Süfyaninin qiyamından öncəki əlamətlər |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 8-10-2015, 21:32 | Şərh sayı: (0) | Baxılıb: 436
Süfyaninin qiyamından öncəki əlamətlər
Süfyaninin qiyamından öncə baş verəcək hadisələri özündə ehtiva edən kifayət qədər hədislər mövcuddur. Bu hadisələr barədə hədislərin bəzisində icmali, bəzilərində isə təfsialtı ilə söhbət açılmışdır. O, qiyam etməzdən öncə köhnə və nimdaş paltarlar geyinən , öz mal və mülkünü ehsan edən, özünü dünya malına həris olmayan bir zahid kimi qələmə verəcək. Bu vastə ilə bir çox cahil insanları, hətta bəzi sadəlövh alimləri belə çaşdırıb öz tərəfinə cəlb edərək özünüə çoxlu trəfdar toplayacaq. Həmin vaxt Şam döyüş meydanına çevriləcəkdir. Orada döyüşənlər içərisində ən tanınmışı Əshəb və Əbqə ordusu olacaq. Digər döyüşçülərin isə məntəqə camaatının və Şamın müxtəlif məntəqə hakimlərinin qoşunları olacağı ehtimal edilir. Süfyani bu hərc-mərcliyin çoxaldığı an “Rəcəb” ayında Yabis vadisindən qiyam edəcək. (1) Yabis quraqlıq bir məntəqədir. Suriya və İordaniya sərhədi ətrafında yerləşir. Onun şüarı “Ya rəbb, ya rəbb, ya rəbb, sümmə nar!” (Ey rəbb, ey rəbb, ey rəbb, sonra od) olacaq. (2) Dəməşq Məscidinin qərb hissəsində baş verəcək yer yarılması və zəlzələ, Dəməşqin cənubunda yerləşən Cabiyə kəndindəki yer yarılması onun qiyamının əlamələrindəndir. (3) Qiyam etdikdən bir neçə ay sonraya qədər Şamdakı müxtəlif küfr olrduları ilə mübarizə aparıb onları məhv edəcək. Bu vaxt ərzində şiələrlə işi olmayacaq. Süfyanının qiyamından öncə baş verəcək hadisələr barədə nəql olunan hədisləri araşdırdıqda onun qiyamından öncəki əlamətlər kimi aşağıdakıları qeyd etmək olar: 1. Müsəlmanları bürüyəcək fitnənin yaranması, qərblilərin və rusların onlara hakim kəsilməsi; 2. Şam diyarına məxsus fitnənin yaranması. Bu fitnədə onlar arasında zəifləmələri ilə nəticələnəcək dərin ixtilaf və çəkişmələr meydana gələcək; 3. Şamda iki hegemon ölkə qüvvələri arasında çəkişmə; 4. Dəmşqdə zəlzələnin baş verməsi. Bu zəlzələ nəticəsində Şəhər məscidinin qərb tərəfi və onun bəzi nahiyələri dağılıb aradan gedəcək; 5. İran və ərəb qüvvələrinin şama daxil olması; 6. Şam ölkəsinə hakim kəsilmək üçün 3 başçının – Əbqə, Əshəb və Süfyaninin bir-biri ilə çəkişməsi. Süfyaninin onları məğlub edib Suriya və İordaniyanı istila edərək məntəqə hakimiyyətini bütünlüklə ələ alması; Mənbə: Biharul-Ənvar, c.52, səh.186 (2) Möcəmül-Əhadis əl-İmam əl-Məhdi, c.3, səh.470 (3) Nomani, əl-Ğeybə, Həsun Kərimin təhqiqi, səh.149 (4) Əli Kurani, Zühur əsri, səh. 70 - See more at: http://imamzaman.az/index.php?do=meqale&id=78#sthash.7UJ1RFqn.dpuf
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər