Moskva koalisiyadan xəritə istəyir |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 7-10-2015, 22:31 | Şərh sayı: (0) | Baxılıb: 319
Moskva koalisiyadan xəritə istəyir
Rusiya Federasiyası Müdafiə Nazirliyinin nümayəndələri ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya daxil olan dövlətlərin hərbi attaşelərinə "İraq-Şam İslam Dövləti" terror qruplaşmasına (İŞİD) məxsus bazaların yerləşdiyi ərazilər haqqıda məlumat verməyi təklif edib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə general-polkovnik Andrey Kartapolov məlumat verib.
"Bizim Suriyada İŞİD terrorçularının olduğu ərazilər barədə məlumatlarımız dəfələrlə yoxlanılan və dəqiqdir. Lakin anti-İŞİD koalisiyası hərbi idarələrində terrorçular barədə əlavə məlumatlar varsa, biz onların bizə təqdim edilməsini xahiş edirik", - deyə o bildirib.
O, həmçinin söz verib ki, bu məlumatlar Rusiya aviaqruplarının ölkədə hərbi tapşırıqları planlaşdırılan zaman nəzərə alınacaq.
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər