ABŞ həyəcan içində: "Rusiyanın nüvə və kibernetik təhlükəsi artır" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 5-01-2016, 18:40 | Şərh sayı: (0) | Baxılıb: 193
ABŞ həyəcan içində: "Rusiyanın nüvə və kibernetik təhlükəsi artır"
"Rusiyanın yeni milli təhlükəsizlik strategiyası Vaşinqtonun mövqeyini dəyişməyəcək. Rusiyanın yeni strategiyasında ABŞ təhlükəsi barədə danışılır. Biz isə Moskvanın təhlükə yaratdığını bildiririk".
Bu barədə ABŞ Baş Qərargahlar rəislərinin Birləşmiş Komandanlığının sədri general Cozef Danford bildirib.
Danford qeyd edib ki, amerikalı hərbçilər həmişə Rusiya potensialının inkişafına diqqət yetiriblər: "Rusiya ABŞ və onun müttəfiqləri üçün təhlükədir. Biz bunu onun davranışlarına, o cümlədən nüvə və kibernetik davranışlarına əsaslanaraq deyirik".
Eyni zamanda, general etiraf edib ki, hələlik Rusiyanın yeni milli təhlükəsizlik strategiyasının mətnini görməyib: "Mən növbəti nəticələrə gəlməmişdən öncə sənədi oxumaq istərdim".
Qeyd edək ki, Rusiya prezidenti Vladımır Putin dekabrın 31-də ölkənin yeni milli təhlükəsizlik strategiyası ilə bağlı sərəncam imzalayıb. Sənəddə NATO-nun hərbi aktivliyini artırması təhlükə sayılır və Rusiya sərhədinə yaxınlaşmasının yolverilməz olduğu bildirilir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər