Putin təyyarələrin mülki vətəndaşları öldürməsi xəbərini təkzib etdi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 1-10-2015, 21:11 | Şərh sayı: (0) | Baxılıb: 343
Putin təyyarələrin mülki vətəndaşları öldürməsi xəbərini təkzib etdi
İslamazeri.az-ın "Sputniknews"-a istinadən verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin rus hərbi təyyarələrinin havadan dinc əhaliyə zərbələr endirməsinə dair iddiaların yalan olduğunu bildirib. Putin deyib bu barədə deyib: "Bəzi qərb mətbutı informasiya hücumları edir, biz bu hücumlara hazırıq. Rusiya təyyarələrinin mülkü vətəndaşları qətlə yetirməsi xəbəri təyyarələr hələ havaya qalxmadan yayılmışdı. Digər ölkələr bir ildən çoxdur ki, Suriyada əməliyyatlar həyata keçirir. Bu əməliyyatlar Suriya dövləti və BMT Təhlükəsizlik Şurasının icazəsi olmadan aparılır. Biz isə rəsmi Dəməşqdən razılıq almışıq və ancaq terrorçu qruplarla mübarizə aparmaq niyyətindəyik". "ABŞ və Rusiya kəşfiyyat orqanları və hərbi strukturları Suriyadakı vəziyyət barədə məlumat mübadiləsi aparır. Gələcəkdə Suriyada ABŞ-la məlumat mübadiləsini təşkil etmək üçün daha təsirli mexanizm qurmağa ümid edirik" deyən Putin Rusiya Müdafiə Nazirliyinin Suriya məsələsində "Pentaqon" ilə əlaqədə olduğunu qeyd edib. Prezident Putin həmçinin "Suriyadakı əsgərlərimizin sosial təminatıyla bağlı mühüm qərarlar qəbul etmişik, bu məsələ ilə şəxsən özüm maraqlanacağam",-deyib. Orxan Mirzə/İslamazeri
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər