İranla nüvə razılığı Barak Obmanın ən böyük nailiyyəti hesab edilir |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-12-2015, 10:10 | Şərh sayı: (0) | Baxılıb: 250
İranla nüvə razılığı Barak Obmanın ən böyük nailiyyəti hesab edilir
Bu il İranla əldə edilən nüvə razılığı ABŞ prezidenti Barak Obmanın ən böyük nailiyyəti hesab edilir.
Cari ilin iyul ayında əldə edilən razılıq İranın nüvə fəaliyyətlərini məhdudlaşdırması müqabilində o ölkəyə qarşı beynəlxalq sanksiyaların ləğvini nəzərdə tutur.
BMT-nin nüvə agentliyinin rəhbəri İranın düz yolda olduğunu deyir. Yukuça Amano:"Əgər sual İranın hazırlıq fəaliyyətlərini bir-iki həftəyə bitirməsindədirsə, buna şübhə etməyə heç bir əsas yoxdur."
Qərbin sanksiyaları 2016-cı ilin əvvəllərində ləğv edilə bilər. ABŞ dövlət başçısı Barak Obama nüvə razılığını yeni İl ərəfəsində nikbinliyinin on səbəbindən biri adlandırıb.
“Biz İranı nüvə silahı istehsalından çıkindirməyə nail olmuşuq. İran artıq uran zənginləşdirilməsi üçün istifadə edilən minlərlə senrifuqalarını sıradan çıxarıb.”
Nüvə razılığı İranın dünyadakı mövqeyini də dəyişib. Bu, İranın müxalif fiqurlarından olan Mehrdad Xonsarinin fikridir. “Razılıq İranın təcridinə son qoydu. Bu, İranın beynəlxalq ictimaiyyətə yenidən inteqrasiyasını təmin edir.”
Yenidən inteqrasiya şiələrin əksəriyyət təşkil etdiyi İranın və sünni icmalarını təmsil edən Səudiyyə Ərəbistanın Suriya və Yəməndə vətəndaş müharibələrinə dair mövqelərində regional güc balansı yaradır.
İqtisadi Yenidənqurma və Barışıq Təşkilatının əməkdaşı Merhdad Xonsari hesab edir ki, Qərb İŞİD kimi sünni ektremist qruplar qarşılığında İranın təhlükəsinin daha az olduğunu düşünür.“Razılığın nəticəsi olaraq iqtisadi baxımdan, əhalisi və resursları baxımından İranın tanınması xarici investisiyaya bazar açır.”
Ən dəyərlisi isə neftdir. İran bu ay xarici şirkətlərlə bir neçə müqavilə ilə 25 milyard dollarlıq investisiyasını əldə edəcəyinə ümid bəsləyir. Sanksiyaların ləğvi neft və pul axınına start verəcək
("Amerikanın səsi").
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər