Rusiyaya Suriya əngəli: "Daha dərin ola bilər" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-10-2015, 16:46 | Şərh sayı: (0) | Baxılıb: 415
Rusiyaya Suriya əngəli: "Daha dərin ola bilər"
Ağ Ev istisna etmir ki, Suriya hadisələrinin Rusiya üçün diplomatik nəticələri ola bilər, eləcə də bu, onun beynəlxalq təcridinə gətirib çıxara bilər.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Coş Ernest məlumat verib.
"Bu, beynəlxalq ictimaiyyət tərəfindən tətbiq edilə biləcək adi diplomatik qadağalardan daha dərin bir nəticə ola bilər... Mən bunu qəti istisna etmirəm", - deyə Ernest bildirib.
O əlavə edib ki, belə nəticələrə o, beynəlxalq təcridi də aid edir.
Rusiya sentyabrın 30-da Suriyada "İraq-Şam İslam Dövləti" terror qruplaşmasına qarşı hərbi əməliyyatlara başlayıb.
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər