barədə beynəlxalq konvensiyaya qoşulub.

Bu, Azərbaycanın xoş niyyətini, sülh, əmin-amanlıq tərəfdarı olduğunu göstərir. Yəqin Barak Obama bunları nəzərə alaraq cənab İlham Əliyevi həmin sammitə şəxsən dəvət edib. O sammitə çox dövlətlərin prezidentləri dəvət edilir, amma mən inanmıram ki, oraya, məsələn, Şimali Koreya dəvət edilsin. Nüvə silahına can atan, nüvə silahlarından istifadə etməmək barədə beynəlxalq konvensiyanı imzalamayan dövlətlərin başçılarını oraya dəvət etmirlər”.

Politoloqun sözlərinə görə, bu sarıdan Azərbaycan prezidentinin dəvətinin siyasi çalarları var: “Bu, həm Azərbaycanla, həm də iki dövlət arasındakı münasibətlərlə bağlıdır. Mən güman edirəm ki, bu sammitdə Barak Obama ilə İlham Əliyevin görüşmək imkanları da yaranacaq. Bu görüş zamanı ikitərəfli münasibətlərin bütün aspektləri müzakirə edilə bilər. Bu münasibətlərdə yaranmış soyuqluğu aradan qaldırmaq üçün hansı addımların atılması barədə ümumi razılığa da gəlinə bilər. Doğrudur, ABŞ Konqresində Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi barədə Smitin hazırladığı qanun layihəsi bu prosesləri bəlkə də müəyyən qədər qabaqlayacaq, bəlkə də eyni vaxta düşəcək. Lakin hər halda, ona qədər Azərbaycan da müəyyən addımlar ata bilər. Arif və Leyla Yunuslar məhkəmə zalından azadlığa buraxıldığı kimi, indi də İntiqam Əliyevin apelyasiya şikayətinə baxılacaq. Güman edirəm ki, İntiqam Əliyev də azadlığa buraxıla bilər və bundan sonra siyasi məhbus adlandırılan digər şəxslərin işlərini apelyasiya məhkəməsində müzakirə etməklə azadlığa buraxa bilərlər və beləliklə də Konqresdəki həmin qanun layihəsinin qəbul edilməsinə ehtiyac qalmaz. Ən azından Azərbaycan aprel ayına qədər bu məsələlərin bir çoxunu həll etməklə o sammitə qatılarkən Barak Obama ilə mükalimə üçün tutarlı faktlar əldə edə bilər. Bu faktlardan istifadə edərək soyuqlaşmış, hətta bəzi hallarda qarşıdurma səviyyəsinə çatmış ABŞ-Azərbaycan münasibətlərini yenidən strateji tərəfdaşlıq münasibətləri səviyyəsinə qaldırmaq olar”.

Q.Hüseynli ABŞ-dan sanksiya hədəsi ilə eyni vaxtda Barak Obamanın Azərbaycan prezidentini Vaşinqtona dəvət etməsini “qamçı-kökə siyasəti” adlandırmağın yanlış olduğunu vurğuladı: “Azərbaycan elə dövlət deyil ki, məhz həmin siyasətlə idarə edilsin. Güman edirəm ki, bu, təbii bir prosesdir. Dünya dövlətləri başçılarının sammitidir və Azərbaycanın oraya dəvət edilməsi də Azərbaycanın təbii hüququ adlandırıla bilər. Bu dəvətin məlum qanun layihəsi məsələsi ilə hansısa əlaqəsinin olduğunu düşünmürəm. Obama Azərbaycan prezidentini oraya dəvət etməklə faktiki olaraq özünün əvvəllər də etibarlı tərəfdaşı olmuş bir şəxsi dəvət eləyib. Ona görə də burada başqa nüans axtarmağın tərəfdarı deyiləm”.

“Bəs Obamanın hakimiyyətdən gedişindən sonra ABŞ-Azərbaycan münasibətlərində müsbətə doğru irəliləyişlər baş verə, rəsmi Bakıya münasibət dəyişə bilərmi? Demokratların namizədi olan keçmiş dövlət katibi Hillari Klinton prezident seçilsə, münasibətlərdə müsbət dəyişiklik gözləniləndirmi” kimi suallarına isə politoloq belə cavab verdi: “Barak Obama kifayət qədər liberal, demokratik xarakterli adamdır. Onun dövründə Azərbaycana münasibət heç də kəskin olmayıb. Ayrı-ayrı quzğunlar var ki, Obama onların Azərbaycana qarşı hərəkətlərini müəyyən qədər məhdudlaşdıra bilib. Hillari Klinton da liberal, demokratik xarakterli siyasətçidir. Amma mən inanmıram ki, Klinton Obamadan daha yaxşı performans sərgiləyə bilər və Azərbaycanla münasibətləri daha yüksək səviyyəyə qaldıra, münasibətləri istiləşdirə bilər. Barak Obama dövründəki Azərbaycan-ABŞ münasibətləri tarixə düşən münasibətlər olacaq”.

Xatırladaq ki, Nüvə Təhlükəsizliyi Sammiti aprelin 12-13-də keçiriləcək. Sammitə dünyanın 40-dan artıq ölkəsinin prezidentinin dəvət ediləcəyi gözlənilir. MDB ölkələrindən artıq Qazaxıstan prezidenti Nursultan Nazarbayevin sammitə dəvət aldığı məlumdur. ABŞ Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Mayk Hammer deyib ki, sammitdə İran və Şimali Koreyanın nüvə proqramları ilə bağlı məsələlər müzakirə olunacaq. 2010-cu ildə Vaşinqtonda keçirilən nüvə sammitinə Azərbaycan dəvət olunmamışdı.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Seyyid Peyman - En insan
Seyyid Peyman - Zeynəb Zeynəb
Hacı Sahib - Səfərdə olanın orucu
Hacı Sahib - Oruc tutan su içə bilər?
Hacı Sahib - Dəstəmazın danışması
Rusif Ucar - Üsyan
Hacı Sahib - İntizar
Hacı Sahib - İntizar çəkmək
Hacı Sahib - Kiçik günahı unutmaq
Hacı Şahin - Dini ehtiyac
Hacı Şahin - Diqqət eləmək
Hacı Şahin - Din təbliğ etmək
Hacı Eldayaq - Allah üçün
Hacı Eldayaq - Allahı unuduruq
Hacı Eldayaq - Allahımızı ucuz satırıq
Azərbaycan İlahi nəğmələr qrupu Hacı Möhübbət - Şah səlamun aleyk
Azərbaycan İlahi nəğmələr qrupu - Ağam Əbəlfəz
Azərbaycan İlahi nəğmələr qrupu - Əli kimdir
Seyyid Peyman - Şah salamun aleyk
Hacı Sahib - Şəban ayının əməlləri
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor