RSS
 

Login:
Şifrə:
» » Bəlaya qarşı müharibə: nəyi necə etməli?

Xəbər lenti

Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə
Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə...
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi...
Vəhdət - günümüzün əsas ehtiyacı
Vəhdət - günümüzün əsas ehtiyacı...
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu...
Siffeyn savaşı
Siffeyn savaşı...
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam





Online SMS Yaz!
Online Sms:

Bəlaya qarşı müharibə: nəyi necə etməli?

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 1-12-2015, 19:02 | Şərh sayı: (0) | Baxılıb: 768

Bəlaya qarşı müharibə: nəyi necə etməli?


Bəlaya qarşı müharibə: nəyi necə etməli?


Paris hücumları və Rusiyaya məxsus hərbi təyyarənin vurulması "İslam dövləti"nin məğlub edilməsi yolunda Moskva, Paris və Vaşinqtonun qətiyyətini artırıb. Bunu demək asan, həyata keçirmək isə çətindir.

Bir çox strateqlər bildirirlər ki, İŞİD-in maliyyələşdirilməsinin dayandırılması, təbliğatlarının qarşısının alınması və Suriya hakimiyyəti ilə bağlı dünya gücləri arasında diplomatik razılaşma əldə edilməsi üçün daha çox iş görülənə qədər hərbi uğur əldə edilməsi çətin olacaq. Onların fikrincə, terror qruplaşmasının qərargahının məhv edilməsi və döyüşçü qüvvəsinin iflic vəziyyətinə salınması nisbətən asandır: bunun üçün 40 minə qədər hərbi qüvvə, hava hücumu üçün dəstək və iki aylıq döyüş bəs edər.

Problemli məsələ isə döyüşdən sonra qazanılmış ərazinin məsuliyyətinin götürülməsidir. Əfqanıstan və İraqdan sonra Qərb liderlərindən heç biri bu məsuliyyəti daşımaq istəmir. Xüsusilə Avropada olmaqla, bir çox rəsmilər belə düşünürlər ki, genişmiqyaslı hərbi müdaxilə Qərbin ərəb torpaqlarını işğal etdiyi mənzərəsini yaratmaqla bu, "İslam dövləti"nin davamçılarını artıraraq qruplaşmaya kömək etmiş olar. Fransa rəsmilərindən biri bu haqda bildirib: "Onlar bizi müharibəyə çəkməyə çalışaraq tələyə salmaq istəyirlər. Şəxsən mən bunun işə yarayacağını düşünmürəm".

Julian Bans, Stefen Fidler, Qordon Lübold və Filip Şişkinin The Wall Street Journal-da dərc olunmuş "The War on Islamic State" məqaləsində bildirirlər ki, "İslam dövləti"ni hərbi müdaxilə olmadan məğlub etməyin yolları məhduddur. "İslam dövləti" ilə bir ildən çox döyüşlər gedir və artıq hərbçilər, diplomatlar və analitiklər qələbə qazanmağın asan yolu olmadığında həmfikirdirlər.

Qərb müttəfiqləri əməliyyatları artırmaq və taktikaları dəyişdirmək üçün yollar axtarırlar. Hava hücumlarını artıran Fransa gələn həftə Şərqi Aralıq dənizi bölgəsinə çatacaq olan "Charles de Gaulle" təyyarə gəmisi ilə regiona 24 hərbi təyyarə göndərir. Fransa kimi ABŞ da İraq və Suriyada qruplaşmaya qarşı kürd qüvvələr də daxil olmaqla, yerli tərəfdaşlarını gücləndirərək "İslam dövləti"nə qarşı mübarizəni artırır. ABŞ eyni zamanda İraqda "İslam dövləti" liderlərinə qarşı reydlərə başlamaq üçün hərbi baza yaradılması haqqında düşünür, Suriyada fəaliyyət göstərən xüsusi əməliyyat qüvvələrinin sayını üçqat artırır.

Bəzi strateqlər "İslam dövləti"nin göründüyündən daha müdafiəsiz olduğunu düşünürlər. Londonda yerləşən Kral Birləşmiş Xidmətlər İnstitutunun (ing. Royal United Services Institute) direktoru Maykl Klark qruplaşmanın bütün dünyaya meydan oxuduğunu deyib. "İslam dövləti" təkcə Yaxın Şərqdə yox, ABŞ, Rusiya və Fransa ilə də döyüşə girib. Bu həftə isə terror qruplaşması girov götürdüyü Çin vətəndaşını edam edib.

"Onlar dövrün hökmranı olduqlarını, artıq qələbə çaldıqlarını düşünürlər. Strateji baxımdan isə hər cür səhvi edirlər", - cənab Klark bildirib.

Paris hücumları, eləcə də, Rusiyaya məxsus hərbi təyyarənin vurulması və Türkiyədəki hücumlar Moskva və Qərb arasında müttəfiqlik ehtimalını artırıb.

Ötən həftələr ərzində şahidi olduğumuz həmrəyliyin davam edib-etməyəcəyi sual altındadır. Rusiyanın Ukraynaya hücumu hələ də unudulmayıb. Bir çox Qərb rəsmiləri Avropa və ABŞ-ın Krımın ilhaqını və Moskvanın Ukraynadakı separatçıları dəstəkləməsini gözardı etməməli olduğunu düşünürlər.

Eyni zamanda, Suriya ilə bağlı fikir ayrılığı davam edir. Belə ki, Rusiya prezident Bəşər Əsədin regiondakı xaosa qarşı ən yaxşı istinadgah olduğunu düşünür, Qərb isə münaqişəyə görə Əsəd rejimini günahlandırır. Avropalı diplomatlar hər iki tərəfin artıq güzəştə gedə biləcəyini bildirirlər.

Avropa Liderlik Şəbəkəsinin (ing. "European Leadership Network") direktoru İan Kerns bildirib ki, Avropa həm qaçqın axınını zəiflətmək, həm də Rusiyaya qarşı əlverişli mövqedə olmaq üçün Suriyada Əsəd rejiminə qarşı vuruşan mötədil müxalifət qüvvələrinə hərbi dəstəyi artırmalıdır: "Avropa oyanmalı, öz maraq və dəyərlərinə sahib çıxmalıdır".

"İslam dövləti"nin əsas güc mənbəyi Suriya və İraqda nəzarəti altında olan geniş ərazilər və bu ərazilərdən gələn vergi axını, neft gəlirləri, qeyri-qanuni yollarla sahib olduğu pullardır. Xaricdən maliyyələşdirilməyə ehtiyac duyan "Əl-Qaidə"dən fərqli olaraq, "İslam dövləti" öz-özünü təmin edə bilir.

Qruplaşma qlobal maliyyə sistemindən asılı olmadığına görə pul təchizatının kəsilməsi çətindir. Kifayət qədər maliyyə vəsaiti olan "İslam dövləti" öz döyüşçülərini maliyyələşdirir, qəbilələri əməkdaşlıq etmələri üçün rüşvətlə yanına çəkir və öz qlobal təbliğat əməliyyatını maliyyələşdirir.

Suriyanın neft yataqları "İslam dövləti"nin ən böyük gəlir mənbələrindən biridir. Ötən il ABŞ Xəzinədarlıq Departamentinin hesablamalarına görə, "İslam dövləti" Türkiyənin qara bazarına qaçaqmalçılıq yolu, ya da daxili neft emalı zavodlarına edilən neft satışından bir günə 1 milyon dollara yaxın pul qazanmışdır.

ABŞ Suriyada hava hücumlarına başlamasından bu yana "İslam dövləti"nin yenidən bərpa etdiyi neft emalı zavodlarına hücumlar edib. ABŞ müdafiə rəsmiləri isə həmin zavodları qəsdən dağıtmaq yox, sadəcə zərər vurmaq istədiklərini bildirirlər. ABŞ Suriya və İraqın iqtisadi infrastrukturuna zərər vurmadan "İslam dövləti"ni məğlub etməyi ümid edirdi. Neft emalı zavodlarının və quyuların itirilməsi iqtisadi bərpanı olduqca çətinləşdirərdi. İndi isə rəsmilər daha böyük miqyaslı hücumlar haqqında düşünürlər.

Rəsmilər qeyd edirlər ki, qruplaşmanın Avropa ilə əlaqəsinin kəsilməsi vəzifəsi neft gəlirlərinin qarşısının alınması vəzifəsini üstələyib. Bu isə sərhədlərin möhkəmləndirilməsini tələb edir. Ötən həftənin beşinci günü Avropa İttifaqı Aİ vətəndaşlarının sistemli şəkildə yoxlanılması və şübhəlilərin izlənilməsi imkanlarının artırılması məqsədilə sərhəd nəzarətinin gücləndirilməsi ilə bağlı əmr verib.

"İslam dövləti" sosial media vasitəsilə öz "xilafətində" pozitiv həyat mənzərəsi yaradaraq ətrafına daha çox davamçı toplamağa çalışır. ABŞ və Avropa rəsmiləri Qərbin bu təbliğatlara qarşı effektiv ola bilmədiyini bildirir. Bu təbliğatlara qarşı mübarizə yollarından biri terror təşkilatından qaçan şəxslərin öz hekayələrini danışmalarına imkan yaradılması ola bilər. Bəziləri də "İslam dövləti"nin internetdə videolar yerləşdirməsinə və ya sosial mediadan istifadə etməsinə mane olmaq üçün kiber hücumlardan istifadə edilə biləcəyini bildirirlər. ABŞ qanunvericiləri İŞİD üzvləri və ya dəstəkçiləri tərəfindən istifadə olunan hesabların bağlanması üçün "Twitter Inc." kimi sosial media şirkətlərinə təzyiq göstəriblər. Hesabları bağlanan şəxslər isə fərqli məlumatlardan istifadə edərək tezliklə yeni hesablar aça bilirlər.

Pentaqon rəsmiləri ABŞ-ın hazırkı hərbi strategiyasının uğur əlamətləri göstərdiyini bildirir, nümunə olaraq isə "İslam dövləti" tərəfindən ələ keçirilmiş Sincarda kürd qüvvələrin hücumunu və "Cihadçı Con" olaraq bilinən İŞİD cəlladının ölümü ilə nəticələnən dron hücumunu göstərirlər. Bu irəliləyişi davam etdirmək üçün Pentaqon strateqləri Suriyadakı xüsusi əməliyyat qüvvələrinin sayını üçqat artırmaq haqqında düşünürlər. Yeni qüvvələrin Suriyada kürd qüvvələrlə birgə fəaliyyət göstərən Suriya Ərəb Koalisiyasını silahlandırmağa kömək etmələri nəzərdə tutulub.

Bəzi ABŞ rəsmiləri fransalı həmkarları ilə aparılan söhbətlərdən sonra Fransanın da xüsusi qüvvələr göndərməyə razı olacağını düşünürlər. Xüsusilə də, əgər qüvvələr Afrikadan çıxarılarsa. Noyabrın 20-si Malidə törədilən hücumdan sonra isə bu qərarın verilməsi daha çətin olacaq.

İraqda da "İslam dövləti"nə qarşı aparılan mübarizə gözlənilməz maneələrlə üzləşir. ABŞ-ın hərbi rəsmiləri bildirirlər ki, iraqlı həmkarları "Apaçi" helikopterlərindən istifadə edilməsinə və İraqda, eləcə də, Suriyada reydlərə başlamaq məqsədilə Amerikanın xüsusi əməliyyat qüvvələri üçün hərbi baza yaradılmasına mane olurlar. İraqın Müdafiə Nazirliyinin mətbuat katibi Nasir Munir isə İraq və ABŞ-ın yaxından əməkdaşlıq etdiyini və İraqın "Apaçi" helikopterlərdən istifadə edilməsinə mane olmadığını, hərbi baza yaradılması üçün isə rəsmi istək gəlmədiyini bildirib.

Hərbi strateqlər İslam Dövlətinin əlində olan ərazilərdə mümkün qədər sakinlərin həlak olmasına yol verilməməsi siyasətini dəyişərək qruplaşmaya qarşı hava hücumlarının sayını artırmaq haqda düşünürlər. Rəsmilər bu siyasətin dəyişdirilməsinin "İslam dövləti"ni daha çox yerdə hədəfə götürməyə imkan verəcəyini bildirirlər. Ancaq bir çox hərbi lider bunun nəticəsində Qərbin yanına çəkmək istədiyi insanları özündən uzaqlaşdırmasına səbəb olacağını düşünür.

ABŞ-ın hərbi rəsmiləri müzakirələri gedən dəyişikliklərlə "İslam dövləti"nə qarşı strategiyalarında sadəcə düzəlişlər edilməsinin nəzərdə tutulduğunu bildirirlər.

Orxan Hun
Milli.Az



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Seyyid Peyman - En insan
Seyyid Peyman - Zeynəb Zeynəb
Hacı Sahib - Səfərdə olanın orucu
Hacı Sahib - Oruc tutan su içə bilər?
Hacı Sahib - Dəstəmazın danışması
Rusif Ucar - Üsyan
Hacı Sahib - İntizar
Hacı Sahib - İntizar çəkmək
Hacı Sahib - Kiçik günahı unutmaq
Hacı Şahin - Dini ehtiyac
Hacı Şahin - Diqqət eləmək
Hacı Şahin - Din təbliğ etmək
Hacı Eldayaq - Allah üçün
Hacı Eldayaq - Allahı unuduruq
Hacı Eldayaq - Allahımızı ucuz satırıq
Azərbaycan İlahi nəğmələr qrupu Hacı Möhübbət - Şah səlamun aleyk
Azərbaycan İlahi nəğmələr qrupu - Ağam Əbəlfəz
Azərbaycan İlahi nəğmələr qrupu - Əli kimdir
Seyyid Peyman - Şah salamun aleyk
Hacı Sahib - Şəban ayının əməlləri
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor