Rusiyanın Suriyadakı 5 hədəfi (Təfərrüat) |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 29-09-2015, 16:24 | Şərh sayı: (0) | Baxılıb: 571
Rusiyanın Suriyadakı 5 hədəfi (Təfərrüat)
İslamazeri.az-ın "YDH"-yə istinadən verdiyi xəbərə görə Rusiyanın Suriyada nəzərdə tutduğu beş hədəf və bu hədəflərin tətbiq olunma mərhələləri belədir: 1- Aralıq dənizində və Rusiyanın müttəfiqi olan yeganə ərəb ölkəsi olan Suriyada nüfuz əldə etmək. 2-Amerikanın nüfuzunu nizamlamağa çalışmaq və Amerikanın nüfuz sahəsinə birbaşa girərək, Türkiyə sərhədində bir hərbi baza qurmaq. 3- Terrorçuların Rusiyaya geri dönməsini önləmək üçün terrorçu qruplara müdaxilə etmək və Moskvanın təhlükəli düşmənləri olan Şimali Qafqaz və Mərkəzi Asiyadakı döyüşçülər üzərində nüfuzu olan Türkiyənin sərhədlərinə daha çox yaxınlaşmaq. 4- Rusiyanın Bəşər Əsədlə və həm keçmişdə Sovetlər Birliyinin, həm də bugünkü Rusiyanın Suriya ordusuyla ittifaqını qorumaq. 5- Suriyada (Çin, Rusiya və İranı ehtiva edən) Böyük İpək Yolu üzərindəki İranla ittifaq qurmaq. Bu ittifaqın İran, İraq və Suriya yoluyla isti dənizlərə (Aralıq dənizinə) çatma hədəfiylə Əfqanıstana da ehtiyacı var. Ancaq bu fərqlə ki, Amerikanın Əfqanıstanı, Çin, Rusiya və İran arasındakı ipək yolu əlaqəsini, İraqı isə İranla Suriya əlaqəsini kəsmək üçün işğal etməsinə baxmayaraq, Amerikanın bu iki ölkədəki planı müvəffəqiyyətsizliklə qarşı-qarşıya qalıb. "al-Manar"-ın məlumatına görə, Rusiya Suriyadakı strategiyasını tətbiq etmək üçün də bu mərhələləri nəzərdə tutur: 1- Lazkiyədə bir hərbi baza qurulması. Slanfada və Suriya sahilindəki sıra dağlarda nəhəng radarlar qurub. Rusiyanın Lazkiyədəki hərbi bazası ətrafına yeni "T-90" tankları, mərmi müdafiəetmə sistemləri və onlarla təkmilləşdirilmiş hərbi təchizat yerləşdirilib. 2- Quruda Suriya ordusuna üstünlük verilir, qurudan heç bir şəkildə döyüşə girilmədən genişmiqyaslı lojistik dəstək nəzərdə tutulur. Lojistik köməklərin yanında hava dəstəyi, kəşfiyyat köməyi və bundan əlavə Suriyanın "Sokhoi" təyyarələrinə Rus peyklərinin açılması nəzərdə tutulur. Bunlar daha əvvəl tələb edildiyi halda rədd edilmişdi. Bundan əlavə Rusiya kəşfiyyat məlumatlandırması edəcək, silahlı qrupların hərəkətlərini, həmçinin silahlı qrupların toplanma yerlərini, yerləşdikləri ərazi xəttlərini və silah anbarlarını Suriya ordusuna bildirəcək. Rus komandirlər peyk vasitəsilə hərbi toplantılara qatılacaq. Yəni Rusiya hərbi ünsiyyət sistemi Rus hərbi ünsiyyət sisteminə bağlanacaq. 3- Müttəfiqini hərbi baxımdan gücləndirməyə istiqamətli olaraq əvvəlcə bəzi əhəmiyyətli və kritik yerlərin geri alına bilməsi üçün hava və kəşfiyyat dəstəyi veriləcək, ardınca da Türkiyənin rolu zəiflədiləcək. Eyni şəkildə Rusiyanın Suriya ordusu İŞİD-lə mübarizədəki yeganə təsirli quru gücüdür fikirini isbat etməyə istiqamətli olaraq İŞİD-in əlindəki bölgələr geri alınacaq. Səmral Quluzadə / İslamazeri
Mənbə : İslamazeri
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər