Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır? |
Müəllif: Admin | Bölmə: Slide, Sual-Cavab | Vaxt: 31-05-2024, 15:22 | Şərh sayı: (0) | Baxılıb: 532
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Sual: Səfərdə olan şəxsin günorta namazları qəzaya qalıb. Növbəti gün vətənə çatdıqdan sonra həmin günorta namazları bütöv qılınmalıdır ya qısa formada?
Cavab: İslam şəriətinə görə səfər şərtlərinə cavab verən yola çıxmış adam 4 rükətlik namazlarını 2 rükət formasında qılmalıdır. Bu cür namaza “qəsr”, yəni ixtisar, qısaltma deyilir. Əhli-sünnə məzhəbinə görə isə, səfərdə insan namazları istəsə bütöv, istəsə qəsrlə qıla bilər, bunların arasında seçim etməkdə azaddır. Şiə məzhəbinə görə isə səfərdə olan şəxsin 4 rükətli namazı qəsdən bütöv qılması düzgün deyil, mütləq qəsrlə qılmalıdır. Hər bir ibadət əməlinin hökmü onun vaxtına bağlıdır. Namaz nə zaman qəzaya gedibsə, həmin şəraitə uyğun şəkildə də sonra qəza edilməlidir. Yəni əgər insan səfərdə ikən günorta namazlarını qılmayıb qəzaya veribsə, istər səfər zamanı, istərsə vətənə qayıtdıqdan sonra onları 2 rükət formasında (qəsr) qəza etməlidir. Əksinə, əgər insan vətəndə ikən qəzaya verdiyi 4 rükətlik namazı səfər boyunca qəza etmək istəsə, gərək bütöv formada qılsın.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər