Obamanın Əliyevi ABŞ-a dəvət etməsi nədən xəbər verir? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 7-01-2016, 18:50 | Şərh sayı: (0) | Baxılıb: 268
Obamanın Əliyevi ABŞ-a dəvət etməsi nədən xəbər verir?
Hazırda yaranmış vəziyyətin fonunda ABŞ prezidenti Barak Obamanın Azərbaycan prezidenti İlham Əliyevin IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün Vaşinqtona dəvət edilməsi yayılan bütün şaiyələrə və şübhələrə birmənalı şəkildə son qoyur. Çünki şaiyələr yayılırdı ki, Konqresdə Azərbaycana qarşı sanksilayar müzakirəyə çıxarıldığına görə guya Azərbaycan prezidenti Vaşinqtondakı tədbirə dəvət olunmayacaq.
Bunu Milli.Az-a açıqlamasında politoloq Fikrət Sadıxov deyib.
Politolqun fikrincə, bu dəvət göstərir ki, Azərbaycana böyük etimad göstərilir, xüsusilə də nüvə təhlükəsiziliyi və terrorizmlə mübarizə kimi qlobal məsələlərdə ölkəmizin rolu yüksək səviyyədə qiymətləndirilir: "Bu, həm də onun regionda müəyyən siyasi prioritetləri, enerji təhlükəsizliyi və terrorla mübarizədə iştirakının öz yerini tapması və ABŞ prezidenti tərəfindən yüksək qiymətləndirildiyi kimi qəbul oluna bilər.
Digər tərəfdən, bu fakt onu təsdiq edir ki, ABŞ-da əsas aparıcı rola Konqres yox, məhz Ağ Ev malikdir. Məhz buradakı siyasi prioritetlər, qəbul olunan qərarlar, demək olar ki, bütün məsələlərdə əsas rol oynayır.
B.Obamanın prezidentimizi sammitə dəvət etməsi isə bütün bunların hamısını təsdiq edir".
Qeyd edək ki, Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz Tvitter səhifəsində yazıb ki, ABŞ Prezidenti Barak Obama Azərbaycan Prezidenti İlham Əliyevə 3 dekabr 2015-ci il tarixdə məktub göndərərək onu 2016-da Vaşinqtona IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edib.
N.Məmmədovun sözlərinə görə, B.Obama öz məktubunda Azərbaycanın qlobal nüvə təhlükəsizliyi arxitekturasına qətiyyətli dəstək nümayiş etdirdiyini qeyd edib: "Ümidvaram ki, Azərbaycan nüvə və radioloji töküntülərinin qadağası üçün xüsusi səylərini davam etdirəcəkdir".
İlkin İzzət
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər