Obama KQB casusu olub? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 13-10-2015, 20:07 | Şərh sayı: (0) | Baxılıb: 313
Obama KQB casusu olub?
Barak Obama və qardaşı Samson mükəmməl yaddaşa malik insanlardır. Mən 1987-ci ildə Moskvada Dövlət Təhlükəsizlik Komitəsində onlara məxsus şəkil görmüşəm. Həmin ildə onlar Rusiyada kəşfiyyat təlimində olublar.
Bu sözlər KQB-nin keçmiş zabiti Mixail Krıjanovskiyə məxsusdur.
Milli.Az azvision.az-a istinadən xəbər verir ki, Krıjanovski yazır ki, Barak Obamanın prototipi olan Con Smit Keniyadan gələrək, Moskavada xüsusi rejimli məktəbdə təhsil alan bir tələbə olub. Hər ikisi 1961-ci ildə anadan olub, 1979-cu ildə orta məktəbi bitiriblər. Smit 1979-81-ci illərə qədər Moskvada tələbə olub. Onun 1987-ci ildə Yaroslavskaya küçəsi 15 ünvanında kəşfiyyat təcrübəsi keçdiyi də bilinir.
Smitə 2-3 nəfər KQB yetkilisi tərəfindən bir müddət kəşfiyyat sirləri öyrədilərək, sırf ABŞ üçün, ümumiyyətlə, Amerikanın məhvi üçün xüsusi kadr qismində yetişdirilib. Smitin bioqrafiyasının şübhə doğurmaması üçün onun müxtəlif yerlərdə olduğuna dair sənədlər formalaşdırılır.
Barak Obama eyni tarixlərdə 1979-81-ci illərdə Los Anceles "Occidental" kollecində təhsil alıb. Davamlı olaraq Kolumbiya, Yale və Harvard kimi universitetlərində də təhsil görüb. Vaşinqtondan fəaliyyət göstərən gizli KQB qurumu gənc sosialist haqda məlumat alaraq, dərhal Moskavaya informasiya göndərir.
Barak Obama 1981-ci ildə İndoneziyaya "anasını ziayrət" adı ilə çıxdığı səyahətdə Hindistan və Pakistanda kollec dostları ilə görüşüb. Həmin ərəfədə onu Hindistandakı Sovet gizli mərkəzinə yönləndiblər. Və burada da Con Smit Barak Obamanı əvəz edib. Yenidən ABŞ-a göndərilən Con Smitin 1981-ci ildə Nyu-Yorkda siyasi elmlər üzrə ixtisaslaşdığı, sonradan Kolumbiya universitetinə transfer olduğu vurğulanır.
Müəmmalıdır ki, Barak Obama 2008-ci ildə "Wall Street" jurnalına verdiyi müsahibəsində sinif yoldaşları ilə heç bir əlaqəsinin olmadığı, hətta heç birinin yadda qalmadığını deyib.
Digər diqqətçəkən nüans isə 1988-ci ildə Barak Obamanın KQB rəsmiləri ilə görüşməsi üçün Avropaya etdiyi səhayətdir. Onun bu səfəri sırf "siyasi karyera qurmaq" adı altında baş tutub.
Ehtimal olunur ki, onun KQB kod adı "Martin Lüter Kinq-2" olub. Onun Birləşmiş Ştatlarda qalıb çalışması üçün artıq o zamandan tam qərar verilmişdi.
2005-ci ildə Obama senator olarkən Rusiyaya səfər edib. Səfər zamanı gizli şəkildə keçmiş KQB işçilərilə danışıqlar apardığı deyilir.
İddia edilən versiyaya görə, Obamanın missiyası "sosialist müdaxilə" adı ilə ABŞ iqtisadiyyatını zəiflətməkdir. 1 milyard dollara başa gələn uğursuz səhiyyə islahatları, Latın Amerikası vətəndaşlarının ABŞ-da qalmasına şərait yaradılması Obamanın "xidmət"ləridir.
Versiyanın tərəfdarları iddia edirlər ki, işsizlik, inflyasiya, büdcə kəsiri və sosial planlar rus kəşfiyyatı tərəfindən Barak Obamanın əli ilə reallaşdırılan bir oyundur. SSRİ də eynilə belə islahatlardan sonra dağılmışdı.
O da maraqlıdır ki, 2010-cu ildə FBI tərəfindən həbs olunan 10 rus casusu elə Obamanın əmrilə azad edilmişdilər.
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər