""İslam dövləti" beynəlxalq sabitliyə ciddi təhlükə yaratmaqdadır" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 8-10-2015, 20:03 | Şərh sayı: (0) | Baxılıb: 329
""İslam dövləti" beynəlxalq sabitliyə ciddi təhlükə yaratmaqdadır"
"Təəssüf ki, "İslam dövləti" terrorçu təşkilatının timsalında artıq beynəlxalq ictimaiyyət silahlı separatçılığın daha təhlükəli nümunəsi ilə üzləşib. Bir neçə ölkənin ərazisində fəaliyyət göstərən və öz nüfuz dairəsini genişləndirməyə çalışan bu terrorçu təşkilat qlobal miqyasda beynəlxalq sabitliyə ciddi təhlükə yaratmaqdadır.
Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr idarəsindən APA-ya verilən məlumata görə, bu sözləri Azərbaycan milli təhlükəsizlik naziri Eldar Mahmudov Bakıda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XVIII iclasında çıxış edərkən deyib.
O qeyd edib ki, Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi müasir terrorçu təşkilatların öz cinayətkar əməllərini daha da genişləndirmək üçün nəzarət olunmayan zonalar yaratmaq məqsədilə qarşılarına ayrı-ayrı ölkələrin ərazilərinin qəsb edilməsi kimi strateji hədəflər qoyduqlarını beynəlxalq kürsülərdən mütəmadi olaraq diqqətə çatdırıb. Nazir bildirib ki, bu təhlükənin ağır fəsadları artıq əyani şəkildə Ermənistanın Azərbaycana qarşı yeritdiyi dövlət terrorçuluğu və təcavüzkar separatçılıq siyasətinin nümunəsində sübuta yetirilib: "Lakin bir sıra beynəlxalq dairələrdə bu məsələnin təhlükəliliyinə ikili yanaşmaların mövcud olması problemin indiyədək ədalətli həllini tapmamasının başlıca səbəblərindəndir. Bu baxımdan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda sülh yolu ilə həll edilməsi xüsusi xidmət orqanları arasında çoxtərəfli əməkdaşlığın daha da yüksəldilməsi üçün münbit zəmin yarada bilər".
Nazir bu cür əməkdaşlıq mexanizmlərinin, eyni zamanda, "İslam dövləti" terrorçu təşkilatı kimi qeyri-qanuni silahlı birləşmələrin fəaliyyətindən irəli gələn təhlükələrin qarşısının vaxtında alınmasına töhfə verəcəyinə əminliyini bildirib.
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər