RSS
 

Login:
Şifrə:
» » Həzrət Mehdinin (ə.f) zühur əlamətləri hansılardır?

Xəbər lenti

Özünü tərbiyə və təqva
Özünü tərbiyə və təqva...
Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi
Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi...
Hacı Sahib - Cümə Xütbəsi - Vəsilə axtarmaq (14-cü hissə) (26.04.2024)
Hacı Sahib - Cümə Xütbəsi - Vəsilə axtarmaq (14-cü hissə) (26.04.2024)...
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Həzrət Mehdinin (ə.f) zühur əlamətləri hansılardır?

 
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 2-11-2015, 10:57 | Şərh sayı: (0) | Baxılıb: 704

Həzrət Mehdinin (ə.f) zühur əlamətləri hansılardır?


Həzrət Mehdinin (ə.f) zühur əlamətləri hansılardır?


İmam Mehdinin (ə.f) zühur əlamətləri barədə aparılan müzakirələr kifayət qədər çətin və mürəkkəbdir. Şiə və sünni mənbələrində belə qeyd edilir ki, xristianlıq, yəhudilik, zərdüştlük və hətta hind təlimlərində də bu haqda söhbət açılmışdır. Ətraflı məlumat əldə etmək üçün bütün bu məlumatları araşdıraraq bir yerə toplamaq lazımdır. Bu istiqamətdə təkcə toplama işləri ilə deyil, həmin mənbə və məzmunları diqqətlə araşdırmaq da zəruridir. Şiə mənbələrində qeyd edilən hədislərə əsasən, zühur əlamətlərini iki hissəyə bölə bilərik: 1. Zühurdan əvvəl baş verəcək hadisə və ya əlamətlər: Bunlara Süfyaninin və Yəmaninin qiyamı, asimandan gələn səda, Nəfsi-Zəkiyyənin öldürülməsi, Süfyani ordusunun səhrada yerə batması və Dəccalın üzə çıxması kimi hadisələr daxildir. 2. Müxtəlif şərtlər daxilində bir neçə əlamət vardır ki, həyata keçsə, zühur reallaşacaqdır. Bu əlamətlərin sayı çoxdur. Ümumiyyətlə, zühurun əlamətlərini ümumi olaraq dörd hissəyə bölə bilərik: a) İctimai əlamətlər: Dünya mədəniyyəti süqut edəcək, fitnə və fəsad açıq-aşkar hökm sürəcəkdir. Bunlardan bəziləri aşağıdakılardır: – Zülm bütün dünyanı bürüyəcəkdir; – Yer üzündə rəhbərlik edən başçılar, hakimlər açıq şəkildə günaha aludə olacaqlar. Onların günaha aludə olmalarını bu cür izah etmək olar ki, bütün siyasi qurumlar ictimai, siyasi, mədəni, iqtisadi və s. sahələri zülm çərçivəsində idarə edib yönləndirəcəklər. İdarəçiliyin əsasını zülm və ədalətsizlik, istismar və s. təşkil edəcəkdir. Düzdür, bu o demək deyil ki, yer üzündə nə ədalətli bir şəxs, nə də ədalətli bir quruluş olmayacaq, xeyr, sadəcə zülm və fitnənin əhatə dairəsi ədalət və həqiqətin əhatə dairəsindən daha geniş olacaqdır; – Zalım idarəçilərin idarə üsulları bahaçılıq və iqtisadi stabilliyin pozulmasına səbəb olacaqdır. – Cəmiyyəti islah etmək adı altında yalançı və dəccalların ortaya çıxması. Dəccalın üzə çıxması zühurun qəti əlamətlərindən biridir. Bu barədə keçmiş dinlərdə də göstərişlər vardır. “Dəccal” sözü lüğətdə haqqın üzərini batillə örtən kələk, məkr və hiylə kimi işlədilir. Əlimizə çatan hədislərə diqqət etsək görərik ki, Dəccal konkret olaraq şəxs hesab edilmir. Daha doğrusu, hiyləgər şəxs və dövlət quruluşlarına işarədir. Belə bir “canfəşanlıq” sayəsində bir çox insanlar aldadılacaq, haqq yolun qarşısı alınacaqdır. Hətta Qərb mədəniyyətini belə Dəccal hesab edən fikirlər vardır; – Saleh və doğru danışan, düzgün insanlar cəmiyyətdən kənarlaşdırılıb təcrid ediləcəkdirlər. Bunun əvəzində yalançı və boşboğaz insanlar üçün hər bir şərait yaradılacaqdır. – Zühurun mütləq nişanələrindən biri də Süfyaninin zahirə çıxmasıdır. Burada da Süfyaninin qəti bir şəxs olduğunu və ya ümumi şəkildə hiyləgər şəxs və qurumlara aid edildiyini iddia etmək çətindir. Ancaq qəti şəkildə məlumdur ki, Süfyani sərmayədar, qarətçi, zalım, mürtəd, xürafat yayan fərd və ya fərdlər toplusudur. Hədislərdə qeyd edilib ki, Süfyani öz ordusu ilə Məkkə ilə Mədinə arasında olan Bəyda səhrasında yerə batacaqdır. Bu hadisədə yalnız bir nəfər sağ qalacaqdır ki, hadisənin xəbərini çatdırsın. – Dünyada müharibələr baş verəcək, fitnə-fəsad artacaq, nahaq qanlar axıdılacaqdır. Bir çox hədislərdə türklər tərəfindən başladılacaq müharibəyə də işarə olunur. Qeyd edək ki, tarixi hadisələri nəzərdən keçirtsək görərik ki, həmin zamanlarda olan türk anlayışı ilə indiki zamanda olan türk anlayışı arasında böyük fərq var. Odur ki, bu barədə dəqiq bir söz demək çətindir. Hədislərdə yer kürəsi əhalisinin üçdə ikisinin bir-birini qətlə yetirəcəyi barədə də fikirlər mövcuddur. Lakin bunun baş verməməsi də mümkündür. – Törədilən zülm və fəsada qarşı bir çox inqilablar baş verəcək və onlardan bəzisi hökümət qurmaqda müvəffəq olacaqdır. Belə bir inqilablardan biri haqqın batilə qarşı mübarizə simvoluna çeviriləcək Yəmani hərəkatıdır. Belə bir hərəkatların digəri İmam Hüseynin (ə) nəslindən olacaq və qiyama qalxacaq olan Seyid Xorasani qiyamıdır. Qeyd edilir ki, İmam Mehdinin (ə.f) inqilabı üçün zəminə yaratmaqda bu iki inqilabın böyük rolu olacaqdır. b) Din və ideologiya alt-üst ediləcək, səhv təbliğ nəticəsində tutumunu itirəcəkdir. İmam Əlidən (ə) belə bir məzmunda hədis nəql edilir ki, Axirəz-zəmanda namaz tərk olunacaq, əmanətlər zay olacaq, yalan məqbul hesab ediləcək, sələm yemək geniş yayılacaq, rüşvətxorluq hər yeri bürüyəcəkdir. Qohumluq əlaqələri kəsiləcək, adam öldürmək adi hal alacaq, nəfsə pərəstiş ediləcək, səbirli şəxslər zəif hesab ediləcək və zülm etmək fəxr hesab olunacaqdır. Haqqı tanıyanları xain hesab edəcəklər, Quran oxuyanlar fasiq olacaq, məscidlər gözəlləşdiriləcək, hündür minarələr tikiləcək və əhd-peymanlar qırılacaqdır. (Bu hədisin orijinalını və ətraflı, dəqiq formasını oxumaq istəyən “Biharul-Ənvar” kitabı, 52-ci cild, səhifə 193-ə müraciət edə bilərlər.) Sözsüz ki, hamı deyil, cəmiyyətin bir hissəsi bu hala düşəcəkdir. Belə ki, İmam Mehdi (ə.f) zühur edərkən elə islahat işləri aparacaq ki, insanlar elə biləcək ki, İmam yeni din gətirib. c) Təbii amillər: təbii fəlakətlər çoxalacaqdır. Belə ki, günəş və ayın tutulması, asimanda və biosferdə dəyişikliklər və s təbii bəlalar müşahidə ediləcəkdir. d) Fərdi və möcüzəvi amillər: – Asimandan gələn nida. Bəzi hədislərdə qeyd edilir ki, zühurdan əvvəl səmada bir mələk uca səslə İmam Mehdinin (ə.f) zühurunu insanlara müjdə verəcəkdir. Bu mələyin Cəbrail-Əmin mələk olduğu da qeyd edilmişdir. Onun səsini hər kəs öz dilində, ləhcəsində duyacaq və başa düşəcəkdir. – Nəfsi-Zəkiyyənin öldürülərək şəhadətə çatması. O, uca məqamlı Haşim gənclərindən birinin ləqəbidir. O, Süfyani ordusu ilə üz-üzə gəlib Mədinəyə sığınmalı olacaq. Süfyani ordusu Mədinəyə tərəf hərəkət edərkən Məkkəyə yola düşəcək. İnsanları Əhli-Beytə tərəf dəvət etdiyi halda köməksiz qalacaq və heç bir günah etmədiyi halda qətlə yetiriləcək. Dini mətnlərdə qeyd edilmişdir ki, Nəfsi-Zəkiyyənin qətlə yetirilməsi ilə İmam Mehdinin inqilabı arasında on beş gün fasilə vardır. Yuxarıda sadaladığımız əlamətlərdən başqa çoxlu sayda əlamətlər vardır.

Fərid Abdullah.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor