Fransa və İran prezidentlərinin naharı menyuda şərab olduğuna görə baş tutmayıb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 29-01-2016, 19:50 | Şərh sayı: (0) | Baxılıb: 223
Fransa və İran prezidentlərinin naharı menyuda şərab olduğuna görə baş tutmayıb
Fransa və İran prezidentləri Fransua Olland və Həsən Ruhaninin Parisdə nahar yeməyi ev sahiblərinin şərabı menyudan çıxartmaq istəməmələri səbəbindən baş tutmayıb.
"Report" xəbər verir ki, bu barədə yerli "The Local" nəşri yazıb.
Prezidentlər paytaxtın nüfuzlu restoranlarından birində nahar etmək istəyiblər. Lakin onların görüşü iranlıların "spirtsiz nahar" xahişindən sonra baş tutmayıb.
Fransalı məmurlar öz növbələrində naharda ənənəvi yerli yemək və şərabın olmasına təkid ediblər və İran tərəfinin tələbinin yerinə yetirilməsini respublika dəyərlərinin pozulması anlamına gəldiyini bildiriblər.
Yelisey sarayı nahar əvəzinə səhər yeməyi təklif etsə də, bu təklif "olduqca ucuz" olması səbəbindən qəbul olunmayıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər