Con Kerri: "ABŞ Şimali Koreyanı nüvə dövləti kimi tanımayacaq" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 7-01-2016, 08:29 | Şərh sayı: (0) | Baxılıb: 282
Con Kerri: "ABŞ Şimali Koreyanı nüvə dövləti kimi tanımayacaq"
ABŞ-ın dövlət katibi Con Kerri Şimalı Koreyanın hidrogen bombasını sınaqdan keçirməsini beynəlxalq təhlükəsizliyə təhdid olan təxribat adlandırıb.
APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, C.Kerri qeyd edib ki, rəsmi Pxenyanın hərəkətləri BMT Təhlükəsizlik Şurasının bir neçə qətnaməsini pozur.
"Biz Şimali Koreyanı nüvə dövləti kimi tanımamışıq və bundan sonra da tanımayacağıq. Rəsmi Pxenyanın son hərəkətləri isə niyyətimizi daha da möhkəmləndirir", deyə dövlət katibi bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Barak Obama regionda son hadisələrlə əlaqədar Yaponiya və Cənubi Koreya liderləri ilə danışıqlar aparacaq.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər