RSS
 

Login:
Şifrə:
» » "Suriya kampaniyası Rusiyanın indiki reallıqda siyası bacarığının nümayişidir"

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






"Suriya kampaniyası Rusiyanın indiki reallıqda siyası bacarığının nümayişidir"

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 5-11-2015, 14:54 | Şərh sayı: (0) | Baxılıb: 316

"Suriya kampaniyası Rusiyanın indiki reallıqda siyası bacarığının nümayişidir"


"Suriya kampaniyası Rusiyanın indiki reallıqda siyası bacarığının nümayişidir"


Suriya kampaniyası Rusiyanın indiki reallıqda siyası bacarığının nümayişidir. Vladimir Putin konkret hərbi əməliyyatların keçirilməsində, hərbi təyyarələrin uçuşlarının uzlaşdırılmasında, Suriya probleminin siyasi tənzimlənməsində ABŞ-la hər cür dialoqa və əməkdaşlığa hazır olduğunu nümayiş etdirsə də, ABŞ və Qərb əməkdaşlıqdan yayınırlar.

Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq qeyd edib ki, ABŞ RF-ni hədəfləri düzgün vurmamaqda ittiham edir, amma özündə olan koordinatları vermək fikrində deyil: "Eləcə də kəşfiyyat məlumatlarının mübadiləsi ilə bağlı təklifi də rədd etdi. Yalnız Rusiya hərbi təyyarələrinin ABŞ təyyarələrinə təhlükəli məsafədə yaxınlaşdıqdan sonra uçuş qrafiklərinin uzlaşdırılmasna razılıq verdi. Rusiya Suriyadakı əməliyyatlardakı iştirakını gücləndirmək üçün hərbi gəmilərini Aralıq dənizinə göndərdi. Xəzər dənizindəki hərbi gəmidən açılan raket zərbələri ilə 1500 km məsafədə, Suriyada hədəfləri dəqiq vurdu".

M.Əhmədoğlu deyib ki, islam terrorçularına qarşı Suriya ərazisində mübarizə Rusiyanın özünə birbaşa faydalıdır: "ABŞ-in başçılıq etdiyi koalisiya il yarım ərzində Suriyada "İslam dövləti"nə qarşı mübarizə aparsa da, terrorçuların məhv edilməsində ciddi uğur əldə edə bilməmişdi. "İslam dövlətinin" yaydığı bəyanatlarda son vaxtlar "Şimali Qafqaz" və "Mərkəzi Asiya" terminləri tez-tez işlənirdi. Bəzən Azərbaycanın da adı hallanırdı. RF əgər Suriyada "İslam dövlətinə" qarşı müharibəyə başlamasaydı, o bundan daha dəhşətli müharibəni öz ərazisində - Şimali Qafqazda aparmalı idi".

Politoloq vurğulayıb ki, V.Putin Suriya daxili məsələləri çox gözəl bilir və manipulyasiya predmetinə çevirib: "ABŞ-ın dəstəklədiyi Azad Suriya Ordusu ilə əməkdaşlığın mümkünlüyünü bildirdi. RF xarici işlər nazirinin müavini M.Boqdanov İtaliyada Azad Suriya Ordusunun və Suriya müxalifətinin təmsilçiləri ilə görüşdü. Azad Suriya Ordusunun təmsilçiləri Rusiya ilə əməkdaşlığa hazır olduğunu bildirsələr də, sonradan fikirlərindən döndülər. ABŞ və Səudiyyə Ərəbistanı Azad Suriya ordusuna yardım edəcəyini bildirməklə, bu ordunu Rusiya ilə əməkdaşlıqdan yayındıra bildilər".

Mərkəz rəhbəri sonra deyib ki, Suriyanın dövlət olaraq parçalanması indi Qərb üçün real təhlükə kimi görünür: "Çünki Suriyanın parçalanması həm Yaxın Şərqdə yeni vəziyyət yarada, həm də Avropaya qaçqın axınını artıra bilər. V.Putin Suriyanın daxilindəki dini və milli fərqlilikdən də istifadə edir. Suriyada əhalinin böyük əksəriyyəti sünni müsəlmanlardır. ABŞ Suriyanın əhalisinin sünni məzhəb olmasından RF-ə qarşı istifadə etməyə başladı. Guya Rusiya sünnilərə qarşı müharibə edir. İran onun müttəfiqidir, ona görə şiələrin tərəfini saxlamaqla dünyada sünnilərin mövqeyini zəiflədir".

M.Əhmədoğlu sonra bildirib ki, bu cavabsız qalmayacaq: "Rusiyanın daxilindəki müsəlman əhalisinin böyük əksəriyyəti sünnilərdir. Rusiyanın daxilindəki müsəlmanlar V.Putinin Suriya kampaniyasına güclü etiraz bildirəcəklər. V.Putin bu amili nəzərə alır. Dağıstan, Çeçenistan və İnquşetiyada müvafiq işlər görülür. Suriyanın dini liderləri Rusiyanın Suriyadakı səfirliyinə Quran bağışladılar. Suriya rəsmiləri Rusiyanın keçirdiyi əməliyyatlardan razılıq bəyanatları yayıblar. Sünni faktorunu nəzərə alaraq V.Putin Suriya daxili dialoqda dini və etnik qrupların təmsil olunacağını bildirdi. Milli azlıq dedikdə V.Putin daha çox kürdləri nəzərdə tutur".

Politoloq qeyd edib ki, "Suriya Kürdüstanı" anlayışını gündəliyə daxil etməklə V.Putin Qərbin İraqa tətbiq etdiyi bölgüçülük formulunu Suriyaya tətbiq etməyə hazır olduğunu nümayiş etdirdi: "V.Putinin Suriya siyasətində məqsədyönlü siyasətindən biri də iqtisadi əməkdaşlıqla bağlı danışıqlara imkan verməməsidir. RF Avrasiya İqtisadi Birliyinə üzv və ya tərəfdaş axtarır, amma Suriya yeganə dövlətdir ki, AİB onunla əməkdaşlıqdan imtina etdi. Suriya tərəfdən irəlı sürülən digər iqtisadi əməkdaşlıq təklifləri hələ də Kremlin diqqətini cəlb etmir".

Mərkəz rəhbəri hesab edir ki, Suriya prezidenti Bəşər Əsədin Moskvaya səfəri Vladimir Putini beynəlxalq aləmdə apardığı siyasətin yeni səhifəsidir: "B.Əsəd beynəlxalq izolyasiyadadır. Dövlət çevrilişindən qorxan B.Əsəd 2011-ci ildən bəri ölkəni tərk etməmişdi. B.Əsədin Moskvaya səfərinin yalnız səhəri günü bu səfər haqqında məlumat yayıldı. Görünür, bu, təhlükəsizlik tədbirləri ilə əlaqəlidir".

M.Əhmədoğlu sonra vurğulayıb ki, V.Putinlə 3 saatlıq görüşdə B.Əsəd ona dərin minnətdarlığını bildirib: "B.Əsəd V.Putindən bir sıra xahişlər edib: ı. hərbi əməliyyatların davamı; ıı. Rusiya Hərbi Kosmik əməliyyatları ilə Suriya ordusunun yerüstü əməliyyatlarına şərait yaratmaq; ııı. Siyası tənzimlənmə prosesində Suriyanın dövlət olaraq mövcudluğuna, ərazi bütövlüyünə diqqəti artırmaq; ıv.Suriyanın iqtisadiyyatının qurulması".

M.Əhmədoğlu deyib ki, V.Putin B.Əsədin sonuncudan başqa, qalan bütün təkliflərini nəzərə aldı: "V.Putin iki və çoxtərəfli danışıqlarda B.Əsədin iqtisadi əməkdaşlıqla bağlı dediklərini sanki eşitmədi. B.Əsədin Moskvaya səfər etməsini arzuladığını başa düşmək olar. Amma bizim fikrimizcə, V.Putinin "Suriya Kürdüstanı" terminini dövriyyəyə buraxması B.Əsədin davranışına ciddi təsir etdi. Rusiyanın Suriyadakı hərbi əməliyyatları ABŞ-ın Suriyaya, eləcə də Bəşər Əsədə qarşı münasibətini dəyişdi. ABŞ, Türkiyə, Böyük Britaniya Bəşər Əsədin hakimiyyətdən dərhal uzaqlaşdırıması fikrindən əl çəkiblər. İndi onların fikrincə, B.Əsəd hakimiyyətdə qala-qala "İslam dövlətini" məhv etmək və sonra siyası tənzimlənmə prosesini başlamaq mümkündür. RF-nin Suriyadakı terrorçulara qarşı mübarizəsi birqütblü dünyanı çoxqütblüyə çevirməyin bünövrəsini qoydu".


Milli.Az



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor