Ərəb ölkələri və zühur əlamətləri |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 12-10-2015, 12:28 | Şərh sayı: (0) | Baxılıb: 628
Ərəb ölkələri və zühur əlamətləri
Suriya və ərəb ölkələrindəki hadisələrin zühur əlaməti olması barədə səslənən fikirlər bu günün aktual məsələlərdən biridir.
Bu mövzuda Ayətullah Seyid Kamal Heydəri cənablarına verilən sualları və onun cavablarını sizlərə təqdim edirik:
1. Camaat arasında yayılmışdır ki, Kufə məscidinin divarında əmələ gəlmiş çat zühurun əlamətlərindəndir. Bu gündə həmin məscidin divarında çat əmələ gəlib. Bu barədə fikriniz nədir?
Cavab: Son zamanlarda Kufə məscidində baş verən hadisənin (məscid divarındakı çatlamanın) hədislərdə qeyd edilən zühurun əlamətlərindən olması barədə heç bir dəlil yoxdur.
2. Suriya və digər ərəb ölkələrində baş verən hadisələr zühur əlamətləri ola bilərmi?
Cavab: Bu hadisələrin zühur əlamətlərindən olması bizim üçün öz təsdiqini tapmamışdır.
3. Bəzi hədislərdə Şamda iki qrup arasında müharibənin başlayacağı və möminlərin bu müharibələrdə iştirak etməyəcəyi barədə qeydlər var. Əgər bu hədislərin doğruluğunu qəbul etsək, Suriyadakı hazırki müharibə həmin hədislərdə deyilən müharibədirmi?
Cavab: Bəli, belə hədislər mövcuddur. Lakin o hədisləri hazırki müharibələrlə ilə uyğunlaşdırmaq olmaz. Öz növbəmizdə də hazırki müharibədə iştirak etməyi icazəli hesab etmirik.
Ayətullah Kamal Heydərinin rəsmi saytına istinadən
Bəhruz Camal
imamzaman.az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər