RSS
 

Login:
Şifrə:
» » III Dünya müharibəsi baş verə bilərmi?

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






III Dünya müharibəsi baş verə bilərmi?

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 9-10-2015, 23:34 | Şərh sayı: (0) | Baxılıb: 482

III Dünya müharibəsi baş verə bilərmi?


III Dünya müharibəsi baş verə bilərmi?


Suriya böhranında dünyanın əsas güc mərkəzlərinin maraqlarının toqquşması və bu qarşıdurmada hərbi gücdən aktiv istifadə edilməsi faktları bəzi ekspertlər tərəfindən III Dünya müharibəsinin baş verə biləcəyi ehtimalının artması kimi dəyərləndirildi.

Öncə III Dünya müharibəsinin baş verməsi üçün səbəblərə nəzər salaq.

Bu müharibə ona görə baş verə bilər ki, dünyanın iki ən böyük hegemon ölkəsi ABŞ və Rusiya Suriyada hərbi əməliyyatlar aparırlar. Üstəlik, onların Suriyada maraqları tamamilə əks qütblüdür. ABŞ Prezident Bəşşar Əsədin getməsini, Rusiya isə qalmasını dəstəkləyir.

Suriyanı Rusiyanın Yaxın Şərq regionunda son "qala"sı hesab etmək olar. Bu səbəbdən Moskva hər vəchlə, o cümlədən, hərbi yolla "qala"sını qorumağa çalışır. Moskvanın qəbul etdiyi yeni hərbi doktrinada Rusiyanın dövlət kimi məhv olması təhlükəsi olarsa, nüvə silahından regional münaqişələrdə tətbiq edilə biləcəyinə dair yeni müddəa yer alıb. Bu, həm NATO-nun Rusiya sərhədlərinə daha da yaxınlaşdığını, həm də regional münaqişələrin qlobal xarakter ala biləcəyini göstərir.

ABŞ üçün isə Suriya ölkənin Yaxın Şərq siyasətində növbəti maneədir. İraq və Əfqanıstandan sonra Əsədin devrilməsi Vaşinqtonun bu regionda irəliləməsi və enerji resurslarına sahib olması üçün əhəmiyyət kəsb edir. Bu baş verməsə, onun Yaxın Şərq siyasəti ən azından ləngiyə bilər.

Üstəlik, Suriya böhranına birbaşa cəlb edilmiş ölkələrin sayı - Türkiyə, Səudiyyə Ərəbistanı, İran - kifayət qədərdir ki, münaqişə dünya müharibəsinə çevrilsin. Bu, həm də rəsmi (NATO - Türkiyə, ABŞ) və sözdə (Rusiya, İran) olan hərbi blokların qarşıdurması anlamına gəlir. Digər tərəfdən, ər-Riyad və Tehran arasında bir sıra məsələlər, o cümlədən, Suriya böhranı üzrə gərgin münasibətlər bölgədə şiə-sünni davasını hərbi müstəviyə keçirə bilər.

Digər vacib məqam isə Suriyanınn çoxetnik və konfesiyyalı (sünni, şiə, xristian) ölkə olmasıdır. Burada ərəblər, türkmanlar, kürdlər, ermənilər yaşayırlar. Onların özləri və himayədarları arasında qarşıdurmanın qlobal toqquşmaya çevrilmək imkanı da var.

Ümumiyyətlə, dünyanın, xüsusilə də Yaxın Şərq regionunun ümumi mənzərəsinə baxsaq görərik ki, dövlətlər maraqlarına nail olmaq üçün getdikcə hərbi gücdən tez-tez istifadə etməyə başlayıblar. ABŞ-dan nümunə alan başda Səudiyyə Ərəbistanı olmaqla koalisiya qüvvələri Yəməndə, Rusiya isə Suriyada hərbi əməliyyatlar aparır. Bəzi dövlətlər isə gizli və ya açıq şəkildə bu və digər tərəfə hərbi yardım göstərirlər. Münaqişə ocağı hətta Avropaya, yəni Ukraynaya belə sıçrayıb. Bu, dünya dövlətlərinin bir-birinə güzəştə getməməkdə nə qədər israrlı olduğunu göstərir.

Bəs III Dünya müharibəsinin baş verməməsinin səbəbləri nə ola bilər?

Nə qədər təəccüblü görünsə də, bir sıra dünya dövlətlərinin nüvə silahına malik olmaları dünya müharibəsinin baş vermə ehtimalını azaldır. Lakin bəzi ekspertlər düşünür ki, nüvə silahı III Dünya müharibəsinin başlama vaxtını tezləşdirir.

Hazırda ABŞ, Rusiya, Böyük Britaniya, Çin, Fransa, Şimali Koreya, Pakistan və Hindistanın nüvə silahına malik olduğu məlumdur. Qeyri-rəsmi məlumata görə, İsrailin də hərbi arsenalında bu silah mövcuddur.

Nüvə silahının dünya müharibəsinin ənənəvi iştirakçısı olduğu ölkələrdə mövcudluğu qlobal fəlakətin qarşısını alma ehtimalını daha da qüvvətləndirir. Bu silahdan istifadə edən ölkə cavab atəşi ilə məhv edilə biləcəyini yaxşı bilir.

İranın nüvə sazişi ilə bağlı əldə edilən saziş, ABŞ və Rusiya arasında kütləvi qırğın silahlarının məhv edilməsi barədə imzalanan müqavilələr dünya ölkələrinin atom bombası ilə dünya savaşına girməkdən qaçdığını göstərir.

Digər tərəfdən, nüvə silahını tətbiq edəcək siyasi və ya hərbi liderin ağlı ilə bağlı müəyyən problemləri olmalıdır. Əgər Şimali Koreya lideri atom bombasını hələ digər ölkəyə atmayıbsa, bunu başqa ölkənin liderinin etməyəcəyini əminliklə demək olar.

Bundan əlavə, dünya müharibəsinin baş verməsi üçün ya dünyanın hegemon dövlətlərinin təhlükəsizliyi təhdid altında olmalı, ya da onlar arasında birbaşa hərbi münaqişə baş verməlidir. Biz isə bunun nə Suriyada, nə də dünyanın digər regiounda şahidi olmuruq.

Məftun Salmanov,

Trend



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor