RSS
 

Login:
Şifrə:
» » Rusiyanın Suriyanı bombalaması İranı gücləndirir

Xəbər lenti

Hədislərdə süfrə ədəbi
Hədislərdə süfrə ədəbi...
1 2 3 4 5 6 7 8 9 10

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Rusiyanın Suriyanı bombalaması İranı gücləndirir

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 10-10-2015, 20:15 | Şərh sayı: (0) | Baxılıb: 350

Rusiyanın Suriyanı bombalaması İranı gücləndirir


Rusiyanın Suriyanı bombalaması İranı gücləndirir


Ötən çərşənbə günü, Rusiyanın uzaqmənzilli raketlərinin İran üzərindən keçərək Suriyadakı hədəflərə doğru uçduğu anlarda, İranın ali rəhbəri ayətullah Əli Xamneyi bundan sonra ABŞ-la siyasi dialoqun davam etdirilməsinə ehtiyac olmadığı barədə kəskin çıxış edirdi.
"ABŞ-la danışmaq bizə heç bir xeyir verməyəcək - deyirdi ali rəhbər İnqilab Keşikçiləri Qvardiyasının qarşısında, - Əksinə son dərəcə ziyanlı olacaq".
Ola da bilər ki, ayətullahın Keşikçilərə müraciətinin vaxtı təsadüfi seçilməyib. Çünki İnqilab Keşikçiləri Rusiyanın Suriyaya müdaxiləsinin planlaşdırma və dəstəkləmə işində əsas rolu oynayıblar.
Nüvə sazişindən ruhlanmış və artıq nəzərlərini ölkələrinin nəhayət Qərbə açılması perspektivinə yönəltmiş gənc iranlılar üçün ayətullahın qeydləri zərbə kimi səslənib.Lakin prezident Putinin son hərəkətlərinə diqqət yetirəndə, bu sözlər o qədər də təəccüblü səslənmir.
Rusiyanın Suriyadakı münaqişəyə müdaxiləsi İranın Suriyaya qarışması üçün böyük təkan olub.
Bu, həm də İranın Yaxın Şərqdə əsas qüvvə kimi mövqeyinə əlavə sanbal qatıb.
Son 15 ayda İnqilab Keşikçilərinin qüdrətli komandanı Qasem Soleymani Dəməşq, Bağdad və Terhran arasında get-gəl missiyalarında gözə dəyib.
İndi məlum olub ki, o İraqda İslam Dövləti (İD) adlanan təşkilatla döyüşən şiə silahlı qruplaşmalarının təşkili və dəstəyi ilə məşğul imiş.
Bir illik işğaldan sonra Tikrit şəhərinin İD-dən geri alınması İran İnqilab Keşikçiləri ilə şiə silahlıları arasında birgə hərbi əməliyyatın uğurlu nümunəsinə çevrilib.
Suriyada da İranın hökumət qoşunlarına və Tehranın müttəfiqi Hizbullah da daxil, silahlı qruplaşmalara dəstək verməsi artıq, necə deyərlər, hamının bildiyi sirrə çevrilib.
İran mediası Suriyada və İraqda həlak olmuş İnqilab Keşikçiləri komandirlərinin dəfnlərindən müntəzəm reportajlar verir.
Bu yay qaçqın və miqrant dalğasının Avropanı bürüdüyü bir vaxtda Əfqanıstandan olan bir çox gənc həzarələr İran tərəfindən şiə silahlı briqadalarına necə səfərbər edilərək Suriyanın cəbhə xəttinə göndərildikləri barədə BBC-nin Fars xidmətinə məlumat veriblər.
Onların hekayətləri bu il sosial mediada yayılmış iddia və fotolarla təsdiq olunur.
İyul ayında general Soleymani Rusiyada üzə çıxmışdı. Lakin bu xəbəri istər Moskva, istərsə də Tehran nə təkzib, nə də təsdiq edirdilər. İndi belə söhbətlər də var ki, Rusiyanın bu həftə baş vermis hücumlarının planı artıq onda cızılırmış.Qasem Soleymani:
11 mart, 1957-ci ildə doğulub
1988-ci ildən İran İnqilab Keşikçilərinin birbaşa ali rəhbər ayətullah Əli Xamneyinin tabeçiliyində olan seçmə Qüds korpusunun komandanıdır.
O, ömrü boyu xaricdəki məxfi əməliyyatlara rəhbərlik etməklə İranda az qala məşhurluq statusu qazanıb.
O, 2012-ci ildən bəri Suriya müharibəsində İranın müttəfiqi olan Suriya hökumətinin möhkəmləndirilməsində aparıcı rol oynayıb.
General Soleymani, həmçinin İraqın hökumət qoşunları ilə şiə silahlılarının İslam Dövləti adlanan qruplaşmanın üzərinə birgə hücumunun komandanlığına yardım göstərib.
Soleymani iyul ayında Moskvaya səfər edərək Rusiyanın Suriyaya mümkün hərbi müdaxiləsi barədə müzakirələrə qatılıb.
Hələlik Tehrandan Rusyanın əməliyyatına dair rəsmi şərh olmayıb.
Lakin bu barədə İran mediasının xəbərləməsi ümumən müsbətdir. Hərçənd bu barədə daha çox İslam Dövlətinə qarşı İran, İraq və Suriyanın birgə koalisya əməliyyatının bir hissəsi kimi söhbət açılır.Rusiyanın müdaxiləsi o deməkdir ki, İran artıq Bəşər əl-Əsəd hökumətinə dəstək üçün bu ölkənin işlərinə hərbi müdaxilə edən yeganə ölkə deyildir.
İndi İran iddia edə bilər ki, keçmiş dünya supergücü ilə yeni hərbi alyansın bir hissəsidir.
İranın nəzərində Rusiyanın müdaxiləsi ABŞ-ın dünya hegemonluğuna meydan oxumaq imkanı açır. Bu, onilliklərdir ki, İran mühafizəkarlarının xəyallarında yaşayan bir imkandır.
Lakin Rusiyanın müdaxiləsini bayram edən heç də təkcə mühafizəkarlar deyil.
Tehran Universitetindən beynəlxalq münasibətlər üzrə professor Əhməd Nəqibzadənin fikrincə, bu, hadisələrin mötədilləri də qane edən gedişatıdır.
Onlar düşünürlər ki, Ruysiyanın Bəşər Əsədi dəstəkləyərək ona qarşı çıxan bütün qruplaşmalara hücum etməsi sonunda bütün tərəfləri məsələnin siyasi həlli üçün qeyd-şərtsiz olaraq danışqılar masası arxasına gətirəcək.
"Bu zaman Qərbin Bəşər əl-Əsədin devrilməsi tələbindən əl çəkməsinə nail olunması İran xarici siyasətinin böyük qələbəsi olar, nəticədə İran və Qərb arasında münasibətlərin normallaşmasına kömək edərdi" - deyib politoloq BBC-yə.
"Əbədi düşmən"
Cənab Nəqibzadənin fikrincə, İran prezidenti Ruhaninin ətrafındakı müşavirlər düşünürlər ki, Rusiyanın apardığı kampaniya ABŞ və İranı yaxınlaşdıra bilər.
Onlar zənn edirlər ki, ABŞ hər şeyi Rusiyanın öhdəsinə buraxmamaq üçün İrana münasibətdə daha barışdırıcı mövqe tuta bilər.
Nəqibzadənin fikrincə, bu, İranın hazırkı təcridolunmadan çıxması üçün mötədillərin gözlədiyi imkanı verə bilər.
Lakin ayətullah Xamneyinin son qeydlərinə fikir verilərsə, bu nəticəyə gəlmək olar ki, ABŞ-la yaxınlaşma onun çox da ürəyindən keçmir.
Prezident Ruhaniyə yaxın alimlərdən biri BBC-yə adı çəkilmədən bildirib ki, İranla ABŞ arasında bağların normallaşması ayətullahı çox narahat edən məsələdir.
"Onun qənaətinə görə, amerikalılar "İranın Xamneyisiz qalmasını" gözləyirlər ki, ölkəni tamamilə öz düşərgələrinə çəkə bilsinlər" - deyir alim.
Ayətullah İranın xarici siyasətində əsas qərar verən şəxsdir və o, aydın şəkildə bildirib ki, ABŞ-ı əbədi düşmən kimi görür.
Lakin ölkənin daxilində və xaricindəki müşahidəçilər diqqəti belə bir kinayəli vəziyəttə çəkirlər ki, cənab Xamneyi ABŞ-ın simasında, bir köhnə düşmənin öhdəsindən gəlmək və Suriyadakı müttəfiqini xilas etmək üçün, İranla daha uzun düşmənçilik tarixinə malik olan Rusiyaya üz tutub.
Qarşıdan gələn aylarda iranlılar ayətullahın bu oyununun baş tutub-tutmayacağını gözləyəcəklər. Ola da bilsin ki, Putinin meydana girişi İranı və onun müttəfiqlərini daha dərin Suriya bataqlığına çəkəcək.



Milli.az



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor