"Səudiyyə Ərəbistanı ilə İran arasında nüvə müharibəsi yaxınlaşır" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 5-01-2016, 19:03 | Şərh sayı: (0) | Baxılıb: 358
"Səudiyyə Ərəbistanı ilə İran arasında nüvə müharibəsi yaxınlaşır"
Səudiyyə Ərəbistanı İranla münaqişəyə görə nüvə silahı ala bilər.
Ixlas.Az anspress-ə istinadən bildirir ki, bu fikirləri ABŞ konqresinin senatoru Ron Conson jurnalistlərə müsahibəsi zamanı söyləyib. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı nüvə silahını Pakistandan əldə edəcək.
"Biz narahatıq ki, İranla razılaşma nüvə silahının yayılmasına gətirib çıxara bilər. Bu isə Yaxın Şərqdə qızğın silahlanmanı artıracaq. Bu real riski qəbul etmək lazımdır. Səudiyyə Ərəbistanının Pakistanla münasibətləri yaxşıdır və silah ala bilərlər", - deyə o bildirib.
Senator, həmçinin qeyd edib ki, Səudiyyə Ərəbistanı və İran arasında irimiqyaslı müharibənin başlayacağı narahatlıq doğurur. Onun sözlərinə görə, böhranın yaranmasının səbəblərindən biri rəsmi Ər-Riyadın ABŞ-a etibarlı müttəfiq kimi baxmamasıdır.
Rəsmi məlumatlara görə, hazırda Səudiyyə Ərəbistanı nüvə silahına malik deyil. Dünyada rəsmi olaraq ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Hindistan, Pakistan və Çin nüvə silahına malikdirlər.
Güman edilir ki, Hindistanda azı 100 nüvə başlığı üçün plutonium istehsal edilib. 2007-ci ilin məlumatına görə, bu ölkə 50-60 nüvə başlığına malikdir.
Rusiyada hətta "Bulava SLBM" tipli nüvə başlığı daşıyan sualtı qayıqlar da var.
Qeyri-rəsmi məlumatlara görə, Pakistanın atom bombası hazırlamaq üçün təxminən 58-800 kilo zənginləşdirilmiş uranı var. ABŞ Çinin nüvə silahları əldə edilməsində Pakistana yardım etdiyini bildirir. 2007-ci ildə yayılan məlumatlarda Pakistanın 60-a yaxın nüvə başlığı olduğu qeyd edilirdi.
Türkiyədə isə NATO-ya məxsus 6 nüvə başlığının olduğu barədə məlumatlar var.
Şimali Koreya indiyə qədər yalnız bir dəfə - 2006-cı ilin oktyabrında nüvə sınağı keçirib. Uzun danışıqlardan sonra 2008-ci ildə özünün nüvə proqramını başqa dövlətlərə verməyə razılaşıb.
İsraildəki Dioma reaktorunun plutonium istehsalı gücünü nəzərə alaraq bu ölkənin təxminən 100-120 müasir bombasının olduğunu demək olar. İran isə rəsmən bildirirdi ki, həmin bu proqramdan enerji alınması üçün istifadə etməyə və bununla da daha çox neft və qaz satmağa çalışır.
Amma ABŞ və müttəfiqləri İranın nüvə silahı əldə etməsinə maneə törətdilər. "Altılıq" və İran arasında 2015-ci il iyulun 14-də imzalanan nüvə razılaşmasına görə, rəsmi Tehran uranın zənginləşdirilməsini dayandırdığını elan etdi.
İlk atom bombası İkinci Dünya Müharibəsinin sonunda ABŞ-da hazırlanıb. Atom bombası havada (istənilən hündürlükdə, yer səthində və su altında, lazımi dərinlikdə) partladıla bilir.
1945-ci ilin iyulunda ABŞ atom bombasını sınaqdan çıxardıqdan sonra Yaponiyanın Xirosima (avqustun 6-da) və Naqasaki (avqustun 9-da) şəhərlərinə partlayış gücü 20 min ton trotil partlayışına ekvivalent olan 2 bomba atmışdı. Xirosimada 200 minə yaxın adam ölüb və itkin düşüb, sonralar şüa xəstəliyindən və yaralanmadan daha 35 min adam ölmüşdü.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər