Amerika və Rusiyanın Suriya üzərindəki mübarizəsi (Araşdırma) |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 5-10-2015, 12:14 | Şərh sayı: (0) | Baxılıb: 673
Amerika və Rusiyanın Suriya üzərindəki mübarizəsi (Araşdırma)
ABŞ xarici işlər naziri Rusiyadan Suriyada terrorçuların mövqelərinə hücum əsnasında Amerika tərəfindən təlim-təchiz edilən suriyalı silahlı müxaliflərin mövqelərinə hücum etməməsini istəydib. Rusiya hökumətinin Suriyada terror təşkilatı İŞİD mövqelərinə istiqamətli hava hücum əməliyyatları başladması, bəzilərini narahat edərkən, xüsusilə terrorla gerçək mübarizədən yana olan ölkələri sevindirmişdir. ABŞ xarici işlər naziri zahirən Rusiyanın İŞİD mövqelərinə hücumuna dəstək verdiklərini açıqlamasına baxmayaraq, bu hücumlardan narahat olduqlarını ifadə etmişdir. Kerri Rusiya və ABŞ hərbi səlahiyyətliləri arasında Suriyadakı əməliyyatlarla bağlı görüş baş tutduğunu və bu görüşlərin davam edəcəyini söyləyib. Kerri "Biz Rusiyanın Suriyada yalnız İŞİD-i hədəf almasını istəyirik. Bunu açıqca özlərinə də söylədik",- deyib. Əslində bu açıqlamaları ilə Suriyada yaxşı terrorçu və pis terrorçu anlayışını bir dəfə də dilə gətirən Kerrinin bu açıqlamalarına paralel olaraq "Reuters" bəzi ABŞ-lı səlahiyyətlilərə istinadən Amerikanın Suriyada sözdə mülayim müxaliflərə istiqamətli daha çox silah və təchizat köməyi və hava dəstəyi təmin edəcəyini bildirməkdədir. Bu açıqlamalar Amerika tərəfindən təlim-təchiz edilən sözdə suriyalı müxaliflərin Rusiya təyyarələrinin onların mövqelərini də hədəf aldığını iddia etmələri və bunu Amerikaya bildirmələrinin ardından gəlməkdədir. Amerikanın Rusiyanın Suriyada heç bir ayrı-seçkilik etmədən həqiqi terrorizmlə mübarizə sahəsindəki son cəhdi qarşısındakı yanaşma və mövqeyi əslində iki dünya gücü arasında ciddi bir qarşılaşmaya və böhrana gətirib çıxarmışdır. Rusiya səlahiyyətliləri, xüsusilə də Rusiya dövlət başçısı Vladimir Putin rəsmi olaraq Bəşər Əsəd ordusunun həqiqi terrorizmlə mübarizədə ən ön səfdə iştirak etdiyini elan etmiş və Moskvanın Suriyanın müttəfiqi və gerçək dostu olaraq Şam rəhbərliyini bu mübarizədə tək buraxmayacağını və əlindən gələni edəcəyini bildirib. Digər tərəfdən amerikalı səlahiyyətlilərin Rusiyaya istiqamətli günahlandırmalarının ardından, Rusiya xarici işlər naziri Sergey Lavrov Rus döyüş təyyarələrinin Suriyada sivil hədəfləri vurduğuna dair iddiaları yalanladı. ABŞ xarici işlər naziri Con Kerri (John Kerry) ilə etdiyi görüş sonrası mətbuat nümayəndələrinin suallarını cavablandıran Lavrov iddialarla əlaqədar dəlillərin ictimaiyyət ilə də paylaşılmasını istəyib. Rusiyanın Suriyada terror təşkilatı İŞİD hədəfləri xaricində fərqli nöqtələri vurduğuna dair ABŞ-ın narahatlıqları olduğunu qeyd edən Lavrov "Bu tərəddüdləri bizə çatdırdılar və dəlilləri olduğunu söylədilər. Biz də bu dəlillərin paylaşılmasını istədik. Vurulan hədəflərin məsuliyyəti bizə aiddir... Bununla əlaqədar görüntülər də paylaşıldı",- dedi. Rus təyyarələrinin Suriya ordusu ilə koordinasiyalı formada əməliyyat reallaşdırdığını, İŞİD-lə əlaqəli hədəflərin dəqiqliklə vurulduğunu ifadə edən Lavrov vurulan mövqelərdə sivil vətəndaşların yaralandığı istiqamətindəki iddialarla əlaqədar məlumat olmadığını söyləyib. İŞİD mövqelərinə Rusiyadan minlərlə adamın qatıldığını xatırladan Lavrov "Bu insanların Rusiyaya dönmələri və qaranlıq işlərinə davam etmələri böyük risk meydana gətirir. Bizim bu riskin ləğv edilməsində müvəffəqiyyətli olacağımızdan əminəm...",- deyə əlavə edib. Rusiyanın Suriyada İŞİD mövqelərinə istiqamətli bu hücumlarının ardından İŞİD terror təşkilatının gerçək qurbanlarından bir başqası olan İraq Baş naziri Heydər əl-İbadi Rusiya hökumətinin bu tutumuna dəstək verərək bu kimi hücumları İraqda da reallaşdırmasını müsbət qarşılayacaqlarını bildirdi. İbadinin İŞİD-ə qarşı real mübarizə tələb etməsi, əslində ABŞ liderliyindəki sözdə terrorizmlə mübarizə sahəsində qurulan və İraqda bir çox hava əməliyyatı təşkil edən koalisiyanın hücumlarının nə qədər qeyri-real olduğu həqiqətini gözlər önünə sərməkdədir. Rusiyanın İŞİD terrorizminə qarşı hava əməliyyatlarına başlaması isə Amerikanın yanında xüsusilə Amerika, Türkiyə və Ərəbistan olmaq üzrə, digər bəzi Avropa və bölgə ölkələrini narahat etmişdir. Bu ölkələr Rusiyaya silahlı müxaliflərin mövqelərinə hücum etməməsi mövzusunda xəbərdarlıq etmişlər. Amerika və müttəfiqlərinin terrorizmlə mübarizə sahəsində rəsmən Rusiya qarşısında mövqelərnməsi əslində bu ölkələrin terrorizmlə mübarizə sahəsində nə qədər yalan danışdıqlarını gözlər önünə sərməkdədir.
Səmral Quluzadə / İslamazeri.az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər