Bəzi zühur əlamətləri |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 26-09-2015, 00:02 | Şərh sayı: (0) | Baxılıb: 483
Bəzi zühur əlamətləri
İmam Mehdinin (ə.f) zühurunun dəqiq vaxtı heç kəsə bəlli deyil və bu haqda söz deyən şəxs yalançı hesab edilir. Zühurun dəqiq vaxtı bizə məlum olmasa da, onun haqqında müəyyən əlamətlər dini mənbələrdə qeyd edilmişdir. Bu zühur əlamətlərinin bəzisi zühurdan əvvəl, bəzisi ondan sonra, bəzisi isə İmam Mehdi (ə.f) aşkara çıxdıqda baş verəcəkdir. Bu əlamətlərin bəzisi həyata keçmiş, bəzisi isə hələ də aşkar olmamışdır.
“Zühur əlamətləri” adlandırılan bu nişanələr Həzrət Muhəmməd (s), İmam Əli (ə) və digər məsum imamlar (ə) tərəfindən nəql olunmuş və məşhur İslam alimləri onları öz kitablarında qeyd etmişlər. Bu əlamətlər həddindən artıq çoxdur və biz onları müxtəsər şəkildə qeyd etməyə çalışacağıq. İmam Sadiqdən (ə) nəql olunan hədisdə zühur əlamətlərinin bir neçəsi qeyd edilmişdir və biz də həmin əlamətlərin bəzisinin məzmununu tərtib edərək, siz oxuculara təqdim edirik:
- Həqiqət və onun tərəfdarları zəlil olar;
- Zülm bütün şəhərləri bürüyər;
- Camaat Quranı köhnəlmiş kitab hesab edər və onun ayələrini istədikləri kimi açıqlayarlar;
- Qab üzü üstə düşdüyü kimı, din də üzü üstə düşər;
- Batil tərəfdarları həqiqət əhlinə hakim kəsilər və onlara böyüklük edərlər;
- Pis və şərr işlər meydana çıxar və heç kəs bu işlərə mane olub onların qarşısını almaz. Camaat bu əməlləri yerinə yetirən kəsləri üzrlü hesab edər və onlara bəraət qazandırmağa çalışarlar;
- Günah işlər aşkarda edilər;
- Kişi və qadınlar öz həmcinsləri ilə münasibət qurub cinsi münasibətdə olarlar;
- Mömin şəxslərin sözləri ciddiyə alınmaz və onlar sükut etmək məcburiyyətində qalarlar;
- Fasiq şəxslər (açıq-aşkarda günah edən və bunu gizlətməyən şəxslər) yalan danışarlar və heç kəs söylənən bu yalanları rədd etməz;
- Kiçiklər özlərindən böyükləri saymaz, onlara diqqət göstərməzlər;
- Qohumlarla, xüsusən valideyn, bacı, qardaş və s. yaxınlarla əlaqələr kəsilər;
- İnsanlar günah əməllərini aşkarda söyləyər, özlərini bu işlərə görə tərifləyər, şadlanıb-gülərlər;
- Oğlanlar əxlaqsız qadınlar kimi tərbiyəsizliklərlə məşğul olarlar;
- Qadınlar həmcinsləri ilə nikah bağlayarlar;
- Zinakarlıq çoxalar;
- Kişi malını Allah yolunda deyil, başqa yerlərə xərcləyər və ona heç kəs mane olmaz;
- Möminlər ibadət üçün cəhd göstərdikdə onları görənlər Allaha pənah apararlar;
- Qonşu öz qonşusuna əziyyət edər və onun qarşısını heç kəs almaz;
- Mömin bəndəni zillət içində görən küfr əhli sevinər, yer üzündə fəsadı görəndə fərəhlənərlər;
- Şərab aşkarda içilər, bundan ötrü Allahdan nə qorxar, nə də çəkinərlər. Belə ki, şərabxorluq kütləvi hal alar;
- Yaxşılığa dəvət edən kəslər zəlilliyə düçar olarlar;
- Aşkarda günah edən kəslər Allahın bəyənmədiyi işlərə qarşı daha həris olarlar;
- Ruhanilər və onlardan din öyrənən kəslər camaatın nəzərində alçaldılar və saymazlıq rəftarlara tuş gələrlər;
- Xeyir yolları bağlanar, şərr yolları isə açıq olar;
- Məkkəni ziyarət etməyi tərk etmək göstərişi verilər. İnsanların çoxu Məkkə ziyarətini tərk edərlər;
- Mömin şəxslərə nisbətən dövlətli şəxslər daha əziz tutular;
- Açıq-aşkar riyakarlıq baş alıb gedər və bu əmələ görə heç kəs məzəmmət olunmaz;
- Yalan şəhidliyə etimad göstərilər;
- Haram halal, halal isə haram hesab olunar;
- Allah-Taalanı qəzəbləndirən şeylər üçün çoxlu sayda pul və mal xərclənər;
- Hakimlər hökm vermək üçün rüşvət alarlar;
- Vilayət və hökuməti daha çox pul verən şəxsə verərlər;
- Bir insanı zənn əsasında öldürlərlər;
- Oğlanlarlə cinsi münasibətdə olmayan kişilərə istehza edərlər;
- Kişi arvadının zina etdiyini bildiyi halda, onun zina müqabilində qazandığını yeyər;
- Yalandan and içərlər;
- Aşkar şəkildə qumar oynayarlar;
- Qadınlar bədənlərini küfr əhlinə satarlar;
- İmam Sadiq (ə) buyurur ki, bizim dostlarımızı yalançı bilib, şəhidliklərini rədd edərlər;
- Yalana sözə qarşı meyl güclənər;
- Camaat üçün Qurana qulaq asmaq ağır, batil və hərzə sözlərə qulaq asmaq yüngül olar;
- Qonşu öz qonşusuna onun dilinin qorxusundan hörmət edər;
- Məscidlər qızıla tutular, zinətləndirilər;
- Yalançı və iftiraçı şəxslər doğrudanışan hesab olunar;
- Həcc və cihad Allah xatirinə deyil, başqa məqsədlər səbəbindən icra olunar;
- Qan tökmək yüngül şey hesab olunar;
- Namaz yüngül bir şey hesab edilər və qılınmaz;
- Bir insanın malı çox olsa da onun zəkatını verməz;
- Böyük hərc-mərclik olar;
- İnsanlar heyvalar ilə cinsi münasibət qurarlar;
- Xalqın qəlbi bərk, gözləri quru olar. Onlar ağlaya bilməzlər. Allah zikri onlara ağır gələr;
- Namazqılanlar ibadətlərini camaata göstərmək məqsədilə namaz qılarlar;
- Camaat qalib (istər haqq olsun, istər nahaqq) tərəfdə olar, onu müdafiə edərlər;
- Halal qazanc arxasınca gedənlər məzzəmmət olunar, haram qazanc arxasınca olanlar təriflənərlər;
- Ölmüş şəxsi istehza edərlər. Dünyadan getmiş bir şəxs üçün göz yaşı axıtmazlar;
- Gələn hər bir yeni ilin şərr və pisliyi keçən ilkindən daha artıq olar;
- Xalq dövlətli şəxlərə tabe olar;
- Övladlar valideynlərinin hüquqlarını tapdalayar, onları təhqir edərlər. Onlar üçün valideyn insanların ən pisi hesab edilər;
- Oğul ataya iftira atar, valideynə qarğış edər, onların ölməyindən xoşhal olar;
- Şərab dərman hesab edilər və onu şəfa tapması üçün xəstəyə içirdərlər;
- Məscidlər Allahdan qorxub-çəkinməyən şəxlərlə dolar, onlar haqq tərəfdarlarının qeybətini edər, şərab içənləri vəsf edərlər;
- Yetim malı yeyən şəxs yetimin xeyri üçün danışar;
- Qazilər Allah əmrinin əleyhinə hökm çıxararlar;
- Minbərlərdə ilahi təqvaya çağıran, insanları Allahın əzabı ilə qorxudan şəxslər dediklərinə əməl etməzlər;
- Namaza qarşı səhlənkarlıq olar, onu ilk vaxtında qılmazlar;
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər