RSS
 

Login:
Şifrə:
» » Ariflərin dediyi şərab nədir?

Xəbər lenti

Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Ariflərin dediyi şərab nədir?

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 7-02-2017, 19:25 | Şərh sayı: (0) | Baxılıb: 143

Ariflərin dediyi şərab nədir?


Ariflərin dediyi şərab nədir?Müqəddəs Kərbəla şəhərində, İmam Hüseynin (ə) hərəmində xidmət etmiş və hərəmin ərazisində dəfn olunmuş Mühəmməd Füzuli “Rindü Zahid” əsərində meydən, şərabdan və meyxanədən rəğbət hissi ilə söz açır. Xəbərsiz oxucu Füzulinin sözlərini sərxoşluğa dəvət kimi də qəbul edə bilər. Lakin əsəri oxuduqca aydın olur ki, şairin rəğbətlə danışdığı mey, meyxanə və saqi məfhumlarının şəriətdə haram buyurulmuş içki ilə heç bir əlaqəsi yoxdur. Çünki əsərin qəhrəmanlarından biri Zahid əsil şərab haqqında bu fikirdədir: “Ey Rind! Şərab içənlər barəsində Allahın hökmü kafi bir dəlildir və Allah əhlinin ondan ikrah etmələri sənə kafi cavabdır. Bir xəbisi ki, Allah haram edir, imtahana nə ehtiyacı? Bir cəmiyyəti ki, öz dərgahından qovur, onlarla qaynayıb-qarışmaq və onlara yaxınlaşmaq layiq deyildir”.

Meyxanənin qapısında duran Rind öz şübhəsini bildirir ki, bəlkə bu şərabın hər damlası cəhənnəm odunu söndürməyə səbəbdir? Bəlkə burada oxunan hər nəğmə Allahın zikridir? Sonra Rind öz şübhələrinə cavab tapmaq üçün meyxanəyə qədəm basır, oradakı qocanı (piri, mürşidi) sorğu-suala tutur, haram şərabla əlaqəsinin olub-olmadığını soruşur. Qoca ona cavab verir: “Allaha şükür ki, mən ora ayaq basmamışam, o cəmiyyətin tələsinə düşməmişəm. Hansı bədbəxdir ki, gözəl ağlını və anlağını o cinslə (şərabla) məşğul olub əldən versin?”

Bunu demək kifayətdir ki, pir meyxanəyə qədəm basan Rindi qarşılayarkən, “bismillah” söyləyir: “Əgər bizi istəyirsənsə, otur, bismillah!”

Meyxanədə təklif edilən mey əslində insanı təmənnalı ibadətdən, huri-qılman arzusu ilə edilən itaətdən təmizləyən, onun dünya ilə əlaqəsini kəsən, mal-dövləti artırmaq və cahü-cəlal qazanmaq istəyini yox edən bir dərmandır.

“İrfani söz, termin və ifadələr lüğəti”ndə “mey” bölməsində yazılıb ki, eşqin qələbəsinə mey deyirlər. Eləcə də, mey – haqq yolçusunun qəlbində yaranan və ona rahatlıq verən zövqdür.

Ariflərin nəzərində meyxanə - Haqqın təcəlla etdiyi, ilahi hikmətlərin aşkara çıxdığı məkandır. Burada ariflər həm dünyanın, həm də axirətin asılılığından qurtular, özlərini vəhdət aləmində, Allahın hüzurunda görərlər. Bu yerdə bütün əlaqələr qırılar, bütün istəklər məhv olar, yalnız Allahın iradəsinə təslimiyyət qalar.

Başqa bir izaha görə, meyxanənin sakinləri üzüm suyu deyil, göz yaşı içirlər. Allah-Təalanın şövqündən və günahlarının çoxluğundan dəhşətə gəlib, zar-zar ağlayan ariflər məcazi dil ilə öz qanlı göz yaşlarını al şəraba bənzətmişlər. Hafiz Şirazi divanın ilk qəzəlində deyir:

Əgər piri-muğan desə, səccadəni meylə boya,

Gərək haqq yolçusu yoldan və mənzillərin qaydasından xəbərsiz olmasın.

Bəli, ariflər namaz və dua zamanı öz səccadələrini göz yaşı ilə isladarlar, çünki bu cür riqqət və səmimiyyətlə ibadət etməyi Allah-Təala əmr etmişdir. Özü də burada adi göz yaşı deyil, səccadəni boyayan, ürək qanı ilə əlvan olan göz yaşı nəzərdə tutulur.

XIX əsr Azərbaycan klassik ədəbiyyatının ən görkəmli siması olan, Nəcəf şəhərində kamil ruhani təhsili almış, onlarla dini məzmunlu qəsidə və növhə yazmış Hacı Seyyid Əzim Şirvani: “Evlər yıxıldı dəhrdə şürbi-şərabdən” – deyərək, insanları bu böyük günaha bulaşmamağa çağırırdı:

İçmə şərabi-nabi ki, ümmül-fəsaddir,

Hər fitnədən şərab fəsadı ziyaddir.

İçmə onu ki, içmədi Peyğəmbəri-xuda,

İçmə onu ki, içmədi sultani-övliya.

Meyl etmə kim şərabə, dimağə ziyanı var,

İçməz o kimsə ki, xirədi-nüktədanı var.

Seyyid Əzim Şirvani şərabı “ümmül-fəsad” (fitnə-fəsadların mənbəyi) adlandırmaqla, Həzrət Mühəmməd Peyğəmbərin (s) məşhur bir hədisinə işarə vururdu: “Bütün günahlar bir evdə toplanıb ki, o evin qapısının açarı şərabdır”.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor