"Şimali Koreya cəzalandırılmalıdır" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 7-01-2016, 19:33 | Şərh sayı: (0) | Baxılıb: 344
"Şimali Koreya cəzalandırılmalıdır"
ABŞ prezidenti Barak Obama ilə Cənubi Koreyanın dövlət başçısı Pak Kın Henin arasında telefon danışığı olub.
Ixlas.Az Report-a istinadən bildirir ki, məlumatı Cənubi Koreya prezidentinin mətbuat xidməti yayıb.
20 dəqiqə davam edən telefon danışığı zamanı prezidentlər Şimali Koreyanın hidrogen bombasını sınaqdan keçirməsini müzakirə ediblər. Dövlət başçıları vurğulayıblar ki, BMT Təhlükəsizlik Şurasının uyğun qətnaməsini pozduğu üçün Şimali Koreya cəzalandırılmalıdır.
Məlumata görə, Barak Obama Cənubi Koreyanın təhlükəsizliyini təmin etmək üçün bütün mümkün vasitələrdən istifadə edəcəklərini vəd verib.
Şimali Koreyanın təxribatlarına beynəlxalq ictimaiyyətin uyğun cavab verməsi üçün tərəflər bir mövqedən çıxış etmək barədə razılığa gəliblər.
Prezidentlər Şimali Koreyaya qarşı əlavə sanksiyaların tətbiqi məqsədi ilə birgə fəaliyyət göstərəcəklərini də vurğulayıblar.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər