Mürsəl hədis nə deməkdir? |
Müəllif: Admin | Bölmə: Slide, Sual-Cavab | Vaxt: 9-07-2024, 16:53 | Şərh sayı: (0) | Baxılıb: 297
Mürsəl hədis nə deməkdir?
Sual: Mürsəl hədis nə deməkdir?
Cavab: İslam maarifində hədis Qurani-Kərimlə yanaşı ən mühüm və mötəbər mənbələrdən sayılır. Dini hökmlər, əqidəvi məsələlər Quran ayələri ilə yanaşı, həm də hədislər vasitəsilə əsaslandırılır. Səhih (düzgün) hədislər ayə qədər dəyərli və etibarlıdır. Hədisləri məzmunundan, digər hədislərə uyğun olub-olmamasından, sənədindən (rəvayət zəncirindən) və s. səbəblərdən asılı olaraq fərqli növlərə bölüblər. Bu istiqamətlərdə mövcud olan problemlər hədisin etibarını azaldır. Hədis növlərindən biri də “mürsəl” adlanır. Mürsəl elə hədisdir ki, onun sənəd zəncirində rəvayətçilərin sırası təbii yolla Həzrət Mühəmməd Peyğəmbərə (s) və ya imama gedib-çıxmır. Belə ki, mürsəl hədisin silsiləsində ravilərlə (rəvayətçilərlə) ilk halqa olan məsum şəxs arasında boşluqlar mövcuddur. Yəni hədisin sənədində rəvayətçi şəxsdən əvvəl məsumun adı gəlsə də, həmin rəvayətçinin hədisi məsumdan birbaşa və vasitəsiz nəql etməsi mümkün deyil, aradakı rəvayətçilərdən birinin ya bir neçəsinin adı düşmüşdür. Məsələn, tabiin təbəqəsinə aid olan şəxs hədisi səhabədən, o da məsumdan rəvayət etmək əvəzinə, tabiin birbaşa məsumdan rəvayət etmişdir. Həssas mövzulardakı mürsəl hədis mötəbər sayılmır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər